beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stressi azaldan qidalar...

Gündəlik sosial qayğıların və problemlərin daha çox olduğu şəhərlərdə stressə düçar olan insanlar az deyil. Stresslə mübarizədə qida qəbulu da əhəmiyyətli hesab olunur. Həmin qidalara böyürtkəni, brikolini, qozu, çiyələyi, yerkökünü, toyuq ətini də daxil edirlər. Məlumata görə ingilis qidalanma mütəxəssisi Amanda Ursell, yay mövsümünün bitməsinin ardından başlayan sıx templi iş və məktəb dövründəki stressi azaltmaq üçün müəyyən qidalar təklif edib.
Həmin qidalara ilk növbədə enerjinin az yayılmasını təmin edən, iştahın sürətlənməsini önləyən zülal baxımından zəngin olan qidaları aid edib.
Yuxu nizamını pozan, nəbzi və təzyiqi yüksəldərək sinir sisteminə güclü təsir edən kofeindən çoxlu istifadəni məsləhət görməyib.
Tərkibi kalsium və maqneziumla zəngin olan, əzələləri rahatlaşdıran, sinir sistemini və təzyiqi normallaşdıran qidalara üstünlük verilməli olduğunu bildirib.
Bəzi məlumatlarda isə hindistan qozunun suyunun, spanağın, balqabaq tumunun, gül kələminin, quru mayanın, quş qonmaz bitkisinin stressə faydalı olduğu bildirilir.
Cəfəri, pazı, sardalya, somon və tuna balığınının, şitake göbələyinin də əhəmiyyətli olduğu hesab olunur.
Bildiyimiz kimi, stressin təsirilə göz bəbəklərinin genişlənməsi, kortizolun, adrenalinin, xolesterolun və tiroid hormonun artması baş verə bilər.
Eyni zamanda bu hal cinsi hormonların azalması, həzm sisteminin zəifliyi, qan şəkərinin yüksəlməsi və s. nəticələrə çıxara bilər.
Bu baxımdan balanslı qidalanma həmin problemlərlə mübarizədə əhəmiyyətli hesab olunur.
Stresslə də mübarizə etmək üçün bəzi qidaların və vitaminlərin normada qəbul edilməsi mütləqdir.
Bəzi məlumat mənbələrində şirin bibərin, yaşıl çayın, zərdaçalın, zeytun yağının, yumurtanın da stresslə mübarizədə effektli olduğu bildirilir.


Tarix: 21.01.2015 / 13:30 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Qidalanma və Dieta