beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağış...
Yağış...

Yaxaladın yenə məni küçədə,
Şıltaqlığın bəla oldu başıma.
Soyuqladım, üşüdüm gör necə də,
Damlaların qarışdı göz yaşıma.

İslanmağım tamam başqa gözəllik,
Düşünmə ki, bir gün səndən bezərəm.
Sən payıza yandırılan “üzərrik”,
Hər işvənə, hər nazına dözərəm.

Damlaların həyatıma bir naxış,
Çətin, özgə gözəlliyə meyl edim.
Narın-narın, asta-asta yağ, yağış,
Qoy mən səni pəncərədən seyr edim…


Tarix: 01.06.2015 / 10:28 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Xuraman Hüseynzadə