Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Ş hərfiŞAHMAT

Yuxuda şahmat oynamaq-işlərinizi hissiyyatla deyil zəkayla, ağılla həll etməyə çalışmalısınız. Ardı »

Ş hərfiŞAİR

Röyada şair görmək-sözlərini bir-birinə qarışdıran, dini yasaqlara uymayan, xeyirxahlıqdan qaçan və yalançı olan bir adama işarə sayılır. Başqa yozumlara görə, yuxuda şair-zinakarlığı, içkiyə qurşanmağı, boynundakı borcları ödəməməyi də ifadə edir.
Röyasında şair olduğunu görən adam alim və böyük bir rütbə sahibi olur. Şair, eyni zamanda, görmədiyi, eləmədiyi bir işi söyləyən adama da yozula bilir. Ardı »

Ş hərfiŞaxta görmək

Yuxuda alaqaranlıqda ağaclardan qırov asıldığını görmək öz doğma vətənindən qovulmağa işarədir. Lakin səyahətiniz uğurla başa çatacaq. Yuxuda qış peyzajı – ağaclar və kolların qırovla örtüldüyünü görmüsünüzsə, belə yuxu sonda peşman olacağınız sevinc və əyləncələrə işarədir. Yuxuda dostunuzu şaxtalı gündə görmək yaxşı əlamətdir. Gənc qadın üçün belə yuxu sevgilisinin ondan soyuduğunu hiss etdiyinə görə əbəs yerə narahatlıqlara işarədir. Ardı »

Ş hərfiŞƏKƏR

Yuxuda şəkər yemək-şadlığa, sevincə, asan və rahat bir güzərana yozulur. Ardı »

Ş hərfiŞƏLALƏ

Röyada şəlaləyə baxmaq və suyun çırıltısından zövq almaq-röya sahibinin gələcəyini etkiləyəcək önəmli bir qarşılaşmaya işarədir.
Şəlalənin üstündən adlayıb keçmək-qarşıya çıxacaq hər bir əngəli dəf edə biləcəyinizə yozulur.
Şəlalə, eyni zamanda, mövqe sahibi olan bir nəfərin yardımıyla yüksəlməyi də ifadə edir. Ardı »

Ş hərfiŞirniyyat görmək

Yuxuda şirniyyat məmulatı görmək sizin çox hiyləgər adam tərəfindən aldadılacağınıza işarədir. Onları yemək səmimi dostluq əlamətidir. Əgər gənc qadın şirniyyat bişirirsə, digərlərini aldatmaq cəhdində uğursuzluğa düçar olacaq. Ardı »