beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elə bilirsən asandı?
Elə bilirsən asandı?

Elə bilirsən asandı?
Çıxıb getmək…
Bu şəhərin
Hər küncündən
Uşaqlığım sızıldayan
Xatirələri,
Söküb getmək…
Elə bilirsən asandı,
Səni sevmək…
Bu şəhərin yağışını,
Başqa şəhərin
Baharına dəyişib,
Payızının rənglərinə
Üz çevirmək…
Yağışının cızıltısını
Küləyinin vıyıltısını
Qulaqlarımdan sökmək,
Kədərinin bozumtulunu,
Dənizinin mavisini,
Yarpağının sarısını
Gözlərindəki zülmətə batırıb
Çıxıb getmək,
Elə bilirsən asandı?
əllərinin istisini,
gözlərinin qorxusunu,
dodaqlarının pıçıltısını
götürüb getmək,
Elə bilirsən asandı,
Səni sevmək?…


Tarix: 04.06.2015 / 16:55 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Yeganə Cansail