beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qan təzyiqinin dərmanı hansı tərəvəz bitkisidir?

Gün ərzində bir neçə ədəd kartof qəbul etməklə artıq çəki yığmadan qan təzyiqini aşağı salmaq olar. ABŞ-ın Skrenton Universitetinin alimləri belə qənaətə gəliblər.
Alimlər bunu sübut etmək məqsədilə təcrübə aparıblar. Təcrübəyə hipertoniyadan əziyyət çəkən kök insanlar cəlb edilib.

Lakin burada diqqət yetirməli bir məsələ var. Kartofun qəbulu zamanı heç bir əlavə qida-ketçup, sirkə və ya mayonezdən istifadə olunmamalıdır.
Kartofun bişirilməsi də mühüm rol oynayır. Tədqiqat zamanı yağsız, sobada bişirilən kartof, eləcə də qıpqırımızı kartof, ağ və qırmızı qabıqlı kartofu sınaqdan keçiriblər.

Kartof istehlakçılar arasında böyük nüfuza sahib deyil, istifadəçilər kartofu yüksək kalorili məhsul kimi qəbul etsələr də alimlər bunun tam əksini sübut ediblər.
Əslində isə qızardılmamış, yağ, marqarin, smetandan istifadə olunmayan 1 ədəd kartofun tərkibini cəmi 110 kalori və faydalı fitokimyəvi preparatlar, vitaminlər təşkil edir.


Tarix: 21.01.2015 / 12:18 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qidalanma və Dieta