beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fosforlu qidalar böyrəyi sıradan çıxarır

Problem qida məhsullarında fosforun səviyyəsinin çox olması üzündən yaranır.
Tərkibində fosfor olan əlavələr vurulmuş yarımfabrikatlar, hisə verilmiş ət və “fast-food”lar böyrək xəstəliyinə səbəb olur. ABŞ-ın Mayami Universitetinin alimlərinin sözlərinə görə, problemlər qida məhsullarında fosforun səviyyəsinin çox olması üzündən yaranır.

İstehsalçılar yarımfabrikatların saxlanma müddətini uzatmaq üçün bəzən onlara normadan artıq fosfor qatırlar. Alimlərin sözlərinə görə, əgər qida rasionunda fosforla bol yeməklər çox olarsa, böyrək onu ifraz edə bilmir və fəaliyyətində problem yaranır.

Mütəxəssislər qidaların üzərində tərkibindəki fosforun miqdarının nadir hallarda göstərildiyini qeyd edirlər. Bu da alıcıya nə qədər fosfor və ya başqa maddə qəbul etdiyini bilməyə mane olur. Ən yaxşı variant isə emal olunmuş məhsullardan və “fast-food”dan imtina etməkdir.

Qeyd edək ki, fosfor südün, pendirin, lobyanın və qoz-fındığın tərkibində daha çoxdur. O, sümüklərin və dişlərin formalaşmasında, habelə hüceyrə membranlarının fəaliyyətində mühüm rol oynayır. Artıq fosfor böyrəklər vasitəsilə ifraz olunur.


Tarix: 21.01.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Qidalanma və Dieta