beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kökəlmək üçün nə etmək lazımdır?

Bu gün insanlar daha çox artıq çəkidən əziyyət çəkir. Bunun üçün də daima pəhriz axtarışındadırlar. Ancaq zəif olub, heç cür çəkisini artıra bilməyənlər də var. İnsanın kökəlməməsinin bir neçə səbəbi var. Əgər insanın istifadə etdiyi enerji, qazandığından çoxdursa, əgər siqaret çəkirs,ə (yeməklərin dadını və qoxusunu ala bilmir nəticədə iştahsızlıq yaranır), əgər bağırsaqlarında qurd varsa, stress, depresiya, xəstəlikdən əziyyət çəkirsə kökəlmək çətinləşir. İştahsızlıq yarandığı təqdirə insan ac olsa da beyninə toxluq siqnalları göndərilir.

Sağlam şəkildə kökəlmək üçün:

Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.
Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.
Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.
Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin.
Qəbul edilən karbohidratın miqdarını artırın.
Südə bal, bəhməz, mürəbbə əlavə edərək için.
İçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için.
Təzə meyvə sularına üstünlük verin.
Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.
Yeməkdən sonra şirniyyat qəbul edin.
Fındıq, fıstıq, badam, qoz və s yeyin.
Hər gün yumurta qəbul edin.
Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.

Unutmayın ki, kökəlmək xatirinə çox yağlı yemək yeməyin. Çünki yağ ilə artan çəki sağlamlıq üçün ziyandır.
Qeyd edək ki, ayda 2 kq çəki artırmaq uğurlu nəticə hesab edilir.


Tarix: 21.01.2015 / 11:40 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Qidalanma və Dieta