beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kofeinli qəhvə görmə qabiliyyətini zəiflədir

ABŞ-ın Alabama Universitetinin Göz Elmi Mərkəzinin mütəxəssisləri kofeinli qəhvənin gözə ziyanını araşdırıblar. Elmi Mərkəzin həkimləri kofeinli qəhvənin çox istehlak olunmasının görmə qabiliyyətini zəiflətdiyini aşkar ediblər.

ABŞ-lı mütəxəssislərin araşdırmasına görə, kofeinli qəhvəni çox içənlərdə eksfoliativ qlaukoma növü göz təzyiqini artırır.

80 mini qadın olmaqla 120 min nəfər arasında aparılan araşdırmada hər hansı göz xəstəliyi olmayan və 40 yaşdan az olan insanlar iştirak ediblər.
İştirakçıların qəhvə aludəçilikləri və göz təzyiqi ilə göz təbəqələrindəki dəyişikliklər araşdırılıb.

Araşdırmada gündə 3 fincan və daha çox kofeinli qəhvə istehlak edənlərdə göz təbəqəsini mühafizə edən bağların zəifləməsi və göz təzyiqinin artması məlum olub.

Çay, isti şokolad və ya qazlı sular kimi tərkibində kofein olan digər içkilər də araşdırılıb. Lakin həmin içkilərdə göz təzyiqi və göz təbəqələrindəki hər hansı ciddi pozuntuya rast gəlinməyib.

Mütəxəssislər göz təzyiqinə və göz təbəqəsini mühafizə edən bağların zəifləməsinə nəyin səbəb olduğunu bilmədiklərini və bu mövzuda daha çox araşdırmaya ehtiyac duyulduğunu da vurğulayıblar.

Qeyd edək ki, həmin araşdırma "Investigative Ophthalmology & Visual Science" jurnalında nəşr olunub.


Tarix: 21.01.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qidalanma və Dieta