beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sarıkök beyinə xeyirdir

Amerikalı alimlər, xərçəng və qaraciyər xəstəliklərinə qədər bir çox xəstəliklərə faydalı olan sarıkökün iflic xəstələrinə də ümid olacağını bildirib.

İtaliyanın La Stampa qəzetinin xəbərinə görə, Los Angelesdəki Cedars-Sinai tibb mərkəzinin alimləri, sarıkökün tərkibində olan kurkumin piqmentinin iflic keçirən xəstələrin beyin hüceyrələrinin yenilənməsinə kömək edə biləcəyini müşahidə edib.

Hal hazırda heyvanlar üzərində aparılan araşdırmada iştirak edən Paul Lapchak, əldə etdikləri nəticələrin müsbət olduğunu bildirib.
Xüsusilə iflic xəstəliklərində istifadə ediləcək yeni dərmanı hazırlayacaqlarını deyib.
Paul Lapchak, bu dərmanın iflicin zərər verdiyi beyin hüceyrələrini əvvəlki halına gətirəcəyini söyləyib.


Tarix: 21.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Qidalanma və Dieta