beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pəhriz mütəxəssisləri ən faydalı tərəvəzi müəyyən etmişlər

Amerikalı pəhriz mütəxəssisləri müəyyən etmişlər ki, gül kələmin tərkibində insan orqanizmi üçün zəruri olan vitaminlərin və mikroelementlərin demək olar ki, hamısı vardır.
Xarici KİV-i xəbər verir ki, gül kələm orqanizm tərəfindən tamamilə həzm edildiyinə görə, insan bu tərəvəzdən bütün vitamin və mineral kompleksini alır.
Gül kələm maddələr mübadiləsini yaxşılaşdırır, immun, həzm və ürək-damar sisteminin işini normallaşdırır, əsəbləri möhkəmləndirir.
O, həm yaşlılar, həm də uşaqlar üçün faydalıdır. Cəmi 50 qram gül kələmin tərkibində C vitaminin gündəlik norması vardır.
Onun tərkibində A və B vitaminləri, həmçinin kalsium, fosfor, dəmir, maqnezium və alma turşusu da vardır.
Kalorilik dərəcəsi aşağı olan gül kələmin tərkibindəki tartron turşusu piy ayrılmasına mane olur.
Pəhriz mütəxəssisləri arıqlamaq istəyən adamlara da gül kələm yeməyi tövsiyə edirlər.


Tarix: 21.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Qidalanma və Dieta