beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faydalı 7 qida

Paxla
Paxla, bədənə qüvvət verir. Cinsəl sağlamlıqla bərabər qanda olan şəkəri tənzimləyir, göz sağlamlığını qoruyur. Paxla suyu ilə üzü yuduqda dəri gözəlləşir. Yaşlanmanı gecikdirir. Bağırsaq mikroblarını salmaqda təsirlidir.
Ardıc
Tərkibində C vitamini olan və ağrı kəsici kimi istifadə olunan ardıc sidik qovucu, tərlədici xüsusiyyəti ilə soyuqdəymə, ürək problemlərinə, revmatizmə və cinsəl sağlamlığa təsirlidir. Əzələ ağrılarına yaxşı təsir göstərir. Həkim reseptinə uyğun olaraq çay kimi istifadə oluna bilər.
Qarğıdalı
Qarğıdalı vitaminlə zəngindir. Təkibində B1, B5 vitaminləri, fol və s. elementlər xolesterolu salmağa kömək edir. Həzm sistemi və ürəyə faydalıdır.
Ürək ritmini nizamlayır. Stressin təsirlərini ən aza endirir. Yuxu gətiricidir.
Zeytun yağı
Zeytun yağının faydaları saymaqla bitmir. Hüceyrələrin yenilənməsində , toxuma və orqanların yaşlanmasında təsirlidir. Uşaqların beyin inkişafını və sümüklərinin güclənməsini sürətləndirir. Dərini qidalandırır, saçları qoruyur. Ürək və damar xəstəliklərinə qarşı təsirlidir. İnfarkt riskini azaldır.
Ərik
Ərik, beynin nizamlı işini təmin edir. Qaraciyərin təxrib olan hissələrini təmir edir. Sümüklərin və dişlərin daha düzgün və möhkəm olmasında əhəmiyyətli rol oynayır. Qan yaranamasını artıraraq qan azlığına mane olur. Artma sistemi üzərində müsbət rol oynayır.
Şabalıd
Bəsləyici dəyəri yüksək bir qida olan şabalıd B1 , B2 və C vitaminləri baxımından zəngindir. Cinsi gücü artırır. Fiziki və zehni yorğunluğu aradan qaldırar. Xəstələrin yaxşılaşma müddətini sürətləndirir. Qandakı xolesterol nisbətini salır. Qan dövranını nizamlayır. Varis şikayətlərini azaldır. Qaraciyərə və mədəyə faydalıdır. İshalı kəsir.
Şam saqqızı
Şam saqqızı , öskürəyə və səsə faydalıdır. Ağciyər iltihablarına təsirlidir. Mədəyə qüvvət verir. Əgər gül yağı içində qovrulub yeyilsə, sinə və ağciyərə gələn qanı kəsir. Şam saqqızı, yaraların üzərinə sürtülərsə qabaqlayıcı təsir göstərir.
Ayrıqotu
Kalium, dəmir, A və C vitamini saxlayan bu bitki qanı təmizləməyə kömək edir. Bədəni boşaldaraq rahatlaşdırır. Bağırsaq qurdlarını salır. Böyrəkdə meydana gələn daş və iltihablara qarşı xeyirlidir.


Tarix: 21.01.2015 / 17:22 Müəllif: Aziza Baxılıb: 204 Bölmə: Qidalanma və Dieta