beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqların qidalanmasında lifli məhsulların önəmi

Türkiyənin sağlamlıq saytlarında lifli məhsulların uşaqların qidalanmasında olan rolu haqqında məlumatlarla internet mənbələrində tez- tez rast gəlmək olur. Bu məlumatlardan biri ilə sizləri tanış etmək istəyirəm. Türkiyə mətbuatında dərc olunan məlumatlarda aşağıda qeyd olunan məlumatlar işıqlandırılıb. Bu məlumatlarda deyilir ki, uşaqların qidalanmasında lifə ehtiyac duyulur. Bəziləri lifli məhsulları, 'qidası az yemək' olaraq tanıyır və uşaqlar da daxil olmaqla hər kəs bu məhsuldan bol miqdarda istifadə edə bilər. Uşağınızı, lifli məhsullarla qidalanmağa öyrədin.
Yaxşı bir başlanğıc üçün nahar yeməyinə yüksək lifli yemək hazırlayaraq, dolu bir kasa ilə uşağınızı qidalandırıb gündəlik ehtiyacını qarşılaya bilərsiniz. Hər porsiyada tərkibində 3 qram və daha çox lifli məhsullar olan taxıllı qidaları tapmaq üçün qidaların etiketlərində olan məlumatlara diqqət yetirmək vacibdir. Ümumiyyətlə, çox şəkərli olan nahar yeməklərində daha az lif vardır. Nahar yeməklərində isə şirinləşdirillmiş konservlərlə, dondurulmuş meyvə və ya təzə meyvələrlə dadlandıra bilərsiniz.
Bütün meyvələri və tərəvəzləri bölərək, uşağınızın tövsiyə edilən gündəlik beş boşqab ya da daha çox lif ehtiyacının qarşılamasına kömək edin. Meyvə suyunu minimumda saxlayın. Meyvə və tərəvəzlərdə, meyvə sularından çox daha az şəkər və çox daha çox lif olur.
Paxla yemək, həm ləzzətli. həm də tərkibi lif və zülal baxımından zəngin bir qidalanmadır. Konserva paxlanı süzdükdən sonra yuyaraq yeməklərin içinə, salatlara, yağda yumurtaya, omlet və souslara əlavə edə bilərsiniz.
Yeməyin üstündən yüngül qidalar, məsələn kərəviz üzərinə fıstıq əzməsi səpin və uşaqların bəyənməsi üçün kişmişlə doldurun.


Tarix: 21.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Qidalanma və Dieta