beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dedim, ayrılaq
Dedim, ayrılaq

Könlümdə ilahi məhəbbətini,
Qoruya-qoruya, dedim ayrılaq.
Fələkdən bəxtimin səadətini,
Soruya-soruya, dedim ayrılaq.
Əlinin istisi qaldı əlimdə,
Bəlalı sevgimin adı dilimdə,
Uzaqdan, yaxından səni dilim də,
Araya-araya, dedim ayrılaq.
Səni qoruyarkən yad alqışlardan,
Min bir tənələrdən, sərt qarğışlardan,
Könlümə muniskən, pak baxışlardan
Yarıya-yarıya, dedim ayrılaq.
Könlümün könlümə sayğılarını,
Bəlalı eşqimin duyğularını,
Tənha gecələrin uyğularını
Yoruya-yoruya, dedim ayrılaq.
Addımlar sevgimiz bəxt küçəsiylə,
Bizi qovuşduran ümid səsiylə,
Könlüm həsrətinin işgəncəsiylə
Qarıya-qarıya, dedim ayrılaq.
Ürəyim həzin ney, yaralı tütək,
Şirin xanım sızlar sənsiz tənha, tək,
Eşqini könlümə ipəkqurdutək,
Sarıya-sarıya, dedim ayrılaq.


Tarix: 01.06.2015 / 10:43 Müəllif: Aziza Baxılıb: 141 Bölmə: Şirinxanım Kərimbəyli