beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zenit raket kompleksi S125

S125 zenit raket kompleksi (ZRK) – yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir.

Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir.

S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir.

1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir.

İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir.

S300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır. Köhnə sistemləri xaricə satmaq üçün onları təkmilləşdirmək qərarına gəlinir. Bu məqsədlə 2000-ci ildə hazırlanmış "Peçora-2" sistemi daha uzaq məsafədən eyni zamanda bir neçə hədəfi yüksək dəqiqliklə vurmaq imkanı verir. Atıcı qurğu yük avtomobilinə quraşdırılır, bu da ona qısa zamanda yerini dəyişməyə imkan verir. Peçora-2 sistemini həm də qanadlı raketlərə qarşı tətbiq etmək olur.



Taktiki-texniki göstəriciləriS125 M В-600 raketi ilə"Peçora" В-601P raketi ilə"Peçora" В-601PK raketi ilə"Peçora 2A" В-601D raketi ilə
Hədəfin maksimal uçuş sürəti (m/san)560560560700
Minimal epr. (m2)0,50,30,30,3
Hədəfin maksimal uçuş hündürlüyü Н (km)10181620
Raketin minimal uçuş hündürlüyü (km)0,20,020,020,02
Maksimal uzaqlıq (km)1217,51428
Minimal uzaqlıq (km)63,533,5
Hədəfi vurma ehtimalı0,25 — 0,990,41 — 0,980,4 — 0,970,41 — 0,99


Hərbdə tətbiqi


1970-ci ilin iyun-iyul aylarında Misirdə tətbiq olunan S125 raketlərinin köməyi ilə 16 atəşlə 9 təyyarə vurulmuş və 3-ü zədələnmişdir.

1973-cü ildə Suriyada mövcud olan hərbi münaqişədə 43 təyyarə vurulmuş, 5 divizon məhv edilmişdir.

Yuqoslaviyada NATO qoşunlarına qarşı döyüşlərdə tətbiq olunan S125 "Peçora" ilə F-117 az görünən hərbi təyyarə vurulmuşdur.


Tarix: 20.03.2013 / 16:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 371 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari