beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qışda bunları yemək üşütməni azaldır

Bu soyuq havalardan bir çoxlarımız soyuqdan titrəməkdən dayana bilmirik.
Amma elə qidalar var ki, onların sayəsində canımızı qızdıra bilərik.

Qırmızı pul bibər: Bədən temperaturunu artırdığından eyni zamanda metabolizmi də sürətləndirir. Tərkibində olan kapsaisin adlı piqment gündəlik sərf olunan enerjinin artırılmasına kömək edir. Amma mədə və sinir sistemi problemleri olanlar onu diqqətli istifadə etməlidirlər.

Zəncəfil: Bədən temperaturunu artırır. Onun qışı rahat keçirmək olar. İmmuniteti sistemini gücləndirir və metabolizmi sürətləndirir.

Qırmızı ət: Bədəndə dəmir mineralları çatışmayanda vücudda qansızlıq əmələ gəlir. Bu da öz növbəsində üşüməni ən çox artıran elementlərdən biridir. Ona görə də orqanizmi gündəlik dəmir mineralı ilə təmin etmək üçün bu cür tərkibli qidalardan istifadə olunmalıdır. Qırmızı ət, dəmir mineralının ən zəngin qida mənbəyidir. Gündəlik qidalanmada ən azı 2 küftə qədər qırmızı ət yeməlisiniz.

Şorba: İsti olduğu üçün bədənin də temperaturunun yüksəlməsinə səbəb olur. Eyni zamanda süd, qatıq, yumurta və ya ətli, toyuqlu hazırlanan şorbalar toxluq müddətini uzadır. Maddələr mübadiləsini sürətləndirir.

Acı qidalar: Acı bibər turşusu kimi acı qidalar da bədənin temperaturunu artırır. Amma acı turşuların həddindən artıq istehlakı şiş yaradır. Bunu unutmayın.
Mədəsində problemləri olanlar bu cür qidalar yeməməlidirlər.

Yaşıl çay: O, tərkibindəki katexin turşular sayəsində metabolizmı sürətləndirir. Gündə 3 fincan yaşıl çay içmək maddələr mübadiləsinin sürətini 1-2%-a qədər artıra bilir.

Yumurta: Onda olan protein, B vitaminləri orqanizmi daha da yaxşı çalışdırır. İmmun sisteminin güclənməsinə səbəb olur.


Tarix: 21.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Qidalanma və Dieta