beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunlar artıq çəki probleminə xeyirlidir

Günümüzdə piylənmə, artıq çəki və buna bənzər digər cəmiyyəti narahat edən problemlər get-gedə həll edilməkdədir.
Lakin, idman, gündəlik rejim kimi həyat tərzində xüsusi çəkiyə malik ünsürlər belə bəzi hallarda piylənmə problemini tam həll edə bilmir.
Bu halda prosedur baxımından düzgün addımlar atılmalı və qidalanmaya fikir verilməlidir. Yay aylarında xüsusi ilə xiyarın, nanənin, limonun və zəncəfilin istifadəsi məsləhətdir. Bəzi məlumat mənbələrində bunların orqanizmə daha çox faydası olduğu bildirilir.
Xiyarın tərkibində az kalori olmağına baxmayaraq, tərkibində çoxlu maqnezium və kalsium vardır.
Bu tərəvəzi içki halında hazırlayıb içmək şlakları və artıq mayeni çıxarmağa, orqanizmin tonusunu isə qaldırmağa kömək edir.
Nanənin iştahı tez yatırdığı, maddələr mübadiləsini sürətləndirdiyi bildirilir.
Limon bizə məlum olan digər faydaları ilə yanaşı, həzm prosesində iştirak edərək, immun sistemi möhkəmləndirməyə, zərərli xolesterinin səviyyəsini azaltmağa kömək edir. Zəncəfil maddələr mübadiləsini sürətləndirməyə, yağları isə yandırmağa faydalı hesab olunur.


Tarix: 21.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Qidalanma və Dieta