beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+Ev şəraitində Lahmacunun hazırlanması

Xəmiri üçün:
4 stəkan un
1 çay qaşığı maya
1 çay qaşığı duz
2 stəkan ilıq su

Üzərinə:
250 qr qoyun əti bişirilməmiş
2 ədəd pomidor
2 ədəd aci bibər
1 ədəd qırmızı bibər
2 çay qaşığı tomat

Xəmirin hazırlanması :

Suyu, mayanı, duzu bir qabda qarışdırırıq, unu əlavə edərək orta yumşaqlıqda bir xəmir yoğururuq. Üzərini örtərək 30-40 dəqiqə mayalanmasını gözləyirik.
İçliyin hazırlanması :

Əti soğanla birlikdə ət çəkən maşında çəkirik, pomidorları süzgəcdən keçiririk . Bibərləri də həmçinin, toxumlu hissəsini təmizləyərək doğrayırıq. Bunların hamısını bir qaba tökürük, duz istiot və tomatı da da əlavə edərək, yaxşı-yaxşı qarışdırırıq.
Açdığımız xəmirın üzərinə nazikcə qarışımdan çəkirik.Sacda və ya sobada bişiririk.

Nuş olsun!


Tarix: 25.11.2012 / 18:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 554 Bölmə: Yemek Terifleri