beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadədir hər şey
Sadədir hər şey

Acı qəhvəylə başlayar sabahlarım…
Palçıqlı küçələr,
hay-həşir dolu
Siqaret dumanlı,
metro keçidləriylə davam edər…
Sevgilisinin qolundan
Bərk-bərk yapışan
Əyalət adamları.
Qorxa-qorxa öpüşər,
Burda sevgililər…
Bir az gülümsəyərəm,
Öpüşməyi qadağan olunmuş,
Sevgisi haram şəhərin küçələrinə…
Sadədir hər şey…
Limon satan qadınlar…
Ağızbüzən həyatlar…
Sümüyə dirənmiş bıçaqlar,
Sərgilənər hər gün…
Yanlış düşüncələr,
Yanlış adamlar…
Üzümə gülüş qonar,
Ürəyimə kədər…
Bir az sol tərəfim ağrıyar,
Bir az uzaqdan baxaram yaxına…
Adamı dəli edər hıçqırıqlar…
Bax belə…sadədir hər şey…


Tarix: 04.06.2015 / 16:54 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Yeganə Cansail