beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İftar sonrası sərinlədən içkilər

İftar sonrası sizi sərinlədən ən gözəl içki əlbəttə su hesab olunur. Amma suyun xaricində immunitetinizi gücləndirəcək, özünüzü daha yaxşı hiss etmənizi təmin edəcək və xəstəliklərdən qoruyacaq bir neçə variant var.
Yaşıl Çay
Flavonoid və polifenollar kimi təbii və güclü antioksidantları olan nadir bir bitkidir. Osteoporoz, ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin qarşısının alınmasında təsirlidir. Ayrıca məzmunundakı fluoride sayəsində diş sağlamlığını qoruyur. Maddələr mübadiləsini canlandırır. Yaşıl çayı isti içə biləcəyiniz kimi buzlu, limonlu, darçınlı və qərənfilli içməniz də mümkündür.
Nanəli ayran
Ağrı və kramp aradan qaldırıcı, həzmi tənzimləyici, mədə bulanmasına qarşı faydalı bir bitki olan nanə yeməklərin həzm edilməsinə də sürətləndirici təsirə malikdir. Yeməklərdən sonra nanəli bir çay içildiyində həm köpü aradan qaldıracaq həm də çəki itkisini sürətləndirəcək. Nanəli bir yaşıl çay və ya nanəli bir ayran hətta bol buzlu nanəli bir limonad yay istilərində yaxşı gedər.
Darçınlı süd
Süd kalsium ehtiyacımız üçün ən ideal və ən uyğun qidadır. D vitamini də ehtiva etməsi kalsiumun yığılmasını sürətləndirir. Yağı azaldıldığında isə kalsium qatılığı artmaqdadır. Qan şəkərini tarazlamaqla, yağ yandırama sürətinə təsir edir.
Soyuq Kakao
Kakao ürək sağlamlığına müsbət təsir göstərir. Ayrıca bədəndə serotonin sekresiyasını artırması səbəbi ilə sakitləşdirici xüsusiyyəti də var. Az yağlı südə, kakao və bitki mənşəli dadlandırıcı əlavə edərək istifadə etmək mümkündür.
Pomidorlu mineral su
Tərkibi likopeinlə zəngin olan pomidor xərçəngə qarşı təsirlidir. Ayrıca ürək damar sağlamlığını qoruyan bir xüsusiyyəti də var.
Həmçinin xəstəlikləri önləyici təsirə də mailkdir. Pomidor suyunu içə biləcəyiniz kimi, mineral su ilə qarışdırıb istifadə edə bilərsiniz.
Limonad
Çoxlu faydası olan limon şirniyyatlarda, tərəvəz yeməklərində, salatlarda çox sıx istifadə edilir. Göz sağlamlığından, xərçəngə kimi immunitet sistemini gücləndirən və ürək sağlamlığına faydası olan bir meyvədir. Bol nanəli bir limonad içmək iftardan sonra məsləhət görülür.


Tarix: 21.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Qidalanma və Dieta