beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nar suyunun bilinməyən faydaları

Prostat xərçəngi və ya prostat iltihablanmaları: sidik problemlərinə səbəb olaraq fiziki narahatlığa səbəb olmaqla qalmır, kişilərə psixoloji və sosioloji baxımdan da təsir göstərir"
Med.Az-ın verdiyi məlumata görə, həkimlər prostat xərçənginə yaxalanma riskini azaltmaq üçün ət, marqarin, yağda qızardılmış qidalar, yağlı süd məhsullarını və kalsiyum qəbulunu qida rasionunda azaltmağı məsləhət görür. Prostat xərçənginin qarşısını almaq üçün tərəvəz, tərkibində likopen olan qidalar, dəniz məhsulları, taxıllar, tərkibində E vitamini olan quru meyvələr, şirin kartof, avakado, yaşıl çay və nar suyu ilə qidalanmağı tövsiyə edirlər.

Bəs niyə nar suyu?

Nar suyunun ürəyə xeyirli olduğu bir çox araşdırmalarda isbatlanıb. Tərkibindəki “tannin” və “antosiyanidin” lərlə yüksək bir antioksidant gücünə sahib olan nar suyu qan dövranına müsbət təsir göstərir, pis xolestrol LDL səviyyəsini azaldır. Nar suyunun çox da bilinməyən digər faydası da son vaxtlar gündəm mövzusuna çevrilib. Nar suyu prostat xərçənginin inkişafını azaldır. Gündə 1-2 stəkan nar suyu içmək prostat xərçənginin qarşısını almaq baxımından çox faydalıdır.


Tarix: 21.01.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Qidalanma və Dieta