beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mətbəxinizdəki gənclik eliksiri

Məlumata görə meyvə şirəsi içmək, bir dəfədə bol miqdarda vitamini qəbul etmənin ən əsas yollarından biri hesab olunur.
Özümüz evdə meyvə şirəsi hazırladığımız zaman konsentrasiyalı bir içki əldə etmiş olarıq. Lakin nəzərə almaq lazımdır ki, meyvələrin qabıqlarını soymadan yemək daha yaxşıdır. Bu halda saf və təzə olduğu müddətcə meyvələrin bütün vitaminlərindən yararlanmış olarıq. Buna görə də ehtiyac üçün bədənimizə bol miqdarda vitamin və minerallar daxil olur. Beləcə ürəyimiz güclənir və xəstəliklərə qarşı qorunmuş olarıq. Bundan əlavə, immunitet sistemimiz güclənməsinə, sümüklərimizin, birləşdirici toxumaların, daxili orqanlarımızın, beynimizin və dərimizin inkişafına meyvə şirələrinin fayda verdiyi də bildirilir. Üstəlik sağlam və gözəl görünmək istəyənlər üçün bu ideal seçimlərdən biridir.
Nəticədə gündə 5 boşqab meyvə-tərəvəz istifadə etmək sizə çox görünə bilər, lakin 5 boşqab meyvə və tərəvəzin şirəsini içmək həm immuniteti gücləndirməyə, həm də bu cür problemlərinizin həllinə köməklik etmiş olar.
Zövq almaq və meyvə suyu sayəsində ömürünüzü uzatmaq, uzun illər boyunca gənc və həyat dolu olmaq qida rasionunda meyvə və tərəvəz şirələrinin lazımi miqdarda istifadəsindən də asılıdır.


Tarix: 21.01.2015 / 13:01 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Qidalanma və Dieta