beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Yumurta görmək

Yumurta yeni həyat, intibah rəmzidir.Yuxuda yumurtadan hansısa varlığın çıxdığını görmək – tezliklə Yer kürəsində qəribə canlı varlığın peyda olacağına işarədir. Gənc hamilə qadın üçün belə yuxu uğura işarədir. Yuxuda qeyri-adi böyük yumurta görmək – gələcəkdə böyük qeyri-adi heyvanın yumurtasının tapılacağına işarədir. Ola bilsin ki, bu, çoxdan məhv olmuş dinozavrların Yumurtası olacaq. Yuxuda yumurtanı sındırmısınızsa bu yuxu cinayət edəcəyinizə işarədir. Ola bilsin ki, hansısa canlı varlığın həyatına son qoyacaqsınız.Kimsə yumurtanı sındırıbsa, gələcəkdə ağır cinayətin istəmədən şahidi olacaqsınız.

Yuxuda toyuğun yumurtladığını görən adamın uşağı olacaq.
– Təzə bişmiş yumurta-asan qazancdır.
– Çiy yumurta yemək-haram mala, zinakarlığa, hüzn və kədərə işarədir.
– Çoxlu yumurtası olduğunu görən adamın mal və əşyasının əldən getmək ehtimalı var.
– Yumurta qabığı yemək-bu yuxunu görən kəfən soyar, ya da örtülü bir şeyin üstünü açar.
– Ümumiyyətlə, yumurta ilə ilgili yuxular ürəkaçan yuxulardan sayılmır.

Yumurta dünyanı, planeti və sizi əhatə edən bütün canlıları təcəssüm etdirir. İylənmiş yumurta yeni təkmilləşmiş silah növlərinin, canlıların məhv edilməsi vasitələrinin kəşfilə bağlı Yer üzündə həyat üçün yaranan təhlükədən xəbər verir. Həmin silahlardan heç bir xilas yoxdur və onlar bütün canlıları məhv etməyə və bəşər sivilizasiyasının Yer üzündən silməyə qadir olan ləyaqətsiz insanların əlindədir. Yuxuda sınmış yumurta görmək planeti kosmosdan təhlükə gözlədiyinə işarədir. Ola bilsin ki, uzaq gələcəkdə Yürə meteor dolusu yağaraq planeti hissələrə ayırsın və bütün canlıları məhv etsin. Yumurta yemək o deməkdir ki, bütün canılılar canlıları yeməklə yaşayır, bu belə olub və belə də olacaq. Lakin insan Allaha ona görə minnətdar olmalıdır ki, o, yemək kimi ona çox şey göndərir və bütün bunlara görə Yaradıcısına borclu olduğunu unutmamalıdır. Yumurta bişirmək o deməkdir ki, elə bir vaxt gələcək ki, Yer kürəsində çox isti olacaq, çaylar və dənizlər quruyacaq, bitkilər və heyvanlar məhv olmağa başlayacaq, insan isə bu dözülməz istidə sağ qalmaq üçün dəyişməyə başlayacaqlar.


Tarix: 08.01.2015 / 17:17 Müəllif: Ebulfez Baxılıb: 214 Bölmə: Y hərfi