beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı xüsusi vəziyyətlərdə hansı qidaları qəbul edəcəyinizi bilirsinizmi?

Əhvalınız istər istəməz tez-tez dəyişir. Mütəxəssislərin araşdırması sübut edir ki, insanların əhvalı və qidalanması arasında əlaqə var. Ümidsizlikdə, narahatlıq, həddindən artıq əsəb keçirdikdə, utancaqlıq kimi vəziyyətlərdə istər-istəməz iştahamıza mənfi təsir edir. Əgər belə dövrlərdə necə qidalanmağınız mövzusunda
məlumatlı olsanız, formanıza əsla mənfi təsir etməz və bu dövrləri asanca sovuşdura bilərsiniz.

Hansı xüsusi vəziyyətlərdə hansı qidaları qəbul edəcəyimizi qısaca belə sıralamaq olar:

Yorğunluq

Bu dövr iştaha mənfi təsir göstərir. Yorğun insanlar yemək belə istəmirlər. Belə dövrlərdə C vitamini ilə zəngin olan təzə meyvə və tərəvəzlər dadınıza çatar. Bu tərəvəzlərin, xüsusilə vitamin itkisinə uğramaması üçün çiy qəbul edilməsi təklif edilir. Portağal, kivi, kök, yaşıl bibər, cəfəri və bitki mənşəli çaylar təklif edilir.

Utancaqlıq

Fosforu zəngin olan balıqlar, quru paxlalılar və yarma bu dövrü tez sovuşdurmağa kömək edir. Və özünüzə olan etibarı yenidən qazandırır.

Həddindən artıq əsəb

Bu dövrlərdə yağlı toxumlar, xüsusilə fındıq, qoz və fıstıq qəbul olunması uyğundur. Kafeinli içkilərdən və mal ətindən mümkün qədər uzaq durmaq lazımdır.

Narahatlıq

Narahatlıq vəziyyətində bədəndə həddindən artıq maye itkisi olacağından, yüngül şorba, kompot, meyvə şirəsi içilməlidir.


Tarix: 21.01.2015 / 12:14 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Qidalanma və Dieta