beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyni gücləndirən qidalar

Beyinin güclənməsində qəbul etdiyimiz qidaların da çox böyük rolu vardır.
ABŞ-da yayımlanan Men’s Health jurnalında Dr. Tom Gilhoolynin zehin açan qidalar haqqında araşdırması yayımlanıb.

Soya: Oksigen ifrazını artıran soya yaddaşı gücləndirir. Soya südü ya da soyalı yeməklər fiziki və psixoloji zəifliyin qarşısını alır.

Yumurta: D vitamini deposu olan yumurta hüceyrələrin öz-özünü yeniləməsini təmin edir və beyinin fəaliyyətini gücləndirir.

Çiyələk: Antioksidant və C vitamini mənbəyidir. Yaş artdıqca zəifləyən beyinin funksiyalarını tənzimləyir.

Çay:Tərkibindəki flavonoidlər sayəsində beyinin elastikliyini qoruyur və fəaliyyətini artırır.

Qırmızı ət: Dəmirlə zəngin olan qırmızı ət, xüsusilə uşaqlarda zəka səviyyəsini yüksəldir.

Üzüm suyu: Qısa və uzun müddətli yaddaşı qüvvətləndirir. Amma şərab eyni təsirə malik deyil.

Sardina: Tərkibi selenlə zəngin olan sardina sperm səviyyəsini yüksəldir və stressi azaldır.

Brokoli: Foli turşusu əskikliyi gərginlik və əsəbiliyə səbəb olur. Tərkibində yüksək miqdarda foli turşusu olan brokoli bu problemləri ortadan qaldırır.

Vələmir: Karbohidratla zəngin olan vələmir, yaddaşa müsbət təsir göstərir.


Tarix: 21.01.2015 / 11:30 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Qidalanma və Dieta