beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hindistan qozunun (kokosun) faydaları

Hindistan qozunun (kokosun) həm südünün həm də suyunun tərkibinin, steroid olmayan iltihab önləyici dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici xüsusiyyətlərə sahib olduğu bildirilir. Həmçinin bu meyvə həzm sistemi narahatlıqlarının müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit, mədə xorası, ishal, qusma, qaz, dizenteriya kimi narahatlıqlara qarşı effektlidir. Qurudulmuş hindistan qozunun enerji dəyəri olduqca yüksək olduğundan bu meyvə doyurucu və mükəmməl qidalandırma funksiyasına görə bəzi meyvələrdən fərqlənir. Həmçinin insan bədənini gücləndirməklə bərabər, kökəldici xüsusiyyəti ilə tanınır. Tərkibində yüksək nisbətdə lakin asanca həzm olunan yağ, amin turşuları və yüksək keyfiyyətdə zülal vardır. Kalium, natrium, maqnezium, və kükürd baxımından isə olduqca zəngin bir qida hesab olunur. Quru bir kokosun (hind qozu) mədədə olan turşu problemlərinin müalicəsində təsirli olduğu və xəstəyə rahatlama təmin etdiyi bildirilir. Qusmanı yatırmaq üçün digər metodlarla bərabər kokosdan da istifadə edilə bilər. Kokos həm də yaddaşı gücləndirməyə və bərpa etməyə kömək edir. Tədqiqatçıların sözlərinə görə, kokos yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Hind qozunun normal nitqi saxlamağa kömək etdiyi də bildirilir. Bu müvəqqəti effekt olsa da valehedici hesab olunur.
Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram kokos yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərib ki, kokosun tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, cinsiyyət funksiyasını yaxşılaşdırır, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır.
Tropik bölgələrdə yetişən bu meyvənin ağ dənəciklərindən keks və tortu bəzəmək və dad qatmaq məqsədiylə istifadə edirlər. Meyvəsindən əldə edilən maye isə tibbdə istifadə edilməkdədir.


Tarix: 21.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Qidalanma və Dieta