Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərab görmək

Yuxuda sizə şərab veriblərsə, bu, dostluğa işarədir. Həyatda sizi dostlarla ünsiyyət gözləyir.

——————–

Şərab sakit həyat, rifah rəmzidir. Stolun üstündə başqa ərzaqların arasında şərab və onun yanında silah görmək – bu, dövlətdə əcdadların qonaqpərvərlik ənənələri olduqca dünyanın qorunacağına işarədir. Yuxuda şəffaf qədəhdə açıq çəhrayı şərab görmək yalan, zəhərləmə yolu ilə qətl, hiylə, kələk əlamətidir. Xüsusilə də əks cinsin “yaraşıqlı” nümayəndələrindən qorunmalısınız.Yuxuda böyük üzümlük və sarı saçlı kişilərin şərab hazırladığını görmək Almaniya ilə qan qohumluğu əlaqələri və oraya yaşamaq üçün getmək və bununla da uğur, maddi rifah qazanmaq imkanı əldə edəcəyinizə işarədir. Şərabla dolu böyük qədim amforalar görmək bu yaxınlarda beyniniz və ürəyinizi əsir alan bir məsələni həll etməkdə baş sındırmalı olacağınıza işarədir. Yuxuda kiminsə şərabla zəhərləndiyini görmək bu həmin insanın həyatda sizə uğur qazanmaqda yardım edəcəyinə işarədir. 2001-ci ildən başlayaraq “təsadüfi” uğurların çoxluğuna hazır olun. Yuxuda vəhşi və ev heyvanlarının şərab içdiyi şərab çayı görmək yay mövsümündə biznes üçün səmərəli vaxtın gəldiyinə işarədir, çünki həmin vaxt müxtəlif insanlar sülhsevər olaraq güzəştli qərarlar verə biləcəklər. Yuxuda qızıl qədəhdən şərab içmisinizsə, həyatda xəyallara o qədər qapılacaqsınız ki, real həyatla əlaqənizi itirəcəksiniz. Yuxuda paltarınızın üstünə şərab dağıtmısınızsa – bu maddi vəziyyətinizin asılı olduğu adamla münasibətlərdə özünü göstərən düşünülməmiş qərarlara işarədir. Şərabın içində boğulmaq məcburi tənhalığa işarədir. Yuxuda sizi şəraba dəvət ediblərsə, bu o deməkdir ki, həddindən artıq səmimiliyiniz sizə yalnız zərər verəcək və düşmənlərinizə qeybətinizi etmək üçün imkan yaradacaq.


Tarix: 04.05.2014 / 21:13 Müəllif: Ebulfez Baxılıb: 119 Bölmə: Ş hərfi
loading...