beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidanı az çeynəmək diabetə səbəb olur

Qidanın diqqətlə və uzun müddət çeynənməsi nəinki təkcə həzm problemlərindən, eləcə də diabetdən qaçmağa imkan verir. Rusiya KİV-inin verdiyi məlumata görə, bu barədə "The Daily Mail" xəbər verir.
Amma böyük tikələr udaraq sürətlə yeməyə üstünlük verənlər artıq çəki və diabetlə daha tez-tez üzləşirlər.
Litvalı mütəxəssislər 702 nəfərin vəziyyətini araşdırmaqla bu qanunauyğunluğu aşkara çıxarıblar. Onlardan 234 nəfərə diabet diaqnozu qoyulub. Araşdırmanın bütün iştirakçılarından həyat tərzi barədə sual vərəqəsini doldurmaq və çəkisini ölçmək tələb olunub. Alimlər həm də könüllülərin hansı sürətlə yemək yedikləri ilə maraqlanıblar.

Nəticələr birmənalı olub. Belə ki, əgər insan sürətlə yeyirsə, o, 2-ci tip diabet risk qrupuna düşür. Litvanın Tibb Universiteti ekspertlərinin sözlərinə görə, diabetin inkişafı həm genetik, həm də xarici amillərdən birbaşa asılıdır. İnsanın qidalandığı sürət elə xarici amillərə nümunədir.

Təəssüf ki, alimlər bu qanunauyğunluğun səbəbinin müəyyən edilməsinə nail ola bilməyiblər. Doğrudur, bir müddət əvvəl alimlər sübut ediblər ki, udulan qidanın yüksək sürəti istifadə olunan qidanın həcminin artması ilə bağlıdır. Yəni insan nə qədər çox yeyirsə, piylənmə riski də bir o qədər yüksək olur. Piylənmə isə bildiyimiz kimi, diabetə gətirib çıxarır.


Tarix: 21.01.2015 / 12:26 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Qidalanma və Dieta