beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göbələk insan orqanizmi üçün çox faydalıdır

Yeməklərə ləzzət qatan, vitamin anbarı hesab olunan göbələyin sağlamlığa olan faydaları saymaqla bitmir.
Bədəninizin müqavimətini artıran göbələk, bir çox xəstəliyə dayanıqlı olmanızı təmin edən və sizi bu xəstəliklərdən qoruyan bir qida növüdür.
İçində heç bir yağ və xolesterol saxlamayan, tərkibi zülal, lif, vitamin, mineral və su baxımından zəngin olan göbələk, diabetli xəstələr üçün ideal bir qidadır.
Təbii insulin və ferment saxlaması baxımından qan şəkərini tənzimləməyə kömək edir. Tərkibində saf zülal qaynağı olması və içində heç bir xolesterol və yağ olmaması baxımından ət yeməkləri əvəzinə seçim olunacaq ən sağlam qida hesab olunur. Həzm prosesi zamanı saxladığı liflər və fermentlər sayəsində zərərli xolesterin səviyyəsinin düşməsinə yardımçı olur.
Antioksidant baxımından zəngin olan göbələk həzmi asanlaşdırır. Tərkibində pensilinin bənzəri olan antibiotiklər mikroblarla və infeksiyalarla mübarizə aparır, mədə xəstəliklərinin müalicə olunmasına köməkçi olur. Tərkibində olan A, kompleks B və C vitaminləri həzm sistemini nizamlayır.
Artıq çəkidən azad olmaq istəyənlər üçün göbələk uyğun qida növü hesab olunur. Heç yağ saxlamayan, həzmi asanlaşdıran və zülal baxımından bu qədər zəngin olan göbələk, artıq çəkidən azad olmaq istəyənlər üçün əhəmiyyətli bir qidadır.
Heyvani qidalar və yağlar damar problemlərinə gətirib çıxartdığından tamamilə bitki mənşəli olan və sıfır faiz yağ saxlayan göbələk, ürəyi də qoruyur və damar tıxanmalarının qarşısını alır.
Zəhərlənmələrə qarşı isə zəhərli olmayan göbələkləri tanımaq və diqqətli istifadəsi məsləhət görülür.


Tarix: 21.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Qidalanma və Dieta