beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çəkinizi səhər yeməyi ilə qoruyun

Yuxudan oyandıqda iştahınız olmasa da orqanizmə faydalı hər hansı qida qəbul etsəniz, bu sizə olduqca yaxşı təsir göstərəcək və maddələr mübadiləsini hərəkətə gətirərək bədənin normal fəaliyyətdə işləməsinə səbəb olacaqdır.
Səhər yeməyi günün ən əhəmiyyətli payı hesab olunur. Xüsusilə uşaqlar və artıq çəkidən azad olmaq istəyənlər üçün günə başlamağın ilk şərti hesab olunur.
Xüsusi ilə qeyd etmək lazımdır ki, gecə çoxlu qida qəbulu səhər yeməyində tox və iştahsız olmağınızın əsas səbəblərindəndir.
Çox vaxt analar eyni səhvə yol vermiş olur. Gecə yatarkən uşağa ballı süd içirir və ya yemək yedirirlər.
Bəhanələr olmamlıdır. Bir çox tədqiqatlar, günə səhər yeməyi ilə başlamağın əhəmiyyətini göstərir. Buna görədə düzgün fikirləşib və qərar qəbul edərək bədənin kütlə indeksinizi azaltmağınız və artıq çəkidən azad olmağınız mümkündür. Səhər yeməyini yeməmək, kişilərə nisbətən qadınlarda daha güclü təsir göstərir. Vaxtı düzgün idarə etməmək, gec oyanma, iştahsızlıq, yorğunluq, aclıq hiss etməmək səhər yeməyi yeməyən şəxslərin ümumi dedikləri frazalardır. Amma unutmayın ki, bunlar düzgün deyildir. Tədqiqatlara görə, səhər yeməyini yeməyənlər, günorta saatlarında sağlamlığa 100% müsbət təsir göstərməyən qidalar yemək seçimində qala bilərlər və gün içində daha çox qida qəbulu ilə digərlərindən fərqlənərlər. Səhər yeməyi yeməyən şəxslərin bəziləri daha az kalori aldıqları üçün artıq çəkidən azad olacaqlarına görə sevinirlər. Halbuki günorta və axşam yeməklərində çox qida qəbul etmək məcburiyyətində olduqları və bədənin bunu tələb etməsi ilə onlar öz məqsədlərinə yenə də nail ola bilmirlər. Səhər yeməyi yeməmək və ya hansısa bəhanələrlə gecikdirmək bədəndə iştaha, maddələr mübadiləsisinə təsir edir və gün boyu artıb azalaraq qanda olan şəkərin miqdarını təyin edir. Günə möcüzəli bir şəkildə başlamanın ən yaxşı yolu, balanslı qan şəkəri səviyyəsini təmin etmək və daha az kalori almaqdır. Səhər yeməyində zülal, yağ və karbohidrat tarazlığının təmin edilməsi də əhəmiyyətlidir. Bu şəkildə uyğun qidalardan ibarət olan bir səhər yeməyi qəbul edildiyində bədənimizdə davamlı bir enerji istehsalı olacaqdır. Üstəlik səhər yeməyi, bağırsaq hərəkətlərinin nizamı və sıx ehtiyacı üçün də əhəmiyyət daşıyır.
Səhər yeməyində olan kalorilərə: pendir, çörək, zeytundan ibarət olan klassik səhər yeməkləri, yumurta, qatıq və ya yulaf kimi qidalar qəbul etmək və qida rasionuna bunları təyin etmək daha az kalori almağa və artıq çəkidən azad olmağa səbəb olacaqdır.
Tam taxıllı qidalar qəbul etmək faydalıdır: rəfinə edilmiş çörəklə tam taxıllı çörək arasında edilən bir tədqiqata görə səhər yeməyi insanı daha uzun tox tutması baxımından üstündür. Bu cür məhsulları qəbul edən şəxslər, digər qruplara görə səkkiz saat ərzində özlərini daha az ac hiss edirlər. Çörək olaraq tam buğda, çovdar, kəpək də seçilə bilər.
Yumurta yeməkdə faydalıdır: Yumurta, ana südündən sonra ən keyfiyyətli zülal hesab olunur. Eyni zamanda uzun müddət insanı tox saxlayır. Artıq çəkidən azad olmaq istəyənlər və yaşları 25-60 arasında dəyişən fərdlər üzərində edilən bir araşdırmaya görə, səhər yeməyində iki yumurta qebul edənlər, qoğal və buna bənzər qidaları qebul edənlərlə nisbətən 65% daha çox artıq çəkidən azad olurlar və gün ərzində güclü enerjiyə sahibdirlər.
Çox şəkərli seçimlərdən uzaq durmaq məsləhətlidir: Səhər yeməyində vafli, keks, peçenye, şokolad və şəkər əlavəli qidalar qəbul edənlər, qan şəkərində oynamaların olduğu üçün 1-2 saat içində yenidən acacaq və enerji düşməsi olacaqdır.
Fərqli variantlara baxaq: Oyandığınızda ac deyilsinizsə belə iki saat içində səhər yeməyi qəbul etmənizə kömək olan, bədəninizin gün ərzində maddələr mübadiləsini təmin edən aşağıdakı variantları təcrübə edə bilərsiniz:

* Tam taxıllı, şəkərsiz naharlıq yarmalar, süd
* Fıstıq əzməsi
* Qatıq, yulaf
* Meyvələr, ləpə
* Bir tam yumurta və iki ağla pendirli omlet
* Kəpəkli kraker
* Tam buğda unu ilə düzəldilmiş bal


Tarix: 21.01.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 161 Bölmə: Qidalanma və Dieta