beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son görüş....
Son görüş....

Bu da son görüş…
Çatdı nağılın sonu.
Beləcə
bitirdik bu oyunu.
Günlərimiz sevmək ilə ötüşdü,
indən belə
girmə mələk donuna.
Göydən üç alma düşdü
bu yarımçıq
şeirimizin sonuna
üç nöqtə kimi…

***
Sonbahar ovqatlı adamların
bir-bir çəkilib getdiyi
soyuq kafenin bir küncündə,
olumla ölümün tən ortasında
oturub.
Çəkdiyi siqaretlərin kötükləri
dərdlərinin altını körükləyir.
Ruhu tüstüyə dönüb
siqaretlərin canından çıxır…
Gözlərini bir nöqtəyə zilləyib
eləcə baxır

içir…
O nöqtənin arxasından,
kafenin qarşısından isə
gözəl bir qız keçir…


Tarix: 01.06.2015 / 10:31 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Xuraman Hüseynzadə