beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Saqqız arıqladır

Tərkibində şəkər olmayan saqqız çeynəmək insanların arıqlamasına kömək edir. ABŞ in Rod Aylend Universitetinin professoru Ketlin Melanson apardığı tədqiqatdan sonra bu nəticəyə gəlib.
Tədqiqatda 35 qadın və kişi iştirak edib. Onlar gündə 2 dəfə acqarına laboratoriyaya gəlmək tapşırılıb.
Onlar səhər yeməyindən 20 dəqiqə əvvəl və nahardan 3 saat əvvəl 2 dəfə saqqız çeynəyiblər.
Laboratoriya əməkdaşları tədqiqata cəlb edilən şəxslərin qanında qlükozanı, metabolizm proseslərini yeməkdən əvvəl və sonra ölçüblər.
Bundan əlavə, iştirakçılar öz aclıq hisslərini və güclərini qiymətləndiriblər. Bəlli olub ki, saqqız çeynəyənlər 67 kalori az qebul edib , 5 faiz çox enerji sərf ediblər.
Xüsusilə kişilərdə saqqızdan sonra aclıq hissinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub. Bu qəbildən olan növbəti tədqiqata artıq çəkidən əziyyət çəkən insanların cəlb edilməsi nəzərdə tutulur.


Tarix: 21.01.2015 / 11:52 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Qidalanma və Dieta