beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddələr mübadiləsini sürətləndirərək artıq çəkidən azad olun!

Qidalanma vərdişlərinizə və fiziki fəaliyyətlərinizə bəzi dəyişikliklər etməklə maddələr mübadiləsini sürətləndirib artıq çəkidən azad olmaq olar.
Artıq çəkidən azad ola bilməməyinizin əsas səbəblərindən biridə maddələr mübadiləsinin zəif olmasıdır. Maddələr mübadiləsini sürətləndirmək üçün daha çox kalori yandırmaq lazım gəlir. Ancaq, yaş irəlilədikcə maddələr mübadiləsi də təbii olaraq yavaşlamağa başlayır. Bu baxımdan səhər qalxdığınızda günə başlamazdan əvvəl tərkibində 10-20 qrama qədər karbohidratlı qidaların qəbulu məsləhət görülür. Gün ərzində idmanla məşğul olmaq kalori yandırmağınıza və maddələr mübadiləsini sürətləndirməyə köməklik edəcək. Yemək porsiyonunu isə kiçik porsiyalara ayırmaq kalorinin azalmasına öz faydasını verəcəkdir.
Əgər kofein almaqla əlaqədar bir sağlamlıq probleminiz yoxsa, səhər və günortadan sonra irəliləyən saatlarda bir fincan kofeinli içki içməyə meyl etmək lazımdır.
Çünkü kofeinin maddələr mübadiləsinin sürətlənməsində böyük təsiri olacaqdır. Fiziki fəaliyyətlərlə məşğul olmaq maddələr mübadiləsinin istənilən səviyyədə olmasına təsir göstərərək kalori yandırmağa və artıq çəkidən azad olmağa kömək edəcək. Bu fiziki fəaliyyətlərə həftə ərzində məşq etdiyiniz günlərin sayını artırmaqda aiddir.
Çoxlu maye qəbuluda bu yöndə faydalı hesab olunur. Hər gün 2 litrə yaxın su içməniz kifayətdir. Bəzi yeməklər də maddələr mübadiləsinin sürətli işini təmin edir.
Bu yeməklərə kefir, iti acı bibər, yaşıl çay, su, darçın, somon balığı, soğan, limon, zəncəfil aid edilir.


Tarix: 21.01.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Qidalanma və Dieta