Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytan görmək

Yuxuda şeytan görən kəndlini uğursuzluqlar, itkilər, məhsulun məhv olması gözləyir. Ölkə hüdudlarından kənara səfər edən idmançılar üçün bu yuxu ehtiyatlı olmaq üçün xəbərdarlıqdır. Əgər şeytan yaxşı geyinmiş alicənab kişi formasında yuxunuza girsə, həyatda ikiüzlü insanlar tərəfindən qurulmuş tələdən qorunmalısınız. Bu, gənc qızlar üçün daha təhlükəli yuxudur və bu yuxudan sonra onlar daha ehtiyatlı olmalıdırlar. Əgər yuxuda şeytan sizin xəyallarınızı dağıtsa, real həyatda siz tələyə düşə bilərsiniz. Şeytanla ünsiyyət sizin düşünülməmiş hərəkətlərinizə işarədir. Ümumiyyətlə, bu yuxu tanımadığınız insanlarla ünsiyyətdə onlara etibar etməyinizə qarşı xəbərdarlıq kimi hesab olunur.

————–

Yuxuda şeytan görmək bəxtiniz gətirəcək və nəticədə nüfuzunuz xeyli artacaq. Lakin siz öz vəziyyətiniz və işinizdəki uğurlardan qürrələnərək pis, şöhrətpərəst və həyasız adama çevriləcəksiniz. Yuxuda şeytanla danışdığını görmək real həyatda ölümcül təhlükədəsiniz. Həddindən artıq ehtiyatlı və diqqətli olmasanız, həyatınız faciəli surətdə başa çata bilər. Şeytanı quyruğundan tutaraq yelləmək sizin bəd və zəhərli xarakterinizin əvvəllər sizə səmimi şəkildə sadiq olan adamları peşman etməyə qadir olduğunu göstərir. Allahı aldatmayın, yoxsa tənha qalacaqsınız.


Tarix: 04.05.2014 / 20:50 Müəllif: Ebulfez Baxılıb: 97 Bölmə: Ş hərfi
loading...