beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhər yeməyini çox yemək insanı arıqlatmır

Səhər çoxlu yeməklə günorta və axşam az yeyəcəklərini düşünənlər yanılırlar. Bunu Almaniya alimlər deyirlər.
Qidalanma jurnalında dərc edilmiş tədqiqata əsasən, səhər yaxşı yeyən adamlar nahar və şam zamanı da eyni miqdarda kaloriyə ehtyac duyurlar.
Alimlər hesab edirlər ki, səhər yeməyindən aldıqları kalorini azaltmaqla insanlar daha çox çəki itirə bilərlər.
Britaniya Dieta Assosiasiyası səhər yeməyinin balanslı pəhrizin mühüm hissəsi olduğunu deyir.
Çox zaman səhərlər çox yeməklə arıqlamaq arasında əlaqənin olduğu düşünülür.
Amma Münhen universitetinin alimləri iki həftə ərzində 400 şəxsi izləyərək fərqli nəticəyə gəliblər.
Onlardan bir qrupu səhər çox, digəri az yeyib. Başqa qrup isə ümumiyyətlə qəhvəaltı etməyib.
Doktor Volker Şuzdziarra deyib:"Nəticələr göstərir ki, səhər yeməyindən asılı olmayaraq, adamlar nahar və şam zamanı eyni miqdarda qida qəbul edirlər."
Lakin ekspertlər səhər yeməyinin rolunun vacib olduğunu deyirlər.
Şon Porter bildirir: "Səhər qidalanan adamlar daha tarazlı pəhrizə malik olurlar.
Yeməyənlər isə nahar və şam arasında sağlamlığa ziyanlı ərzaq məhsulları da yeyirlər ki, bu da onların kökəlməsinə səbəb olur."


Tarix: 21.01.2015 / 11:46 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qidalanma və Dieta