beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşına uyğun qidalan

Mütəxəssislər hər yaşa uyğun qidalanma qaydasına əməl etməyi məsləhət görürlər. Orqanizm üçün lazım olan vitamin və mineralları yaxşı olar ki, həb şəklində deyil, qidalarla qəbul edəsiniz. Yaşlanmanın qarşısını almaq, bu prosesi ləngitmək üçün qidaların keyfiyyətinə də diqqət yetirmək lazımdır.

Doğru qidalanma vərdişinə mümkün qədər erkən yaşlarda başlamaq məsləhətdir. Çünki uşaqlıq və yeniyetməlik orqanizmin daha çox inkişaf dövrü olduğundan bu vaxtlar vitamin və minerallara daha çox üstünlük vermək vacibdir. Sümüklərin və dişlərin inkişafı üçün süd məhsullarını qidalanma siyahısından çıxarmayın. Ürək xəstəliklərinə məruz qalmamaqdan ötrü gənclər indidən yüksək nisbətdə yağ ehtiva edən qidalardan, xüsusilə də doymuş yağlardan uzaq durmalıdırlar.

20 yaş

İnsan həyatının ən məhsuldar dövrü 20 yaşa təsadüf edir. Bu dövrdə qidalanmaya daha çox fikir vermək lazımdır ki, gələcəkdə orqanizmdə problemlər ortaya çıxmasın. Karbohidratlar, nişastalı qidalar, tərəvəz, meyvə, süd məhsulları, balıq, yumurta kimi zülalla zəngin məhsullarla sistemli şəkildə qidalanın. Bu yaşda maqnezium mineralına da ciddi ehtiyac duyulur. Ona görə də paxlalı məhsullara, balıq, ət, tərəvəz, banan və almaya üstünlük verin.

30 yaş

Bu yaş qrupunda ana olmağa hazırlaşan qadınlar hamiləlikdən əvvəl, həmçinin hamiləliyin ilk üç ayında qidalarına folik turşusu əlavə etməlidirlər. Bu turşu körpənin sağlam inkişafı üçün həyati əhəmiyyət daşıyır.

Yaşlandıqca sümüklərdə kalsium yavaş-yavaş azalır. 35 yaşından etibarən sümüklər möhkəmliyini itirməyə başlayır. Bu dövrdə kalsium baxımından zəngin qidalanma rejiminə keçmək lazımdır. Maqnezium, fosfor, D, C, B6, K vitaminləri ilə zəngin olan ərzaqlardan istifadə edin.


Tarix: 21.01.2015 / 11:40 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Qidalanma və Dieta