beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göbələk haqqında bilmədiklərimiz

On minlərlə növü olan göbələk zülal, dəmir, A, B, D, P və K vitaminləri, kalsium, kalium, fosfor və mis mineralları ilə zəngindir. Göbələk immunitet sistemini qüvvətləndirərək orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, fiziki və zehni inkişafı gücləndirir, qavrama qabiliyyətini artırır, yorğunluğu aradan qaldırır.
Bol miqdarda dəmir mineralına malik olan göbələk qanda xolesterolun səviyyəsini aşağı salaraq insanı ürək-damar xəstəliklərindən, həmçinin infarktdan qoruyur. Göbələyin zülal dəyəri yüksək olsa da, yağ nisbəti aşağıdır. Ona görə də pəhriz zamanı daha çox istifadə olunur. Lakin zəhərli və yeməli göbələyi mütləq ayırmaq lazımdır. Buna görə də göbələyin mütəxəssislər tərəfindən toplanması məsləhətdir.

Qeyd: revmatizm xəstələrinə göbələk yemək tövsiyə olunmur.


Tarix: 21.01.2015 / 11:46 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Qidalanma və Dieta