beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvə qəbulunda diqqət edilməli 6 qızıl qayda

Bir yetkin insanın sağlam qidalanması üçün gündə 4-5 boşqab meyvə tərəvəz yeməsi lazım olduğunu qeyd edən həkim Gökhan Özışık, həddindən artıq meyvədən istifadə edənlər üçün diqqət yetirilməsi lazım olan vacib məsələlərə toxunub. İstanbul Memorial Ataşehir Xəstəxanası endokrinoloji şöbəsində fəaliyyət göstərən həkim dos. Gökhan Özışıkın sözlərinə görə həddindən artıq meyvədən istifadə qaraciyər sağlamlığına yaxşı təsir göstərmir. Meyvələrin tərkibində şəkər olması səbəbilə həddindən artıq meyvə qaraciyərin yağlanmasına səbəb olar.
Bu da insulin müqaviməti, yüksək xolesterin və şişkinlik xəstəlikləri kimi bir sıra xəstəliklərə gətirib çıxarar. Çox şəkər isə yaşlanmanı sürətləndirir.
Özışık, həddindən artıq meyvədən istifadə edənlər üçün diqqət yetirilməsi lazım olan vacib məsələləri də aşağıdakı kimi sıralayıb:
- Sabah səhər yeməyindən əvvəl və ya ən azı 2 saat sonra meyvə qəbulu məsləhətdi;
- Axşam yeməyindən sonra meyvə qəbulu məsləhət deyil;
- Meyvə qəbul edrkən nisbətən şirnisi az olan, tünd rəngli və dadlı meyvələrin istifadəsi məsləhətdir;
- Meyvə kompotuna çox az şəkər əlavə etmək, mürəbbə qəbulunda isə ehtiyatlı olmağı məsləhət görür;
- Asorti halında hazırlanan meyvələrə şirin krem əlavə etmək faydalı hesab olunmur;
- Şokolad sousuna batırılmış meyvələrdən həddindən çox istifadə etmək məsləhət görülmür;
Meyvəni qatıqla qarışdıraraq qəbul etsəniz həddindən artıq meyvə yemək vərdişlərinizi həll etmiş olarsınız.


Tarix: 21.01.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Qidalanma və Dieta