beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiflənmiş qida öldürücü təsirə malikdir

Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.

Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər “aflatoksin” deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur.

Səlcuq Universitetinin müəllimi, prof. dr. Xalis Oğuz aflatoksin maddəsinin hamiləliyin ilk üç ayında körpədə şikəstliklər əmələ gətirdiyini xüsusi vurğulayır.

Kifli yem yeyən heyvanların südü, yumurtası və əti də insanlara ciddi zərər verir.

Qidaları kiflənmədən necə qoruya bilərik?

Soyuducunu ayda bir dəfə 1 qaşıq yemək sodası (sodium bikarbonat) əlavə olunmuş 1 litr su ilə yuyub, təmiz su ilə durulayın. Qab-qacaq bezləri, dəsmallar, süngərlər və digər təmizlik vəsitələri təmiz olmalıdır. Təmizləyə bilmədiyiniz və ya yuya bilmədiyiniz təmizlik əşyalarından istifadə etməyin.

Təzə doğranmış meyvə-tərəvəzlər, salatlar plastik örtüklə bağlanmalıdır. Açılan və tez xarab olan konserv məhsullarını qablara qoyub, soyuducuda saxlayın. Belə məhsulları soyuducudan kənarda 2 saatdan çox saxlamayın. İsti yeməklər 1-2 saat içində yeyiləcəksə, üzəri bağlı saxlanılmalıdır. Soyudulacaq, ya da səhəri gün yeyiləcək qidaları soyuducuya isti halda qoymayın.


Tarix: 21.01.2015 / 11:32 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Qidalanma və Dieta