Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Xuraman HüseynzadəSevmək günahmış

Sevmək günahmış

Sən ata olmadın, mən də ki ana,
Bəxtim ürəyimdə həsrət bitirdi.
Qəlbim sevmək üçün yanar, odlanar,
Mənim də taleyim belə gətirdi.

Dərdimi boş qalan qollarıma sor,
Payızda bahara rastlamaq çətin.
Nə mənə ümid ver, nə özünü yor,
Əgər sonu yoxsa bu məhəbbətin.

Nə bilim, bəlkə də sevmək günahmış,
Bağışla, mən də bir günah etmişəm.
Bəlkə sevgi özü elə allahmış,
Mən də o allaha tərəf getmişəm. Ardı »

Xuraman HüseynzadəYağış...

Yağış...

Yaxaladın yenə məni küçədə,
Şıltaqlığın bəla oldu başıma.
Soyuqladım, üşüdüm gör necə də,
Damlaların qarışdı göz yaşıma.

İslanmağım tamam başqa gözəllik,
Düşünmə ki, bir gün səndən bezərəm.
Sən payıza yandırılan “üzərrik”,
Hər işvənə, hər nazına dözərəm.

Damlaların həyatıma bir naxış,
Çətin, özgə gözəlliyə meyl edim.
Narın-narın, asta-asta yağ, yağış,
Qoy mən səni pəncərədən seyr edim… Ardı »

Xuraman HüseynzadəGedək....

Gedək....

Dolanaq eşqin başına,
Pərvanətək yanaq, gedək.
Dostlardan, aydan, günəşdən,
Sevgimizi danaq, gedək.

Yollar qovuşdurub bizi,
Əldən salaq yolu, izi.
Yolüsü ilk sevgimizi
Gülə-gülə anaq, gedək.

Bəxtimizin rəngi hara-
Biz də elə gedək ora.
“Gecə qara, cücə qara”,
Gəl, gecəyə qonaq gedək. Ardı »

Xuraman HüseynzadəMən bir çinar ağacıyam

Mən bir çinar ağacıyam

Mən bir çinar ağacıyam
Heydər parkında.
Sən də bunun fərqindəsən,
polis də fərqində.
Köküm bu torpağa bağlı mənim,
küləklər sığal çəkir yarpaqlarıma.
Polisin dəyənəyinin gücü çatmır
budaqlarıma.
Buranın havası boğur məni,
Yarpaqlarımda şeh kimi
düyünlənir qəhər.
Burda məni
yabançı çiçəklər salamlayır
hər səhər,
yabançı otlara düşür kölgəm…
Şaxələnmiş kökümün
üstünü ağ mərmərlə
məzar kimi örtsələr də,
məni ölü, kimsəsiz zənn etsələr də
mən bir çinar ağacıyam
Heydər parkında.
Yarpaqlarım budaqlarımda,
budaqlarım bu parkda
əsir olsa da,
təbiət məndən bu cür qisas alsa da
mən bir çinar ağacıyam
Heydər parkında…
Ətrafım körpə fidanlarla dolu,
kökümüz kəsilməz!
Boyumuz ucadan uca,
Ayaq altda tapdanmaz, əzilməz
mən bir çinar ağacıyam!
Kim bilir,
bəlkə də…
dar ağacıyam!… Ardı »

Xuraman HüseynzadəMən bir çinar ağacıyam....

Mən bir çinar ağacıyam....

Mən bir çinar ağacıyam
Heydər parkında.
Sən də bunun fərqindəsən,
polis də fərqində.
Köküm bu torpağa bağlı mənim,
küləklər sığal çəkir yarpaqlarıma.
Polisin dəyənəyinin gücü çatmır
budaqlarıma.
Buranın havası boğur məni,
Yarpaqlarımda şeh kimi
düyünlənir qəhər.
Burda məni
yabançı çiçəklər salamlayır
hər səhər,
yabançı otlara düşür kölgəm…
Şaxələnmiş kökümün
üstünü ağ mərmərlə
məzar kimi örtsələr də,
məni ölü, kimsəsiz zənn etsələr də
mən bir çinar ağacıyam
Heydər parkında.
Yarpaqlarım budaqlarımda,
budaqlarım bu parkda
əsir olsa da,
təbiət məndən bu cür qisas alsa da
mən bir çinar ağacıyam
Heydər parkında…
Ətrafım körpə fidanlarla dolu,
kökümüz kəsilməz!
Boyumuz ucadan uca,
Ayaq altda tapdanmaz, əzilməz
mən bir çinar ağacıyam!
Kim bilir,
bəlkə də…
dar ağacıyam!… Ardı »

Xuraman HüseynzadəSon görüş....

Son görüş....

Bu da son görüş…
Çatdı nağılın sonu.
Beləcə
bitirdik bu oyunu.
Günlərimiz sevmək ilə ötüşdü,
indən belə
girmə mələk donuna.
Göydən üç alma düşdü
bu yarımçıq
şeirimizin sonuna
üç nöqtə kimi…

***
Sonbahar ovqatlı adamların
bir-bir çəkilib getdiyi
soyuq kafenin bir küncündə,
olumla ölümün tən ortasında
oturub.
Çəkdiyi siqaretlərin kötükləri
dərdlərinin altını körükləyir.
Ruhu tüstüyə dönüb
siqaretlərin canından çıxır…
Gözlərini bir nöqtəyə zilləyib
eləcə baxır

içir…
O nöqtənin arxasından,
kafenin qarşısından isə
gözəl bir qız keçir… Ardı »