beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzümün faydaları

Məlumata görə üzümdə antioksidantlarla birlikdə A, B1, C və E vitaminləri var. Dəmir, kalsium, kalium, natrium, maqnezium və fosfor kimi minerallarla zəngin olduğu bildirilən üzüm erkən yaşlanmanın qarşısını alır. Xüsusilə qara üzümün qabığı faydalı hesab olunur. Tədqiqatlar qara üzümün qabığında olan maddələrin beyin hüceyrələrini qoruduğunu göstərib. Bundan əlavə üzüm ürək-damar sağlamlığı baxımından olduqca faydalıdır. Yüksək xolesterol problemi yaşayan şəxslərə xolesterol salıcı olaraq təklif edilir. Xolesterol üzərinə təsiri, xeyirli xolesterolu yüksəldərək ziyanli xolesterolu salır. Qan damarlarını və kapilyar damarları gücləndirərək qorumanı təmin edir. Məlumatda oda deyilir ki, üzüm damar sərtliyini önləyərək infarkt və yüksək təzyiq riskini azaldır.
Üzümdə olan vitaminlər və minerallar sayəsində toxumalar qoruduğundan dərinin möhkəm və elastik olmasını təmin edir, dəridə olacaq erkən yaşlanmaya maneə törədir. Həmçinin yorğunluğun aradan qaldırılmasında təsirlidir və unutqanlığa qarşı qoruyucudur.
Üzüm qan azlığına da yaxşı təsir göstərir. Üzümdən düzəldilən bəhməz və ya üzüm suyu xüsusi olaraq qan azlığına müsbət təsir göstərir.
Üzüm meyvəsini pəhriz iksiri olaraq istifadə edənlər artıq çəkidən azad olmaqla ideal çəkiyə sahib olurlar.


Tarix: 21.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Qidalanma və Dieta