beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kofe şəkərli diabetdən qoruyur

Kofedən gündəlik istifadə 2-ci tip şəkərli diabetin yaranması riskini azaldır. Minnesota Universitetinin alimləri bu nəticəyə gəliblər.

Bunun üçün onlar 11 il ərzində müşahidə altında olan 28 min insanın məlumatlarını tədqiq ediblər. Təcrübədə iştirak edənlərdən 1418 nəfəri 11 il ərzində adıçəkilən xəstəliyə tutulublar. Bu xəstəlik əsasən orta yaş dövründən sonra və orqanizmin insulin hormonuna həssaslığının azalması nəticəsində yaranır.

İştirakçılar arasında gündə 6 fincan kofe qəbul edənlər arasında diabetdən əziyyət çəkənlərin sayı bu içkini qəbul etməyənlərə nisbətən 22 faiz az olub.

Kofeinin tərkibinə bitki tərkibli bir çox minerallar və başqa maddələr daxildir. Ancaq hələ alimlər onun müdafiə effektini verdiyini dəqiqiləşdirə bilməyiblər. Versiyalardan birinə görə, burada söhbət mədəaltı vəzin zərərli faktorlardan müdafiəsindən gedir.


Tarix: 21.01.2015 / 12:09 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Qidalanma və Dieta