beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddələr mübadiləsinə faydalı olan qidalar

Qış fəslində maddələr mübadiləsini tənzimləmək üçün gündəlik kalori ehtiyacı önəmlidir. Maddələr mübadiləsinin düzgün və keyfiyyətli olması qidalanmadan, vitamin, kalsium ehtiyacının təmin olunmasından və idmandan aslıdır.
Sinklə zəngin olan qidalar da qida rasionuna əlavə oluna bilər.
Tədqiqatlara görə maddələr mübadiləsini faydalı qidalardan və meyvələrdən əlavə acı bibər, balıq, yaşıl çay, süd və süd məhsulları, zülallı qidalar da sürətləndirir.
Acı bibər
Məlumata görə acı bibər növlərindən "jalapeno" tərkibində olan kimyəvi birləşmələrə görə ürək ritminə və maddələr mübadiləsinə faydalıdır.
Xüsusən tərkibində ədviyyat olan acı yeməklər, 3 saat ərzində maddələr mübadiləsinin 25% artmasına səbəb olur.
Balıq
Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət və s. fəaliyyətləri davam etdirə bilməsi üçün xarici ətrafdan bəzi maddələr və enerji qəbul edir. Bu baxımdan balıq məhsulları tərkibindəki faydalı elementlərlə insanın enerjili olmasına, göz sağlamlığına, fiziki inkişafına və maddələr mübadiləsinin sürətli olmasına kömək edir. Tərkibindəki omega-3 sayəsində leptin hormonuna təsir edərək maddələr mübadiləsinə təsir edir;
Yaşıl çay
Yaşıl çay da maddələr mübadiləsinə faydalıdır. Məlumata görə assimilyasiya prosesində reallaşan kimyəvi reaksiyalar birbaşa maddələr mübadiləsi ilə əlaqədardır. Bu baxımdan idmandan sonra 1 fincan yaşıl çay içmək, bol miqdarda maye qəbul etmək və düzgün qidalanmaq vacibdir;
Süd və süd məhsulları
Yağsız süd və süd məhsulları maddələr mübadiləsini sürətləndirir. Gündə 3-4 boşqab süd məhsullarından istifadə artıq çəki probleminə kömək edir. Onuda qeyd etmək lazımdır ki, maddələr mübadiləsini sürətləndirmək daha çox artıq çəkisi olanlara lazımdır.
Zülal
Yüksək sıxlıqlı məşqlərdən əvvəl və sonra düzgün qidalamaq maddələr mübadiləsinə kömək edir. Sürətli və keyfiyyətli maddələr mübadiləsi üçün zülallı qidalar da faydalıdır. Böyrəklərdə problem yoxdursa pəhrizə zülallı qidalar əlavə etmək olar. Məlumata görə toyuq və hinduşka əti də maddələr mübadiləsini sürətləndirir.


Tarix: 21.01.2015 / 13:45 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Qidalanma və Dieta