beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dondurulmuş qidalar etibarlıdırmı?!

Müasir dördə vaxtdan səmərəli istifadə çox önəmlidir. Bu səbəbdən də gündəlik həyatımızda bəzi hallar var ki onların asan həll yolu tapılmışdır bu sahələrdən biri də qidalanma sahəsidir. Beləki dondurulmuş qidalar bizə zaman qazandırmaq üçün düşünülmüş üsullardandır. Lakin bəzən alıcılar dondurulmuş qidanın keyfiyyətinə və təhlükəsizliyinə şübhə ilə yanaşırlar.
ABŞ və Avropada dondurulmuş qidadan istifadə təqribən 50 il bundan əvvələ təsadüf edir.
Qidanı donduran zaman onun ətrafındakı su buz kristallarına çevrilərək qidanın fiziki, kimyəvi və mikrobioloji cəhətdən keyfiyyətini itirməsinə mane olur onun təzəliyini qoruyub saxlayır. Lakin dondurulmuş qidanın bəzi istifadə qaydaları var ki bunları bilmək vacibdir:
• Dondurulmuş qidanı isti suya salaraq və ya isidərək donunun açılması düzgün deyil, donun açılması normal temperaturda öz-özünə tədricən baş verməlidir.
• Donu açılan qidanı saxlamadan bişirmək məsləhətdir
• Donu açılmış qidanın müəyyən miqdarını istifadə etdikdən sonra qalan hissəsini yenidən dondurmaq məsləhət deyil, bunun üçün də yalnız ehtiyacınız olduğu qədər məhsulun donunu açın.


Tarix: 21.01.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qidalanma və Dieta