beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər

"The Times of India" qəzeti "American Journal of Clinical Nutrition" jurnalına istinadən yazır ki, ABŞ-dakı Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin, xüsusilə də "ziyanlı xolesterin"in ümumi göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Bu fakt isə ürək xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır.

Alimlər pəhrizin müsbət təsirini xolesterini həddindən artıq yuxarı olan bir qrup könüllü üzərində sınaqdan keçiriblər. Tədqiqatçılar istifadə olunan qoyun ətinin həcmini müxtəlif şəkildə təyin edərək xolesterinin səviyyəsinin necə dəyişdiyini müəyyən ediblər.

Nəticədə 113-153 qram ətdən istifadə zamanı "ziyanlı xolesterin"in miqdarı 10 faiz aşağı düşüb. Buna görə də ekspertlər ətin ürəyə və damarlara ziyan vurması barədə ehtimalları və əminliyi bir kənara qoyaraq, onun gündəlik rasiona daxil edilməsini tövsiyə edirlər.


Tarix: 21.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Qidalanma və Dieta