Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nüydü dəfinəsi

Nüydü dəfinəsi — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında tapılmış antik dövrə aid gümüş pullar dəfinəsi. 36 sikkədən ibarət dəfinə 11 №-li qadın qəbirində bükülü vəziyyətdə basdırılmış ölünün ayaq tərəfinə qoyulmuş kiçik küpədə (dopu) aşkar edilmişdir. Bir üzünda sxematik insan başı, əks tərəfində isə əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi—?) tutmuş adam təsviri həkk edilmiş sikkələrin yazısı yoxdur. Yerli alban (Qafqaz) pulları olan bu sikkələr Makedoniyalı İskəndərin pullarına bənzədilərək kəsilmişdir. Belə anonim sikkələr Azərbərbaycanın digər yerlərində (Xınıslı, Qəbələ və Yaloylutəpə) də aşkar edilmişdir.


Tarix: 19.03.2013 / 21:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...