beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeməkdən doymayanlar bu xəbəri diqqətlə oxuyun....

Qarnınız doyub, amma gözünüz yenə də yemək axtarır? Yemək yediyiniz halda hələ də doymadığınızı hiss etmisinizmi? Bəs bu nəyə görə belə olur? Bu problemin öhdəsindən gəlmək üçün üçün sizə bir neçə sirr açacağıq.

1. Bu problemin ən böyük səbəbi "xoşbəxtlik hormonu" olan serotonin çatışmazlığıdır. Eyni zamanda aclıq, stress, yemək kimi faktorlar da serotonin miqdarına təsir edir.

2. Unutmayın ki, serotonin beyində nə qədər çox olarsa, beyninizin göndərdiyi "yenə ye" siqnalı da sönəcək.

3. Sıxıntı yaşayan insanların xoşbəxtliyi yeməklərdə axtarmağa çalışmasının səbəbi də serotoninlə bağlıdır.
Bəzi qidalar həqiqətən də özünüzü daha yaxşı hiss etmənizi təmin edir.

4. Serotonin karbohidratlar, şirniyyat və nişastalı qidalarda olur.

5. Bu maddənin miqdarını artıran qidalardan bəziləri isə pendir, şokolad, süd, portağal, hind toyuğu əti, mandarin və pomidor kimi qidalar.

6. Lakin meyvədəki karbohidrat serotonin əmələ gətirmir. Buna görə də yemək yediyiniz halda yenə də nəsə yemək istəyən şəxs meyvə ilə bu hissi öldürə bilməz.

7. Serotonin olmayan qidalar arasında protein də var. Yəni yeməkdən sonra aclıq hissi yarananda, protein tərkibli qidalar yeməyiniz bir fayda verməyəcək.
Bunun əvəzinə yemək vaxtı serotonin tərkibli qidalar yeyin və beyniniz tox olduğunuzu anlasın.


Tarix: 21.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Qidalanma və Dieta