beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Donuz qripindən qoruyan qidalar

“Donuz Qripi” peyvəndini gözləyərkən xəstəliyə yaxalanmaqdan qorxursunuzsa elm adamları peyvənddən əvvəl immunitet sistemini güclü saxlamağın vacib olduğunu deyirlər. Bundan başqa xəstəliyə yoluxduğunuz zaman virusa qalib gəlmək üçün də vacib addım budur. İmmunitet sistemini donuz qripinə qarşı güclü saxlamaq üçün istifadə edəcəyiniz qidalara diqqət yetirin.

QIRMIZI BİBƏR: Portağalda olan C vitamininin 2 qatı qırmızı bibərdə var. C vitamini qripin təsirini 80% faiz azaldacaq qədər güclü bir silahdır.

QATIQ: Tərkibində bağırsaqlarda mikroblara qarşı mübarizə aparan bakteriyalar olan probiotik var. Beləcə qrip virusu orqanızmdə özünə yer tapa bilmir.

YAŞIL ÇAY: Tərkibində immuniteti gücləndirən “epigallocatechin gallate” adlı kimyəvi maddə var. Gündə 3 fincan içmək məsləhət görülür.

GİNSENG: ABŞ-lı elm adamları gündə 2 ədəd 200 milli qramlıq ginseng kökü kapsulu qəbul edən insanlarda qripə yaxalanma risqinin 31 faiz azaltdığını bildirirlər. İmmuniteti hərəkətə gətirir.

BADAM: Xəstəliklərlə mübarizə aparan antioksidan, E vitamini baxımından zəngindir. Qripdən qorunmaq üçün hər gün 24 dənə badam yeyin.

TƏZƏ KARTOF: Tərkibindəki “beta carote” sayəsində qripə qarşı qoruyur. Bədəndə A vitamininə çevrilir və qripin müalicəsində önəmli vasitələrdən biridir.

TOYUQ SUYU İLƏ ŞORBA: Bədəndə mucus istehsalını artırararq qripin boğaz ağrısı və öskürək kimi təsirlərini aradan qaldırmağa kömək olur.

SARIMSAQ: Kükürd maddəsi qrip mövsümündə bu xəstəliyə yoluxma risqini 2.5 qat azaldır və virusu öldürmə qabiliyyətinə malikdir. Təzə sarımsaq daha təsirli olur.

ZƏNCƏFİL: Tərkibindəki “gingerol” maddəsi bütün infeksiayaları uzaqlaşdıra bilir. Zəncəfil çayı da içə bilərsiniz.

QOZ: Tərkibindəki antioksidant selenium soyuqdəymə, qrip və xərçəngə qarşı qoruma funksiyasını yerinə yetirir. Tərkibindəki selenium faizi başqa bütün qidalardan 10 qat daha çoxdur

SİTRUS MEYVƏLƏRİ: C vitamini mənbəyidir. Xüsusilə siqaret çəkirsinizsə qripə yoluxma risqi daha yüksək olduğu üçün bol-bol C vitamini qəbul etməlisiniz.

BAL: Təbii olaraq antibakterial xüsusiyyətlərə malikdir. Çaya ya da yoqurta qataraq yesəniz təsiri daha güclü olar.

KƏLƏM: İspanaq və kələm kimi yaşıl rəngli yarpaqlı tərəvəzlər, immunitet sistemini qripə qarşı gücləndirən D vitamini baxımından zəngindir.

GÖBƏLƏK: Betta-Glucan adlı qripə qarşı qoruyan bir maddə ifraz edir. Immunitetetin qrip virusunu tanımasını və onu yox etmək üçün hərəkətə başlamasını təmin edir.

VƏLƏMİR: Lif, E və B vitamini, bundan başqa immunitet sistemini gücləndirən minerallar və Beta-Glucanlar baxımından zəngindir.

ALMA: Mütəxəsislər davamlı olaraq alma yeyən insanların qripə yoluxma risqinin azaldığını müəyyən edib. Günlük C vitamini ehtiyacının 25 faizini qarşılayır.

QIRMIZI ƏT: İmmunitet sistemini hərəkətə gətirmək üçün qırmızı ət yemək vacibdir. Yetikin insanların gündə orta hesabla 40 -60 qram ət yemələri məsləhət görülür.

BALIQ: Omega 3 istehsalını artıraraq qrip və oxşar infeksiyaları orqanizminizdən uzaqlaşdıra bilərsiniz. Həftədə 2 dəfə balıq yeməlisiniz.

SOĞAN: Təbii antibiotiklər yaradır. Bundan başqa qripə qarşı immunitet sistemini gücləndirən “quercetin” adlı bir maddə ifraz edir.


Tarix: 21.01.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Qidalanma və Dieta