beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şekspir Vilyam Heç Nədən Hay-küy

İŞTİRAK EDƏNLƏR

Don Pedro - Araqon şahzadesi

Don Xuan - onun ögey qardaşı

Klavdio - Florensiyalı gənc əyan

Benedikt- paduanlı gənc əyan

Leonato - Messina valisi

Antonio - onun qardaşı

Baltazar-Don Pedronun xidmətçisi

Konrad .-Don Xuanın yaxın adamları

Boraçıo

Fransisko ata-rahib

K i z i 1 - polis məmuru

Bulava - onun köməkçisi

Protokolçu

Uşaq

Qero - Leonatonun qızı

B e a t r i ç e - Leonatonun qardaşı qızı

Marqarita, - Qeronun qaravaşları Ursula

Qasidlər, mühafizəçilər, xidmətçilər və s. (Hadisə Messinada baş verir).


BİRİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Leonatonun evinin qabağı. Leonato, Qero, Beatriçe və çapar gəlir.

Leonato. Məktubdan məlum olur ki, Araqon hersoqu bu gün axşam buraya - Messinaya təşrif gətirəcək.

Çapar. Mən ondan üç mil uzaqda ayrılmışam. İndi bura yaxınlaşmış olar.

Leonato. De görüm son vuruşmada siz neçə zadəgan itirdiniz?

Çapar. Çox az. Məşhur zadəganlardan heç kəsi.

Leonato. Qaliblər müharibədən itkisiz qayıdanda qələbə ikiqat ləzzətli olur. Məktubda deyilir ki, Don Pedro, Klavdio adlı bir gənci rəşadət göstərdiyinə görə xüsusi tərifləmişdir.

Çapar. Bəli. Mən onu deyə bilərəm ki, Don Pedro o gəncə layiq olduğu qiyməti vermişdir. Senyor Klavdio yaşına görə gözlənildiyin-dən qat-qat artıq qoçaqlıq göstərdi. O, quzu cildində aslan imiş, lap aslan kimi vuruşurdu. Bir sözlə o, bütün ümidləri artıqlaması ilə doğrultdu. hətta onun qoçaqlığı mənim danışmaq qabiliyyətimi də kölgədə buraxır.

Leonato. Messinoda onun əmisi yaşayır. Bu xəbəri eşitsə çox sevinəcək.

Çapar. Mən ona da məktub aparmışdım hədsiz dərəcədə sevindi. O dərəcədə ki, xəcalətdən sevincini kədər pərdəsilə örtməli oldu.

Leonato. Ağladı, eləmi?

Ç a p a r. Hönkür-hönkür!

L e o n a t o. Hissiyyatın hədsiz hissi ifadəsi! Elə göz yaşı ilə yuyulmuş üzdən təmiz nə ola bilər? Sevincdən ağlamaq, göz yaşına gülməkdən yaxşıdır.

B e a t r i ç e. Senyor, xahiş edirəm deyin görək qılınc məşqçisi müharibədən qayıtdı ya yox?

Çapar. Men o adda adam tanımıram, senyora, bizim hissədə elə adam yox idi.

L e o n a t o. Kimi soruşursan, qızım?

Qero. Əmiqızım padualı Benedikti soruşur.

Çapar. Bəli, o, davadan qayıdıb. Həmişəki kimi şad-xürrəmdir. Zarafatından qalmır.

Beatriçe. O, Messinada elan yapışdırmadığı bir divar qoymayıb. Yazır ki, Kupidonu* yarışa çağırır - iti ox atışına. Əmimin təlxəyi elanı oxuyan kimi altında Kupidonun əvəzinə qol çəkmiş və Benedikti iti yox, küt ox atışına yarışa çağırmışdır **. Lütfən deyin görüm müharibə meydanında o çox adam qırıb yedi, yəni çox adam öldürdü? Axı mən ona söz vermişəm ki, neçə adam öldürsə, hamısını yeyəcəyəm.

Leonato. Mənim əziz qardaşım qızı, deməliyəm ki, sən senyor Benedikti sancmaqdan yorulmursan. Lakin şübhə etmirəm ki, o səninlə ağıllı-başlı dost olacaq.

Çapar. Xanım, deməliyəm ki, o döyüş meydanında özünü çox yaxşı göstərdi.

Beatriçe. Yəqin azuqəniz köhnəlmiş imiş. Onun sizə köməyi dəyib, qoymayıb tamamilə xarab olsun. Axı o, son dərəcə cəsarətli qarınquludur.

Çapar. O qoçaq döyüşçüdür, xanım!

Beatriçe. Bəli, qadınların yanında qoçaqdır, kişilərin yanında necə olduğunu bilmirəm.

Çapar. O kişi ilə kişidir, döyüşçü ilə döyüşçü. Onda hər cur ləyaqət var.

Beatriçe. Bəli, bəli, o içinə xuruş təpilmiş qoğal kimi ləyaqətlə doludur. Xuruşun keyfiyyətinə gəldikdə isə... nə etməli, bu dünyada eyibsiz adam yoxdur.

Leovato. Hörmətli cənab, qardaşım qızının sözlərinə əhəmiyyət verməyin. Onunla senyor Benedikt arasında müharibə gedir. Söz güləşdirmək müharibəsi! Biri-birinə rast gəldilərmi atışma başlanır. Tikanlı sözlər ox kimi ora uçur, bura uçur.

Beatriçe. Qələbə isə heç vaxt Benediktin tərəfində olmur! Son döyüşümüzdə onun beş idrakı qabiliyyətindən*** dördü ölümcül yaralandı və indi ancaq bircəsi onu dolandırır. Bu bir zərrə ağılla o özünü öz atından zorla fərqləndirə bilir. Onu düşünən məxluq adlandırmaq üçün bu yeganə dəlildir. Lütfən deyin görüm o indi kiminlə dostluq edir? Axı hər ay özünə yeni bir qardaş tapmaq onun adətidir.




*Kupidon~ qədim romalılarda məhəbbət allahı. Əlində ox və yay olan oğlan uşağı şəklində təsvir olunardı.

** O zaman quşları yaralamadan tutmaq üçün küt ox işlə dərdilər. Təlxəklər bu ifadədən istehza ilə istifadə edərdilər.

*** Orta əsrlərdə beş idrakı qabiliyyət aşağıdakılar hesab nurdu; sağlam şüur, xəyal, hazırcavablıq kəşf etmək qabiliyyəti, mühakimə) və yaddaş.





Çapar. Elə şey olmaz.

Beatriçe. Niyə də olmasın? Onun sədaqəti - şlyapasının forması eyni şeydir. Qalibi dəyişən kimi o da dəyişir.

Çapar. Xanım, mən belə görürəm ki, o igidin adı sizin şərəf kitabınıza yazılmayıb.

Beatriçe. Xeyr! Elə olsaydı, mən bütün kitabxanama od vurub yandırardım. Hər halda deyin görüm, indi o kiminlə dostluq edir? Ola bilməz ki, onunla şeytanın özünə də qonaq gətirməyə hazır olan yel-beyin bir cavan tapılmasın!

Çapar. O, ən çox nəcib Klavdio ilə oturub durur.

Beatriçe. Aman Allah! İndi o, pis xəstəlik kimi Klavdiodan yapışacaq. Axı, o, taundan da betər suvaşqandır. Tauna tutulanlar isə mütləq dəli olur. İlahi, sən özün nəcib Klavdioya kömək elə! Hərgah o Benedikt azarına tutulmuşsa müalicəsi min funta başa gələcək.

Çapar. Xanım, icazə verin sizinlə dost olum.

Beatriçe. Mərhəmətiniz artıq olsun, əziz dost.

Leonato. Səni ki, qızım, heç vaxt dəli olmaq qorxusu hədələməyəcək.

Beatriçe. Necə ki yanvarda bərk isti qorxusu olmur.

Çapar. Don Pedro gəlir.

Don Pedro,Don Xuan, Klavdio, Benedikt ve Baltazar gəlir.

Don Pedro. Mənim əzizim, alicənab senyor Leonato, mən belə görürəm ki, siz özünüzü əziyyətə salmağı sevirsiniz. Başqa adamlar lazımsız xərclərdən qaçmağa çalışdığı halda, siz belə xərclər üçün cürbəcür bəhanələr icad edirsiniz.

Leonato. Mənim hörmətli ağam... Bizim evimizə sizinlə heç vaxt əziyyət gəlməz. Bir də ki, əvvəl-axır əziyyət yox olur və yerini rahatlığa verir. Siz bu evi tərk edəndə isə yerinizdə kədər qalır. Səadət deyir: "Bağışla".

Don Pedro. Bəli, siz hədsiz sevinclə çiyninizi qayğıların altına verirsiniz. Səhv etmirəmsə bu xanım sizin qızınızdır?

L e o n a t o. Hər halda anası təkrar edərdi ki, onun atası mənəm.

B e n e d i k t. Məgər siz buna şübhə edirdiniz ki soruşurdunuz?

Leonato. Xeyr, senyor Benedikt, siz onda çox körpə idiniz.

Don Pedro. Payını aldın, Benedikt! İndi böyüyüb nə olduğun aydın görsənir. Bu qızın üzünə baxan kimi dərhal bilmək olur atası kimdir (Qeroya). Xanım, sizə xoşbəxtlik arzu edirəm. Üzünüzdən ən ləyaqətli adama oxşayırsınız.

Benedikt. Senyor Leonato doğrudan da onun atasıdır. Baxın üz-dən neçə də ona bənzəyir. Bununla belə, mənə elə gəlir ki, bütün Messinanı versələr o, razı olmaz çiyinlərində öz başı əvəzinə Leona-tonun başı olsun.

Beatriçe. Mən təəccüb edirəm, senyor Benedikt, heç kəs sizə fikir vermədiyi halda niyə ortalığa atılıb boş-boş danışırsınız?

Benedikt. Ah, hörmətli tikan kolu, siz hələ də sağ-salamatsınız! Beatriçe. Senyor Benedikt kimi sancılmağa layiq bir şey olduğu halda tikan kolu niyə də məhv olsun? Siz olan yerdə ən incə nəzakət belə tikan koluna çevrilir.

Benedikt. Elə isə nəzakət dönüb ifritə də ola bilər. İndi isə mən sizə bir həqiqəti deməliyəm: Bütün xanımlar məni bəyənir, bir sizdən savay. Ah, nə qədər istərdim ki, ürəyim belə sərt olmayaydı: Mən o xanımlardan heç birini sevmirəm.

Beatriçe. Onlar necə də xoşbəxtdir! Əks halda dəhşətli bir aşiqə rast gəlmiş olardılar. Allaha və mənim soyuq qanıma min şükür ki, bu məsələdə sizə oxşamışam. Mənim üçün qarğaya hürən iti dinləmək eşq elan edən kişiyə qulaq asmaqdan xoşdur

Benedikt. Qoy göylər sizə səbir versin ki, xanım, heç vaxt bu hisslərdən dönməyəsiniz! Bununla da çox ağalanın sir-sifəti cırmaq-dan qurtarar.

Beatriçe. Mən elə bir sifət təsəvvür etmirəm ki, cırmaq onu sizin üzünüzdən pis hala sala bilsin!

Benedikt. Ah, sizdən necə də əla tutuquşu müəlliməsi çıxardı.

Beatriçe. Hər halda məndən tərbiyə almış quş sizə oxşar heyvandan yaxşı olardı!

Benedikt. Çox istərdim ki, mənim atım qaçmaqda sizin diliniz kimi iti olaydı, yorulmaq bilməyəydi. Buyurun, xanım, davam edin, mən qurtardım.

Beatriçe. Mən yaxşı bilirəm ki, siz həmişə sözünüzü at kəskin ağıllılığı ilə qurtarırsınız.

Don Pedro. Çox əla, Leonato! hörmətli senyorlar Klavdio və Benedikt, mənim əziz dostum Leonato hamınızı qonaq qalmağa dəvət edir. Mən dedim ki, biz ən azı bir ay burda qalacağıq. O isə ürəkdən arzu etdi ki, bir təsadüf bizi burda daha çox saxlasın. Mən and içirəm ki, onun sözləri boğazdan yuxarı yox, ürəkdəndir.

L e o n at o. Mənim hörmətli ağam, deməliyəm ki, siz yalandan and içmək kimi pis cinayətdən uzaqsınız (Don Xuand). İcazə verin, mən sizi də təbrik edim, möhtərəm ağa. Madam ki, qardaşınızla barışmısınız, mən sizə hər cür qulluq etməyə hazıram.

Don Xuan. Təşəkkür edirəm. Mən artıq söz danışmağı sevmirəm. Hər halda... təşəkkür edirəm.

Leonato. Möhtərəm cənab birinci buyurmaq istəməzdimi?

Don Pedro. Əlinizi mənə verin, Leonato, ikimiz bir yerdə içəri keçək.

Benedikt və Klavdiodan başqa hamısı gedir.

Klavdio. Benedikt, sən senyor Leonatonun qızına diqqət etdinmi?

Benedikt. Diqqət etməyə etmədim, lakin gördüm.

Klavdio. Necə də həyalı qızdır!

Benedikt. Siz niyə bunu məndən soruşursunuz? Namuslu bir adam kimi mənim fikrimi bilmək istəyirsiniz, yaxud istəyirsiniz mən sizə qadın cinsinin məşhur düşməni kimi, adətən olduğu kimi cavab verim?

Klavdio. Yox, xahiş edirəm sadə və səmimi cavab ver!

B e n e d i k t. Elə isə deməliyəm ki, böyük tərif üçün o çox kiçikdir. Yüksək üçün boydan çox qısadır. Parlaq üçün çox qaramtıldır. Onun xeyrinə ancaq bir şey deyə bilərəm: başqa cür olsaydı pis görünərdi, o cür ki, var mənim xoşuma gəlmir.

Klavdio. Son elə bilirsən ki, mən zarafat edirəm? Heç də yox! Xahiş edirəm, dostum, səmimi de, o sənə xoş gəlir, ya yox?

B e n e d i k t. Nədir, olmaya onu satın almaq istəyirsən? Məni niyə belə sorğu-suala tutmusan?

Klavdio. Dünyada elə qiymətli incini satın ala biləcək adam tapılarmı?

B e n e d i k t. Tapılar. Hətta qutu da tapar ki, o qızcığazı içində gizlətsin. De görüm bunları məndən ciddi soruşursan, yoxsa Kupidonun yaxşı dovşan ovçusu, Vulkanın isə əla xarrat olduğunu* iddia edən boşboğazlar kimi oyun oynayırsan, mənimlə söz güləşdirirsən? Sən çaldığın havanın adını de, mən də o cür oynayım.

K 1 a v d i o. Mənə elə gəlir ki, ömrümdə o cür gözəl qız görməmişəm.

Benedikt. Mən hələ eynəksiz keçinə bilirəm və deməliyəm ki, o qızda sən deyənə bənzər bir şey görmürəm. Bacısı isə başqa məsələ. Ürəyinə İblis girməmiş olsa o daha gözəl olardı. Necə ki, mayın əvvəlləri dekabrın axırlarından yaxşı olur. Güman edirəm ki, sizin evlənmək fikrin yoxdur? Bəlkə, var?












* Məhəbbət allahı Kupidon gözləri bağlı şəkildə təsvir olunardı. Yeraltı odlar allahı Vulkan isə xarrat yox, dəmirçi sayılırdı. Benedikt mənasız danışığa istehza təriqilə bu misalı gətirir.


Klavdio. Qero mənim arvadım olmağa razılıq versə, and da içsəm ki, evlənməyəcəyəm, özüm-öz andıma inanmaram.

Benedikt. Bir gör iş nə yerə gəlib çıxıb ha!.. Məgər dünyada bir kişi qalmayıb ki, heç bir şübhə oyatmadan başında papaq gəzdirsin? Məgər mən heç vaxt altmış yaşında subay kişi görməyəcəyəm? Olsun, istədiyin kimi hərəkət elə! İndi ki mütləq boyunduruq altına girməyi qərara almısan, boynunu əy və bütün bazar günləri ah çəkib otur evin-də. Aha, bir ora bax, Don Pedro bura gəlir, görünür bizi axtarır.

Don Pedro gəlir

Don Pedro. Hansı sirlər sizi burda saxlayıb qoymadı Leona-tonun dalınca gələsiniz?

B e n e d i k t. İstərdim ki, siz cənabları məni məcbur edəsiniz bütün sirrləri açıb töküm.

Don Pedro. Senin sədaqət andına əsasən əmr edirəm, aç tök!

Benedikt. Eşidirsənmi, qraf Klavdio! Mən lal-dinməz olub sirr saxlaya bilərəm, əlbəttə sən buna heç vaxt şübhə etməmisən. Lakin içdiyim sədaqət andına əsasən - eşidirsənmi, sədaqət andına əsasən! deməliyəm Klavdio vurulub! Kimə? Siz cənabları görün, bu suala neçə tez cavab gəlir: Leonatonun qızı balaca Qeroya!

Klavdio. Hərgah həqiqətən də belədirsə, cavab doğrudur.

B e n e d i k t. Eynən qədim nağıllarda deyilən kimi: hörmətli cənab belə deyil, belə olmayıb, Allah eləsin ki, heç belə də olmasın!

Klavdio. Menim ehtirasım gözlənilmədən soyumasa, Allah eləsin sən deyən olsun.

Don Pedro. Amin! Qeronu sevirsinizsə, mən amin deyirəm. O, sevilməyə layiq qızdır.

Klavdio. Yəqin siz məni öz sözümlə tutmaq üçün belə deyirsiniz, əziz cənab!

Don Pedro. Namusuma and olsun ki, mən səmimi fikrimi söylədim.

Klavdio. Mən də həqiqətə and içirəm ki, öz fikrimi dedim.

Benedikt. Mən de namusuma və həqiqətə and içirəm ki, ancaq öz fikrimi demişəm.

Klavdio. Mən hiss edirəm ki, onu sevirəm.

Don Pedro. Mən bilirəm ki, o sevilməyə layiqdir.

Benedikt. Mən hiss etmirəm ki, onu sevmək olar, onun sevilməyə layiq olduğunu da bilmirəm. Mənim fıkrim belədir və bu fikri odla da yandırmaq olmaz. Mən öz fikrim yolunda tonqalda yandırılmağa hazıram.

Don Pedro. Lətif cinsə qarşı sən həmişə ən qəddar amansızlar-dan olmusan!

Klavdio. Və həmişə də o, möhkəm iradəsi sayəsində bu rolu yaxşı oynamışdır!

B e n e d i k t. Məni doğub dünyaya gətirdiyi üçün qadına minnətdaram. Məni yedirib, boya - buxuna çatdırdığına görə ona ürəkdən təşəkkür edirəm. Lakin qadınlar məni bağışlasınlar, - heç vaxt razı olmaram ki, qulağımın dibi yağlı gəzim, yaxud alnıma bir cüt buynuz assınlar. həm də gözə görünməyən qayışdan*. Mən öz şübhələrimlə bu və ya digər bir qadını təhqir etmək istəmədiyimdən deyirəm: qadınların heç birinə inamım yoxdur. Bu mənim qəti qərarımdır. Məni aldada bilməyəcəklər, mən ömrümün axırına kimi subay qalacağam.

Don Pedro. Mən isə deyirəm: inşallah, ölməyib məhəbbətdən sənin rənginin saraldığını görəcəyəm.

B e n e d i k t. Qəzəbdən, hirs-havadan, xəstəlikdən saralaram, hörmətli cənab, məhəbbətdən yox! Şərab içməkdən qızarmağı buraxıb məhəbbətdən saralmağa başlasam, sizə ixtiyar verərəm şair adlanan pis bir şer cızma-qaraçısının qələmi ilə gözlərinizi oyasınız və əxlaqsızlıq evinin girəcəyində tablo yerinə məni asıb altında yazasınız: kor Kupidon!

Don Pedro. Bir gün bu sözdən dönmüş olsan, səni ağıllı-başlı ələ sahib güləcəklər.










* Ovçuların vurduğu heyvanların buynuzunu "gözə görünən" qayışdan asardılar. Benedikt demək istəyir ki, arvadı xəyanət eləyən gişinin alnındakı buynuz asılan qayış gözə görünmür.




Benedikt. Elə şey olsa, məni tutub küpə girmiş pişik kimi boğazdan asın. Güllə qabağına nişanə qoyun. Kimin gülləsi dəydi əlinizi çiyninə vurub tərifləyin, onu Adam Bell* adlandırın.

Klavdio. Hər şeyi zaman göstərər! Məsəl var deyərlər: "Vəhşi öküz də boyunduruğa öyrəşir".

B e n e d i k t. Vəhşi öküz öyrəşə bilər. Lakin nə qədər ki Benediktin ağlı başındadır boyunduruq altına girməz. Girmiş olsam, öküzün buynuzunu mişarlayıb mənim başıma yapışdırarsınız. Sonra da şəklini çəkib altında iri hərflərlə yazarsınız: "Burada yaxşı bir at kirayə verilir", "Burada evli Benediktə tamaşa edə bilərsiniz".

Klavdio. Qorxuram onda sənə yaxın gələni buynuzlayasan.

Don Pedro. Əkər Kııpidon Venetsiyada bütün oxlarını atıb qurtarmayıbsa**, dediyin əzabdan sən yaxa qurtara bilməyəcəksən.

Benedikt. Zəlzələ olar, elə şey olmaz!

Beatriçe. Bəli, onu zaman göstərər. İndi isə, hörmətli Benedikt, Leonatonun hüzuruna gedin. Mənim salamımı ona çatdırıb deyin ki, mütləq şam eləməyə onlara gələcəyəm. Yaman hazırlıq görür.

B e n e d i k t. Belə tapşırığı məmnuniyyətlə yerinə yetirərəm. Hələlik isə sizi...

Klavdio. Allaha tapşırıram. hərgah o zaman mənim yanımda olsa mənim evimdəcə o gülüb belə yazardı.

Don Pedro. "...İyulun altıncı günü. Sizi sevən dostunuz Benedikt"***.

B e n e d i k t. Burda gülməli bir şey yoxdur. Gülməli bir şey yoxdur deyirəm! Sizin gözəl ibarələriniz cır-cındırla hörülüb, ağalar... az qalır sökülüb tökülsünlər. Utanın! Çoxdan kif basmış zarafatlara əl atmaqdan utanın. Bununla da mən sizi tərk edirəm (Gedir).

Klavdio. Menə kömək edin, əziz hökmdar!

Don Pedro.

Sənə kömək duran məhəbbətim var. Lakin dərdin nədir? Söyləsən əgər, Ağır sınaqlardan o qalib çıxar.

Klavdio. Görən oğlu varmı Leonatonun?


































*Adam Bell- balladalarda tərənnüm olunmuş məşhur ingilis ox atanı. ** Venetsiya - məhəbbət macəraları ilə zəngin şəhər hesab olunurdu. *** Guya Benediktin bir zaman yazacağı məhəbbət məktubunda belə sözlər olacaq.





Don Pedro.

Qızı da, oğlu da Qerodur onun, Sən onu sevirsən? Klavdio.

Əziz hökmdar!

Bu işin çox uzun bir tarixi var... Davaya getməmiş saatlarla mən Dalardım hüsnünə o qızın... Ancaq... Əsgərlik borcumu xatırlayaraq Boğardım könlümün arzularını. Qoymazdım közərsin sevgi, məhəbbət... Çox ağır, çox çətin işdir bu əlbət... Əsgər qayğılan arxada qaldı... Könlümdə yenidən şirin arzular Coşaraq onların yerini aldı... İndi bu arzular hey deyir mənə Qero çox gözəldir, qismətdir sənə!

Don Pedro.

Eşqə ki düşmüsən, bundan belə sən Yorulmaq bilməzsən dastan deməkdən. Qeronu sevirsən - sev, mübarəkdir! Ona elçi gedib danışaram mən, O sənin olacaq. Bununçün məgər O qədər də nağıl açmağa dəyər?

Klavdio.

Yaxşı həkimsiniz - yaxşı və munis Eşqin alovunda yananlara siz! Uzun nağıl açdım, istədim fəqət Duyub biləsiniz, qəlbimdə mənim Nə qədər dərindir odlu məhəbbət...

Don Pedro.

Körpü çaydan enli olmasın gərək, O yaxşı töhfədir - kara gələcək. Bu sadə bir işdir - sən vurulmusan, Mən də sənin üçün dərman taparam. Bu axşam maskarad olacaq - çox şən. Mən maska taxaraq olacağam sən.

"Mənəm Klavdio!" - deyərəm qıza, Eşq elan edərəm şirin dil ilə. Sonra atasıyla söhbət salaram... Axır ki, o qızı sənə alaram. Yetər, söz danışdıq, başlayaq işə.

Gedirlər.


İKİNCİ SƏHNƏ

Leonatonun evində bir otaq. Leonato və Antonio qarşı tərəflərdən gəlirlər.

Leonato. Hə, necəsən, qardaşım? Mənim qardaşım oğlu hanı bəs? Çalğıçılar barədə bir tədbir tökübmü?

Antonio. Əlindən gələn qədər əlləşir. Mənə qulaq as, qardaşım. Sənə elə yeni xəbərlər deyəcəyəm ki, yatsan yuxuna girməz.

Leonato. Yaxşı xəbərdirmi?

Antonio. O asılıdır hadisələrin gedişindən. Hələ ki, pis xəbər deyil, hətta mən deyərdim ki, çox yaxşı xəbərdir. Prins və qraf Klavdio mənim bağımda ağacların baş-başa verdiyi xiyabanda gəzirlərmiş. Qulluqçularımdan biri onların söhbətini eşitmişdir: Prins Klavdioya deyirmiş ki, qardaşım qızına, yəni sənin qızına vurulub və bu axşam rəqs zamanı öz eşqini qıza açmaq fikrindədir. Hərgah qızın razılığını alsa, vaxt itirmədən səninlə danışacaq.

Leonato. Bu xəbəri sənə çatdıran adam necə, ağlı başındadır?

Antonio. Pis adam deyil. İndicə çağırtdıraram bura, özün onunla danış.

Leonato. Yox, lazım deyil. Belə hesab edək ki, bu yuxudur, gözləyək havaxt həqiqət olacaq. Ancaq qızı xəbərdar etmək lazımdır ki, prinslə söhbətə hazır olsun. Get əhvalatı ona danış.

Qulluqçular gəlir.

Hə, siz nə edəcəyinizi bilirsinizmi? (Antonioya) Ey, əzizim, ayaq saxla, mənimlə gedək. Gərək bu gün sən bütün bacarığını işlədəsən. Gərək hazırlıq görməkdə mənə kömək edəsən.

Gedirlər.



ÜÇÜNCÜ SƏHNƏ

Orda Don Xuan və Konrad gəlir.

Konrad. Bu nə deməkdir, möhtərəm cənab? Niyə siz belə kədərlisiniz?

D o n X u a n. Bunun heç ağlagəlməz bir səbəbi var. Ona görə də kədərim hüdudsuzdur.

Konrad. Siz gərək ağlın dəlillərinə qulaq asasınız.

Don Xuan. Ona qulaq asmağın mənə nə xeyri olacaq?

Konrad. Sizə çox tezliklə yüngüllük gətirməsə də, müsibətlərə qarşı səbirli olmağınıza kömək edər.

D o n X u a n. Heç də təəccüblü deyil ki, dəhşətli fəlakətə qarşı sən mənə mənəvi vasitələr təklif edirsən. Axı sən Saturn ulduzunun altında doğulmusan. Mən isə başqa cürəm - öz hisslərimi gizlədə bilmirəm. Kədər doğuran səbəb olduqda mən mütləq kədərlənirəm - heç bir zarafat məni güldürə bilmir. Acanda mütləq yeyirəm - heç kəsi gözləmirəm. Yuxum gələndə yatıram - kimsənin dərdi-səri məni məşğul etmir. Şad bir şey görəndə gülürəm. Mən heç vaxt heç kəsin vəziyyətinə uyğunlaşmıram.

Konrad. Elədir. Lakin nə qədər ki, siz tam sərbəst deyilsiniz, öz xarakterinizi büruzə verməməlisiniz. Bir az əvvəl siz qardaşınızın üzünə ağ oldunuz. O, çətinliklə haman əhvalatı unudub yenə sizinlə mehriban dolanır. İndiki vəziyyəti möhkəmlətmək üçün gərək siz özünüz öz ətrafınızda yaxşı ab - hava yaratmağa çalışasınız. Siz öz payınızı biçmək üçün əlverişli vaxt seçməyi bacarmalısınız.

Don Xuan. Mən qardaşımın bağında gül olmaqdansa hasarın dalında qanqal olaram! Təbiətim elədir ki, hamının nifrətinə dözmək mənim üçün riyakarlıqla kiminsə məhəbbətini qazanmaqdan daha xoşdur. heç kəs deyə bilməz ki, mən yaltaqcasına xeyirxaham. Lakin açıq-aşkar yaramaz olduğumu da kimsə inkar etməz. Mənə o zaman inanırlar ki, quduz it kimi ağzımı zəncirləyirlər, mənə o zaman azadlıq verirlər ki, əl-qolumu bağlayırlar. Buna görə də mən qəti qərarımı vermişəm: Qəfəsdə oxumayacağam! Zənciri ağzımdan açsanız dişləyəcəyəm, mənə azadlıq versəniz - istədiyimi edəcəyəm. Hələlik mənə toxunma, qoy necə varam, elə də qalım, məni dəyişməyə çalışma!

Konrad. Məgər siz öz narazılığınızdan faydalana bilməzsiniz?

Don Xuan. Elədir, mən ondan bacardığım qədər faydalanacağam. Çünki mənim narazılıqdan başqa heç şeyim yoxdur! O gələn kimdir?

B o r a ç i o gəlir

B o r a ç i o. Yenə nə xəbər var, Boraçio? Mən bu saat çox gözəl bir ziyafətdən gəlirəm. Leonato sənin qardaşının şərəfinə şahanə bir qəbul düzəltmişdi. Sizə xəbər verə bilərəm ki, tezliklə toy olacaq.

Don Xuan. Bu münasibətlə bir fəsad düzəltmək olmazmı? Hansı axmaq özünü dərdə-sərə salmaq istəyir?

Boraçio. Təsəvvür edin ki, qardaşınızın sağ əli.

Don Xuan. Kim? Gözəl Klavdio?

B o r a ç i o. Özüdür ki, var.

Don Xuan. Çox yaxşı namizəddir. Kimi alır? Kimi? Kim onu ovsunlayıb?

B o r aç i o. Təsəvvür edin, Qero! Leonatonun qızı və yeganə varisi!

Don Xuan. Gör Klavdio nə tez kişilər cərgəsinə çıxdı! Sən bu xəbəri kimdən eşitdin?

Boraçio. Mənə əmr etdilər ki, otaqların havasını təmizləyim. Boğuq havalı bir otağa daxil olduqda birdən gördüm ki, prins və Klavdio qol-qola tutub nə barədə isə ciddi danışa-danışa gəlirlər. Mən tez pərdənin dalında gizləndim. Oradan nə danışdılar hamısını eşitdim. Sözləşdilər ki, prins Qero ilə danışacaq, razılığını alan kimi onu Klavdioya təqdim edəcək.

Don Xuan. Oho! Gelin ora gedək. Acığımı tökmək üçün əlimə fürsət düşüb. Mənim aşağı enməyimin səbəbi birdən-birə böyük adamlar cərgəsinə çıxmış bu cavandır. Hər hansı yolla onun sevincinə zəhər qata bilsəm, xoşbəxt olaram. İkiniz də mənə sadiq qalırsınızmı? Mənə kömək etməyə hazırsınızmı?

K o n r a d. Ölən günə kimi, möhtərəm ağa!

Don Xuan. Gedək onların əla ziyafətlərinə! Mənim məğlub olduğumu düşünəndə onların sevinci daha da artır. Ah, bircə aşpaz mənim hisslərimə şərik olaydı! Gedək! Görək nə etmək olar!

Boraçio. Biz sizin qulluğunuzda hazırıq, möhtərəm ağa!..



Gedirlər.







İKİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Leonatonun evində salon Leonato, Antonio, Qero, Beatriçe və başqaları gəlir.

Leonato. Qraf Xuan şama gəlmişdi?

Antonio. Mən ki onu görmədim.

Beatriçe. O cənab üz-gözünü elə turşudur ki, bir an üzünə baxanda tam bir saat qıcqırma məni öldürür!

Qero. O çox melanxolik xasiyyətli adamdır.

Beatriçe. Qraf Xuanın və Benediktin hərəsindən bir hissə götürüb quraşdırılsa əla bir adam əmələ gələr. Onların biri daş heykəl kimi qaradinməzdir, o biri isə ərköyün oğul kimi naqqaldır.

Leonato. Deməli, senyor Benediktin dilinin yarısı qraf Xuanın ağzına, qraf Xuanın melanxolisinin yarısı senyor Benediktin üzünə qoyulsa...

Beatriçe. ...Əlavə olaraq gözəl ayaqları və cibində bollu pulu da olsa... bu cür kişi dünyada istədiyi qadının ürəyinə sahib ola bilər... Əlbəttə qadının məhəbbətini qazana bilsə.

Leonato. Doğrusu, qızım, belə acı dil ilə sən heç vaxt özünə ər tapa bilməzsən...

Antonio. Elədir, xanım buynuzlaşmağı yaman sevir.

Beatriçe. Burada qorxulu bir şey yoxdur. Yaxşı deyiblər: "Dalaşqan inəyə Allah buynuz verməz".

Leonato. Elə bilirsən ki, Allah sənə də buynuz verməyəcək?

Beatriçe. Əlbəttə, ər qismət eləməsə buynuz da lazım olmaz. Gecə-gündüz Allaha yalvarıram ki, bu mərhəmətdən məni məhrum eləməsin, aman Allah! Saqqallı kişi dəhşətdir! Ondansa mən qılıncımın altında yataram!

Leonato. Bəlkə, sənə saqqalsız kişi qismət olacaq...

Beatriçe. Saqqalsız kişi neyimə lazımdır? Paltarımı ona geyindirib evimdə qaravaş saxlamayacağam ki? Axı saqqallı kişi o deməkdir ki, cavan deyil, saqqalsız isə hələ kişi olmayıb. Cavan deyilsə mənim karıma gəlməz. Kişi olmayıbsa, mən onun karına gəlmərəm. Yaxşısı budur, mən ayı oynadanın yanında qulluğa girim, cəhənnəmdə onun meymunlarına dayəlik elərəm*.

* Qədim ingilis etiqadına görə ömrünün axırına qədər ərə getməyib qarımış qızlar bu dünyada uşaqsız yaşamağın cəzası olaraq öləndən sonra cəhənnəmdə özgə uşaqlarına dayəlik edəcəklər.

Leonato. Məgər sən cəhənnəmə getmək fikrindəsən?

Beatriçe. Yox, əmi can, ancaq cəhənnəmin qapısına qədər! Lap qədimdən alnı buynuzlu iblis orada məni qarşılayıb deyəcək: "Göylərə buyur, Beatriçe, buyur göylərə! Burada qızlara yer yoxdur!.." Mən meymunları ona tapşırıb özümü göylərə, müqəddəs Petronun yanına gedəcəyəm. O isə subayların yerini mənə göstərəcək. Ondatı sonra bizim nəşə ilə dolu günlərimiz başlanacaq...

Antonio (Qeroyd). Sən isə mənim əziz qardaşım qızı, ümidvaram ki, atan nə desə ona əməl edəcəksən?

Beatriçe. Əlbəttə! Əmiqızım özünə borc bilir atasının qabağında əyləşib desin: "Əziz ata, siz deyən olacaq!" Lakin, əmiqızı, fikir ver ki, oğlan yaraşıqlı olsun. Elə olmasa, atanın qabağında əyləşib de: "Əziz ata, mən deyən olacaq!"

Leonato. Yaxşı, mənim əziz qardaşım qızı, hər halda ümid edirəm ki, bir gün səni də ərə getmiş görəcəyəm.

B e a t r i ç e. Xeyr, nə qədər ki Allah-taala torpaqdan yox, başqa bir materialdan kişi yaratmayıb, siz o günü görməyəcəksiniz! Axı, qadın mənliyinə necə sığışdıra bilər ki, bir ovuc torpaq ona ağalıq eləsin? Bir ovuc kobud gil parçasına öz işin və əməlin barədə hesabat vermək!* Yox, əmican, mən buna razı ola bilmərəm. Adəmin övladları olaraq bütün kişilər mənim qohumlarımdır, qohuma ərə getməyi isə mən günah bilirəm.

Leonato. Sən mənim sözümü yadında saxla, qızım: prins sənin razılığını istəsə, dediyim kimi cavab verərsən.

Beatriçe. Əmiqızı, o səni elçiləyəndə takt gözləməsə, musiqiyə qarşı günah işləmiş olacaq. Çox təkid eləsə, ona "hər şeydə mizan lazımdır" de və başla öz havanı oynamağa. Çünki, - mənə inan, Qero, - elçilik, nişanlamaq və peşmançılıq eynən şotland çiqasına, menuetə və sinkpese bənzəyir. Elçilik çiqa kimi hərarətli, ehtiraslı və cazibədar olur, nişanlanmaq isə menuet kimi köhnədir, təmkinli və ağır keçir. Bunlardan sonra isə peşmançılıq gəlir, yəni yorğun-əzgin ayaqlar sinkpesdə biri-birinə dolaşmağa başlayır və nəhayət əldən düşüb birbaş məzara yıxılırsan.

Leonato. Qardaş qızı, deməliyəm ki, sən hər şeyə pis baxırsan.

Beatriçe. Əmican, mənim gözlərim yaxşı görür. Hətta günün günortaçağı kəlisanın kəlisa olduğunu ağıllı-başlı seçə bilirəm.

Leonato. Budur, maskalar gəldi, mənim əzizlərim, gəlin onlara da yer verək.

Don Pedro, Klavdio, Benedikt, Baltazar, Don Xuan, Boraçio, Marqarita, Ursula ve başqaları daxil olur.

Don Pedro. Pərəstişkarınızla gəzmək istəməzdinizmi, senyora?

Qero. Yavaş yerisəniz, munis baxsanız və bir kəlmə də danışmasanız sizinlə gəzməyə hazıram. Xüsusən ona görə ki, burdan uzaqlaşım.

D o n P e d ro. Mənimlə bir yerdə?

Qero. Kefım istəsə elə də ola bilər.

Don Pedro. Bəs kefiniz havaxt istəyə bilər?

Qero. O vaxt ki, üzünüz xoşuma gəlmiş ola. Amma qorxuram, Allah eləməmiş, ud özü də köynəyi kimi çıxa...

Don Pedro. Qorxmayın, üzümdəki bu maska filemon daxmasıdır - altında Yupiter gizlənib...










* İncilin "Allah yer üzündə birinci insan olan Adəmi bir parça gildən yaratmışdır" rəvayətinə işarədir.




Qero. Elə isə maskanız samanla örtülməli idi...*

Marqarita. İndi ki, məhəbbətdən başlamısan - bir az yavaş danış...

Baltazar (Onu kənara çəkir). Sizə xoş gəlmək istərdim!

Marqarita. Mən bunu istəməzdim. Sizin xeyrinizə görə. Çünki mənim çoxlu qüsurlarım var.

Baltazar. Məsələn, heç olmasa birini deyin.

Marqarita. Mən ucadan dua oxuyuram.

Baltazar. Bu mənim ürəyimdəndir. Sizi eşidən deyəcək: Amin!

Marqarita. İlahi! Mənə yaxşı rəqs edən kavaler göndər.

Baltazar. Amin!

Marqarita. Rəqs qurtaran kimi onu gözümün qabağından rədd elə! Hə, niyə susursan, keşiş?

Baltazar. Daha bəsdir. Keşiş payını aldı.

Ursula. Mən sizi yaxşı tanıyıram, siz senyor Antoniosunuz.

Ant o n io. İnanın ki, bu mən deyiləm.

Ursula. Başınızın əsməsindən sizi tanıdım.

Antonio. Doğrusu onu acıqlandırmaq üçün qəsdən başımı əsdirirəm.

Ursula. Siz o olmasaydınız bu cür məharətlə başınızı əsdirə bilməzdiniz. Əlinizin içi də, dalı da qupqurudur* - eynən onunku kimi! Əlbəttə siz - osunuz, siz - osunuz!..

Antonio. İnanın ki, bu mən deyiləm.

Ursula. Çox ağıllı və gözəl danışdığınız üçün sizi tanımamaq olmur. Məgər istedadı gizlətmək mümkündür? Yetər, mübahisə etməyin: siz - osunuz, siz - osunuz! Ləyaqət həmişə özünü göstərir. Beləliklə mübahisə qurtardı!

Beatriçe. Axır ki deməyəcəksiniz görüm bunu kim sizə deyib?

Benedikt. Bağışlayın, deməyəcəyəm.

Beatriçe. Kim olduğunuzu da deməyəcəksiniz?

Benedikt. Hələ ki, yox.

Beatriçe. Deməli, mən şıltağın biriyəm və bütün ağıllı sözləri "Yüz məzəli hekayə" kitabından** götürmüşəm? Bunları sizə yəqin senyor Benedikt deyib.

Benedikt. O kimdir elə?

Beatriçe. Mən əminəm ki, siz onu yaxşı tanıyırsınız.

Benedikt. Sizi inandırıram ki, tanımıram.

Beatriçe. O bir dəfə də olsa sizi gülməyə məcbur etməyib?

Benedikt. Xahiş edirəm, deyin görüm o kimdir elə?

Beatriçe. Prins təlxəyidir. Bayağı bir təlxək! Bircə qabiliyyəti var: ağlabatmaz dedi-qodular uydurmaq. Onu pozğun adamlardan baş-qa heç kəs bəyənməz. Onlar da ağlını yox, alçaqlığını qiymətləndirirlər. O, adamları həm əyləndirir, həm də qəzəbləndirir. Buna görə də onun sözlərinə gülür, özünü isə əzişdirirlər. Mən əminəm ki, o haradasa buralarda veyillənir. Çox istərdim ki, qayığım mənə tərəf sürəydi...

Benedikt. Tanış olanda mən sizin rəyinizi mütləq ona bildirəcəyəm.

Beatriçe. Mərhəmətiniz artıq olsun! Əlbəttə o qəzəblənəcək, mənim barəmdə bir-iki yağlı söz deyəcək, məni nəyə isə, kimə isə oxşadacaq. Heç kəsin bu sözlərə əhəmiyyət vermədiyini, gülmədiyini








* O zaman əlin quruluğunu temperamentin olmaması hesab edərdilər.

** O dövrdə çox yayılmış gülməli anekdotlar siyahısı.

O v i d i n i n - "Metamorfozlar"ında Yupiterin (Zevsin) Filemon və Bavkada adlı qoca ər-arvadın damı samanla örtülmüş kasıb daxmasına gəldiyinə işarədir.


gördükdə isə süstləşib kədərlənəcək, susacaq və nəticədə şam süfrəsindəki toyuqdan-kəklikdən bir-ikisinin qanadlan salamat qalacaq. Çünki kefi pozulanda axmaqcığazın boğazından heç şey keçmir (Musiqi çalınır). Hə, hazır olun. Biz qabaq cərgədə rəqs edən oğlan-qızın dalınca getməliyik...

Benedikt. Əminəm ki, ancaq yaxşı əməllərlə...

Beatriçe. Pis əməllərə aparsalar, birinci dövrdəcə mən onlardan uzaqlaşaram.

Rəqs başlanır... Don Xuan, Boraçio və Klavdiodan başqa hamı rəqs edir.

Don Xuan. Mənim qardaşım lap xirtdəyə kimi vurulub Qeroya. Qızın atasını kənara çəkdi. Yəqin razılığını istəyəcək. Xanımlar hamısı qızın dalınca getdilər. Maska tək qaldı.

B o r aç i o. O Klavdiodur - mən duruşundan tanıyıram.

D o n X u a n. Siz senyor Benedikt deyilsinizmi?

Klavdio. Yaxşı bilmisiniz - özüyəm ki varam.

Don Xuan. Senyor, siz mənim qardaşımla çox yaxınsınız. O, Qeroya vurulub. Xahiş edirəm birtəhər onu qızdan uzaqlaşdırmağa çalışın. Axı Qero əsil-nəcabətinə görə mənim qardaşıma tay deyil. Bu işdə siz çox nəcib rol oynamış olarsınız.

Klavdio. Siz qardaşınızın onu sevdiyini hardan bilirsiniz?

D o n X u a n. Əbədi məhəbbətə and içərək qıza eşq elan etdiyini bu qulaqlarımla eşitmişəm.

Boraçio. Mən də eşitmişəm: and içirdi ki, elə bu axşam onunla evlənməyə hazırdır.

Don Xuan. Daha bəsdir, gedək, şam etməyə...

Don Xuanve Boraçio gedir. Klavdio.

Yaxşı Benedikt olub, yaxşı rol oynadım mən. Amma heyif pis xəbər eşitdim həriflərdən... Deməli özü üçün gedirmiş elçi prins! Dostluqdan hər sahədə sən sədaqət um, fəqət İstisnadır bu işdə bil ki sevgi, məhəbbət! Eşqin sirrini eylə öz dilinə etibar, Aqillər eşq odunu öz gözündə yaşadar, Elçiyə etibar yox - fltnəkar qara gözlər Sədaqəti qanında onun mum tək əridər!

Bəli, o şey ki, hər gün biz görürük həyatda Məhz onu mən unutdum - gözəl Qero, əlvida! Benedikt gəlir.

B e n e d i k t. Qraf Klavdio sizsiniz?

K 1 a v d i o. Özüdür ki, var.

B e n e d i k t. Hə, gedirikmi?

Klavdio. Hara?

Benedikt. Birinci söyüd ağacının yanına, sizin işi yoluna salmaq üçün, qraf. Deyin görüm siz çiçək hörüyü varlı tacirlərə məxsus qızıl zəncir kimi boynunuza taxmaq istəyirsiniz, yaxud leytenantların ipək lenti kimi çiyninizdən asmaq fikrindəsiniz? Prins artıq sizin gözəl Qeronu öz qarmağına keçirib!

Klavdio. Sağlığına qismət olsun!

Benedikt. Oho! Mal-qara sövdəgərləri baha qiymətə öküz satdıqları müştərini belə sözlərlə yola salırlar. Deyin görüm məgər siz prinsdən dostluq gözləyirdiniz?

Klavdio. Xahiş edirəm, məni rahat buraxın.

Benedikt. Yoxaa! Bilirsinizmi bu nəyə bənzəyir: korun vuruşmasına: uşaq korun əlindən əti alıb qaçır, o isə başlayır dirəyi döyəcləməyə...

Klavdio. Siz əl çəkməsəniz mən özüm burdan çıxıb gedəcəyəm (Gedir).

Benedikt. Eh, qanadından yaralanmış zavallı quşcuğaz! İndi qaçıb qamışlıqda gizlənəcək! Nə qəribə işlərdir: Senyora Beatriçe məni həm tanıyır, həm də tanımır! Prins təlxəyi! Bəlkə deyib-gülən olduğuma görə mənə belə ləqəb veriblər? Yox, mən özüm özümə qarşı ədalətsiz ola bilmərəm: Mənim haqqımda heç də hamı belə düşünmür. Bu, ancaq Beatriçenin fikridir və onun zəhərli dili bunu hamının fikri kimi qələmə verir. Olsun, çox keçməz Beatriçe görər ki, mən intiqam almağı bacarıram!

Don Pedro gəlir.

Don Pedro. Senyor, bilmirsiniz qraf haradadır? Siz onu görməmisiniz ki?

Benedıkt. Doğrusunu deyim ki, hörmətli cənab, mən müəyyən dərəcədə şayiə xanımın rolunu oynayırdım: Mən qrafa burda rast gəldim. O, meşələrdə sahibsiz qalmış gözətçi koması kimi qüssəli idi.

Mən ona dedim ki – həm de elə bilirəm ki, həqiqəti demişəm - hör-mətli siz cənabları gənc xanımın rəğbətini qazana bilmisiniz. Mən onu birinci söyüd ağacına qədər ötürmək istədim. Qəsdim bu idi ki, nakam məhəbbətinə matəm əlaməti olaraq çiçəklərdən ona çələng düzəldim, ya da bir dəstə yaş söyüd çubuğu qırım. Axı o, ağıllı-başlı kötəklənməyə layiqdir.

Don Pedro. Kötəklənməyə?! Hansı günahına görə?! Benedikt. O günahına görə ki, məktəbli uşaq kimi sadəlövh və axmaq iş görüb: təsadüfən tapdığı quş yuvasını sevindiyindən yoldaşına göstərib, yoldaşı isə yuvanı oğurlamışdır.

Don Pedro. Səti insana inanmağı günah sayırsan? Günah yuvanı oğurlamaqdır.

Benedikt. Hər halda bir dəstə söyüd çubuğu və bir çələng lazım olacaq: çələng onun özünə, çubuqlar isə sizə. Çünki, mənim anladığıma görə, yuvanı oğurlayan sizsiniz.

Don Pedro. Elə ki, quşcuğaza oxumaq öyrətdim, mən onu öz sahibinə qaytaracağam.

Benedikt. O zaman quşcuğaz siz çalan havanı oxusa, onda mən deyərəm ki, siz namuslu adamsınız.

Don Pedro. Bura baxın, Benedikt, Beatriçe sizdən çox acıqlıdır. Maskarad zamanı rəqs etdiyi adam xəbər verib ki, siz onun dalınca çox pis danışmısınız.

Benedikt. Kaş siz Beatriçenin mənimlə rəftarını görəydiniz! O cür rəftara kötük belə dözməzdi! Bircə yaşıl yarpağı olan palıd ağacı da susmazdı! Nəinki mən özüm, hətta üzümdəki maska da az qala dilə gəlib onunla söyüşəcəkdi. Meni tanımadığından dişinin dibindən çıxanı dalımca dedi: Guya mən "Prins təlxəyiyəm", bahar daşqınlarında sökülüb dağılmış çirkli-palçıqlı kənd yolundan da pisəm və sairə və sairə... gözünü yumub ağzını açdı - de ki, deyəsən. Söyüş, məsxərə, istehza ağlagəlməz bir sürətlə ağzından axıb tökülürdü. Mənə elə gəldi ki, güllə qabağına qoyulmuş nişanam və bir bölük qoşun məni atəşə tutub. Beatriçenin dili qılınc kimi kəsirdi. İnanın ki, onun nəfəsi də sözləri kimi zəhərli olsaydı, dörd ətrafda salamat heç şey qalmazdı. hər kəs, qütb ulduzuna qədər hər şey zəhərlənərdi. Ohohoho... Aman belə qadının əlindən! Adəm günah işləyib cənnətdən qovulana qədər neyə sahib olubsa, hamısını ona cehiz qoşsalar, yenə heç vaxt mən onunla evlənmərəm. O, Herkulesin özünü belə ocağın qırağında əyləşdirər, əmudunu məcbur edər ki, onu doğrayıb ocaqda yandırsın. Yaxşısı budur gəlin Beatriçedən heç danışmayaq. Siz mənimlə razılaşın ki, o, indiki moda ilə geyinmiş cəhənnəm ilahəsi Ata* özüdür. Allaha yalvarıram ki, hər hansı bir cadugər bizi onun fitnə - fəsadından qorusun. Nə qədər ki, o bizim bu dünyadadır, cəhənnəmdə olanlara elə gəlir ki, müqəddəs bir sığınacaq tapıblar və orada rahatca yaşayırlar. Bax bizim bu torpağın üstündəki adamlar qəsdən günah işləyirlər ki, ora - cəhənnəmə düşsünlər. Bəli, Beatriçenin ayağı dəyən hər yerdə qiyam, dava-dalaş, narahatlıq başlayır...

Klavdio, Qero və Leonato bir tərəfdən, Beatriçe o biri tərəfdən çıxır.

Don Pedro. Budur, o özü bura gəlir...

B e n e d i k t. Möhtərəm cənab, siz məni bir tapşırıqla dünyanın o biri başına göndərə bilməzsinizmi? Ağlınıza gələn ən əhəmiyyətsiz tapşırığı yerinə yetirmək üçün hara desəniz gedərəm. Asiyanın ən uzaq guşəsindən sizə diş təmizləyən, ya da ruhani ata Ioannın** ayağının qəlibini, Böyük Moqol hakiminin saqqalından tük çıxarıb gətirərəm. Hətta istəsəniz cırtdanlar ölkəsinə səfir gedərəm. Nə desəniz yerinə yetirmək mənim üçün bu Qarpiya*** ilə iki kəlmə kəsməkdən daha xoşdur. Mənə bir qulluq buyura bilməzsinizmi, hörmətli cənab?

Don Pedro. Menim sizdən yeganə bir istəyim varsa, o da xoş və ürək açan məclisinizdən, söhbətlərinizdən feyzyab olmaqdır...

B e n e d i k t. Aman Allah! Bu heç də mənim xörəyim deyil, gəvəzə sözlərdən zəhləm gedir! (Uzaqlaşır).

Don Pedro. Bəli, senyora Beatriçe. Siz senyor Benediktin ürəyini itirdiniz.

B e a t r i ç e. Elədir, hörmətli ağa. O, ürəyini müvəqqəti olaraq mənə vermişdi, saxlayım. Lakin mən onu artıqlaması ilə geri qaytardım. Bir oyunda o fırıldaq işlədib onu məndən udmuşdu. Beləliklə, hörmətli siz cənabları tamamilə haqlısınız. Mən onun ürəyini itirmişəm.

Don Pedro. Siz onun arxasını yamanca yerə vurmusunuz, senyora, yamanca!
***









* Ata -yunan əsatirində intiqam, nifaq, dava-dalaş ilahəsi

**Keşiş İoan- orta əsr əfsanələrinə görə guya o harada isə Asiyanın dərinlərində xristian səltənətinin hakimidir.

c Q a r p i y a - yunan əsatirində qadın başlı, quzğun bədənli əjdaha.



Beatriçe. Yaxşıdır ki, o mənim arxamı yerə vurmayıb. Yoxsa dünya yeni axmaqlarla dolardı. Siz məni qraf Klavdionun dalınca gön-dərmişdiniz. Mən onu gətirmişəm.

Don Pedro. Bu nədir, qraf? Siz niyə belə kədərlisiniz?

Klavdio. Mən kədərli deyiləm.

Don Pedro. Bəlkə, xəstəsiniz?

Klavdio. Xəstə də deyiləm, hörmətli cənab!

Beatriçe. Qraf nə kədərlidir, nə şaddır, nə xəstədir, nə də gümrah. O sadəcə olaraq özünü ləyaqətlə saxlamaq istəyir - portağal kimi. Elə o cür də san rəngə boyanıb - qısqanclıq rənginə...

Don Pedro. Mən görürəm ki, senyora, siz onu çox doğru təsvir edirsiniz. And içirəm ki, boş şübhələr onu aldatmışdır. Yaxşı bil, Klavdio, mən ancaq sənin adından elçilik eləmişəm və gözəl Qeronun razılığını almışam. Onun atası ilə də danışmışam. O da razıdır. İndi isə toy gününü teyin elə və xoşbəxt ol.

L e o n a t o. Qraf, siz qızımla bərabər mənim bütün var-yoxuma da sahib olacaqsınız. Bu nigah bizim əziz və hörmətli ağamızın əlilə düzəlir. Qoy göylərin mərhəməti sizin üstünüzdə olsun, Amin!

Beatriçe. Danışın, qraf, indi sizin replikanız gəlir.

Klavdio. Sevincin ən yaxşı carçısı susmaqdır. Mən nə qədər xoşbəxt olduğumu deyə bilsəydim, xoşbəxt olmazdım. Qero - siz mənimsiniz, necə ki mən sizinəm. Mən sizi almaq üçün özümü verirəm və bu mübadilədən çox razıyam.

Beatriçe. Əmiqızı, indi sən danış. Danışa bilmirsənsə, busələrlə onun ağzını ört ki, artıq danışmasın.

Don Pedro. Həqiqətən də, senyora, siz çox şad ürəkli xanımsınız.

Beatriçe. Elədir, hörmətli cənab, mən öz zavallı və sarsaq ürəyimə çox minnətdaram ki, o hər şeyi ancaq yaxşı cəhətdən dərk edir. Baxın, bu saat mənim əmiqızım qrafın qulağına pıçıldayır ki, sən mənim qəlbimi fəth etmisən!

Klavdio. Tamamilə doğrudur, əmiqızı!

Beatriçe. Beləliklə də, biz sizinlə qohum olduq! Bax dünyada hamının işi beləcə düzəlir, bircə məndən - zavallı qaraca qızdan baş-qa. Əlaçım ona qalır ki, çəkilib bir küncə oturum və qışqırım: "Mənə də bir ər tapın!".

Don Pedro. Senyora Beatriçe, mən sizə də ər tapacağam.

Beatriçe. Yaxşı olardı ki, siz yox, atanız mənə ər tapaydı. Hör-mətli ağa, sizə oxşar qardaşınız yoxdurmu? Atanız çox gözəl oğullar dünyaya gətirib, bircə o qalır ki, hərəsi özünə layiq qız tapsın.

Don Pedro. Olmaya mənə ərə getmək istəyirsiniz?

Beatriçe. Yox, hörmətli cənab. Adi iş günləri üçün ikinci bir ər tapsam bəlkə de razı olam. Çünki siz cənabları qiymətli daş-qaş kimisiniz. Hər gün taxmaq olmaz. Məni bağışlayın, möhtərəm ağa, anadan belə doğulmuşam: hey danışıram - içində də mənalı bir şey yox.

Don Pedro. Mən isə sizə ancaq susmağı bağışlamazdın. Şadlıq çox yaraşır sizə. Şübhəsiz ki, xoş saatda dünyaya gəlmisiniz!

Beatriçe. Heç də yox: mənim anam bərk qışqırırdı. Elə o anda göydə bir ulduz rəqs etdi. Mən həmən ulduzun altında doğulmuşam. Əmiqızı və əmioğlu, Allah sizi xoşbəxt eləsin!

Leonato. Əziz qardaşım qızı, tapşırığımı unutmamısınız ki?

Beatriçe. Bağışlayın, əmican, üzr istəyirəm, hörmətli cənab (Gedir).

Don Pedro. Vicdanım haqqı bu Beatriçe çox şad xasiyyətli qızdır!

Leonato. Elədir, hörmətli cənab, onun kədərli olması nadir şeydir. Ancaq yuxuladığı zaman ciddi olur - o da həmişə yox. Qızım deyir ki, Beatriçenin yuxusuna da tez-tez gülməli şeylər girir və o, qəhqəhə içində yuxudan ayılır.

Don Pedro. Ərə getmək barədə isə eşitmək belə istəmir?

Leonato, Bir kəlmə də!.. Ələ salıb gülə-gülə qapıdan o qədər elçi qaytarıb ki!

Don Pedro. Amma bu qızdan Benediktə nə yaxşı arvad olar!

Leonato. Allah eləməsin! Bir həftənin içində onlar biri-birini tikanlı sözlər dəryasında batırarlar!

Don Pedro. Qraf Klavdio, inşallah toy havaxtdır?

Klavdio. Günü sabah, mənim ağam. Elə ki başladılar evlənmək ayinlərini yerinə yetirməyə, zaman çolaq adam kimi qoltuq ağacların-da sürünəcək.

Leonato. Yox, mənim əziz oğlum. Bir həftədən tez toy eləmək olmaz. Bazar ertəsini gözləyin. Hər şeyi mənim istədiyim kimi düzəltmək üçün bu da çox azdır.

Don Pedro. Mən görürəm ki, toyun belə yubandırılmasını eşi-dəndə sən başmı bulayırsan. Lakin zəmanət verirəm ki, vaxt tez gəlib keçəcək. Hələlik nə mən Herkulesin qəhrəmanlığından birini təkrar etmək fikrindəyəm - senyor Benediktlə senyora Beatriçe arasında dəlicəsinə məhəbbət oyatmaq! Mən çox istəyirəm onlar evlənsinlər. Hərgah siz üçünüz də mənə kömək etsəniz və nə desəm yerinə yetirsəniz bu işdə müvəffəq olacağıma şübhə etmirəm.

Leonato. Hörmətli ağam, mən özümü bütünlüklə sizin ixtiyarınıza verirəm. On gecə dalbadal yuxusuz qalsam da hər şeyə hazıram.

Klavdio. Mən də, hörmətli ağam!

Don Pedro. Siz də hazırsınızmı, gözəl Qero?

Q ero. Əmi qızım özünə yaxşı ər tapsın deyə mən gücüm çatan hər tapşırığı yerinə yetirərəm.

Don Pedro. Benedikt mənim tanıdığım cavanların içində lap ümid-sizlərindən deyil. Mən onu cəsarətlə tərifləyə bilərəm. O, əsil nəcabətli adamdır, sınaqdan çıxmış qoçaqdır və şübhəsiz ki namusludur. Benediktə vurulması üçün əminiz qızına necə təsir etmək yollarını mən sizə öyrədəcəyəm. Özüm isə sizin köməyinizlə Benedikti elə hazırlayacağam ki, ağlının kəskinliyinə və dilinin acılığına baxmayaraq Beatriçeyə aşiq olsun. İstədiyimizə nail olandan sonra Kupidona mahir atıcı demək lazım gəlməyəcək. Biz onun şöhrətinə sahib olub yeganə məhəbbət allahları kimi tanımalıyıq. Gedək, mən öz planımı sizə söyləyim! (Gedirlər).

İKİNCİ SƏHNƏ

Don Xuan və Boraçio gəlir.

Don Xuan. Deməli doğrudur; Klavdio o Leanatonun qızını alır?

Boraçio. Elədir, mənim ağam. Lakin istəsəniz mən bu işə mane ola bilərəm.

Don Xuan. Hər maneə, hər çəpər, hər müqavimət mənim üçün dərmandır. Axı mən ona nifrət xəstəliyinə tutulmuşam və onun istəklərinə zidd olan hər şey mənim ürəyimdəndir. Sən ona necə mane ola bilərsən?

Boraçio. Namussuz yolla, mənim ağam. Lakin elə ustalıqla ki, bu namussuzluğu heç kəs sezə bilməsin.

Don Xuan. İkicə kəlmə ilə de görüm: necə?

Boraçio. Gərək ki, bir il əvvəl sizə demişdim: Mən Qeronun qulluqçusu Marqaritanın xüsusi hörmətini qazanmışam.

D o n X u a n. Yadıma düşür.

Boraçio. Mən ondan xahiş edə bilərəm ki, gecə yarısı xanımının yataq otağının pəncərəsindən çölə boylansın.

D o n X u a n. Bununla toyu necə pozmaq olar?

Boraçio. Əsl zəhəri hazırlamaq sizdən asılı olacaqdır: Siz qardaşınız prinsin yanına gedib deməlisiniz ki, o, hədsiz hörmət bəslədiyiniz ləyaqətli Klavdionun Qero kimi əxlaqsız bir qızla evlənməsinə vasitəçilik etməklə öz adını ləkələmiş olur.

D o n X u a n. Qeronun əxlaqsızlığına sübut nədir?

Boraçio. Prinsi aldatmaq, Klavdionu haldan çıxarmaq, Qeronu və Leonatonu öldürmək üçün mən deyən tamamilə kifayətdir. Bundan artıq nə sübut istəyirsiniz?

Doo Xuan. Onların rahatlığını pozmaq üçün mən hər şeyə hazıram, lakin...

Boraçio. Onda işə başlayaq. Gedin. Fürsət tapıb Don Pedro və Klavdio ilə təklikdə danışın. Onlara deyin ki, siz mənimlə Qero arasındakı aşiqanə əhvalatdan xəbərdarsınız. Özünüzü elə göstərin ki, guya sizi bu işə vadar edən onlara bəslədiyiniz dostluq hissləridir. Bu sirlərin üstünü ona görə açırsınız ki, toyu təşkil edən qardaşınızın şərəfi sizin üçün əzizdir və onun dostunun təmiz adını yüksək tutursunuz. Buna görə də razı ola bilməzsiniz ki, pozğun bir qızı ona calasınlar. Əlbəttə sübut olmasa onlar buna inanmayacaqlar. Siz onları ən inandırıcı sübut qarşısında qoyun: Onlar məni Qeronun pəncərəsi altında görəcəklər. Mən Marqaritanı "Qero" çağıracağam. Marqarita mənə əlbəttə "Boraçio" deyəcək, onlar bütün bu sözləri eşidəcəklər. Oyunu biz toya bir gün qalmış gecə yarısı göstərərik. O vaxtacan mən işləri elə quraram ki, həmin gecə Qero öz otağında olmaz və onun xəyanəti o qədər inandırıcı görünər ki, qısqanclıq inama çevrilər, bütün toy dəsgahı pozulub gedər.

D o n X u a n. Axın nə ilə qurtarır qurtarsın, mən bu tədbiri həyata keçirəcəyəm. İşini məharətlə gör - mükafatın min dükat olacaq!

Boraçio. Siz ittihamlarınızda bacardıqca inadlı olun. Mənim kələklərim isə boşa çıxmaz!..

Don Xuan. Gedim görüm toy hansı günə təyin olunub...



Gedirlər.











ÜÇÜNCÜ SƏHNƏ

Leonatonun bağı. B e n e d i k t gəlir. Benedikt. Ay uşaq!

Uşaq çıxır.

Uşaq. Bəli, senyor.

Benedikt. Mənim otağımın pəncərəsindəki kitabı bura gətir. U ş a q. Mən burdayam, senyor

U ş a q gedir.

Benedikt. Sənin burda olduğunu görürəm. Mən istəyirəm ki, sən burdan gedəsən və təzədən bura qayıdasan. Qəribə deyilmi, dünən məhəbbətin başqa adamları necə axmaq vəziyyətə saldığını yaxşıca görən, bu mənasız dəliliyə istehza edib gülən bir şəxs bir də görürsən ki, bu gün özü gözlənilmədən sevməyə başladı. Başqalarına istehza hədəfi oldu?! İndi Klavdio bu isə birdən-birə sevməyə başlayıb. Özü bu vəziyyətdədir. Yadımdadır, bir zaman o şeypurdan və təbildən başqa musiqi aləti sevməzdi. İndi isə böyük həvəslə balabana, fleytaya qulaq asır. Yadımdadır o, yaxşı hərbi libas tapmağa kömək üçün on mil yolu piyada gedərdi. İndi isə on gecə dalbadal yuxusuz qalıb, yeni qısa pencəyinin yaraşığı barədə düşünür. Yorulmaz, namuslu bir insan və soldat olaraq o sadə, işgüzar sözlər danışardı. İndi isə təmtəraqlı ibarələri sadalamaqdan yorulmayan boşboğaza çevrilmişdir. İndi onun nitqləri - görülməmiş yeməklərlə dolu fantastik bir süfrəni xatırladır. Görəsən gözlərim dünyanı yaxşıca gördüyü gümrah çağımda mən də o cür dəyişəcəyəmmi? Bilmirəm, güman etmirəm. And içə bilmərəm ki, məhəbbət məni hey nəğmə oxuyan zavallı bir quşcuğaza çevirməyəcək. Ancaq bir şeyə cəsarətlə and içə bilərəm: nə qədər ki, aciz bir quş olmamışam, məhəbbət məni elə axmağa çevirə bilməz. Budur, qabağıma gözəl bir qadın çıxır - mət məhəl qoymayıb keçirəm, salamat qurtarıram; Ağıllısı çıxır - yenə salamat qalıram; Mehriban və nəcabətlisi çıxır - mən məhv olmuram. Nə qədər ki, hər cəhətdən cazibədar qadına rast gəlməmişəm, bir qadın məni cəlb edə bilməz. O qadın varlı olmalıdır - bu birinci şərtimdir. Ağıllı olmalıdır - əks təqdirdə mənə lazım deyil. Mehriban və nəcib olmalıdır, olmasa bir qəpiyə də almaram, Gözəl olmalıdır - olmasa gözümün ucu ilə də bax-maram. Mülayim olmalıdır, deyilsə mənə yaxın durmasın. Əsil - nəcabətli olmalıdır, yoxsa lap milyon pul da versələr evlənmərəm. Məlahətli danışmalı, çalıb oynamağı bacarmalıdır. Saçlarının rəngi isə - qoy Allah verən kimi olsun. Aha, bu da prins və müsyö Kupidon! Tezcə gizlənim (Gizhnir).

Don Pedro, Klavdio ve Leonato gəlir. Arxalarınca Baltazar çalğıçılarla.

Don Pedro. Hə, indi musiqiyə qulaq asmaq necədir? Klavdio.

Gözəldir, əziz prins. Yaxşı sakit gecədir!

Rübabı dinləməkçün sanki susub kainat. Don Pedro. Gördün Benedikt necə orda gizləndi, bədzat? Klavdio.

Yaxşı gördüm, bəli! Kələk gəlir o bizə,

Biz də sallıq tülkünü rübabla tələmizə! Don Pedro. O füsunkar mahnını bir də oxu, Baltazar! Baltazar.

Möhtərəm ağa, məni məcbur etməyin bir də

Pis səsimlə korlayım o gözəl musiqini... Don Pedro.

Ustalığın birinci sübutu budur ki, sən

Öz kamil sənətinlə məğrurluq etməyəsən.

Oxu! Nişanlı qız tək yalvarımmı mən sənə? Baltazar.

İndi ki, deyirsiniz oxuyacağam yenə.

Lakin çox vaxt nişanlı xanıma yalvarırlar

heç də uca tutmadan onun gözəlliyini

"Sevirəm"! and içirlər... Don Pedro.

Başla mahnını, yetər!

Mənimlə mübahisə etmək fikrin varsa əkər

Elə. Lakin notlarla...

Baltazar. Notlar içində yoxdur mənim layiqli notum. Don Pedro.

Sanki notla danışır bu ağzını açan tək.

Notlarda notu - yoxdur, - bəsdir nəsihət vermək!

Musiqi.



Benedikt (kənara). İndi ilahi bir mahnı səslənəcək! Və onun

ruhu köylərə uçacaq! Heyrətamiz deyilmi ki, adi qoyun bağırsağı

insanın canını almağa qadirdir? Xeyr, mən pul qoyub belə şeylərə yox,

daha böyük həvəslə şərab dolu buynuzların cingiltisinə qulaq asardım.

Baltazar (oxuyur).



Gözəllər, bu nə ahdır?

Kişilərdə vəfa yox.

Bədən burda, can orda

Yelbeyindir hamısı...

Bəs ah-vay nə üçündür?

"Ah-vayı" qovmaq gərək.

Dönmək dərdsiz həyata...

Kədərin "ah-vayını"

Çevirmək "hey - hey" deyən

Qüssəsiz nəqarətə.

Acı, dərdli mahnılar

Oxumayın bizə siz.

Əzəldən belə olub

Bu riyakar kişilər.

Bəs ah-vay nə üçündür?

Onları qovmaq gərək,

Qovuşmaq şən həyata...

Kədərin ah-vayını

Çevirmək "hey-hey!" deyən

Qüssəsiz nəqərata... Don Pedro. Doğrusu gözəl mahnıdır. Baltazar. Lakin müğənni pisdir, hörmətli ağa. Don Pedro. Yox-yox, ona qalsa sən heç də pis oxumursan. Benedikt (kənara). Köpək belə hürsəydi boğazdan asardılar. Allah eləsin ki, bunun səsi başımıza bədbəxtlik gətirməsin. Məncə, ən bəduğur bayquşa qulaq asmaq bundan yaxşıdır.

Don Pedro. Əlbəttə, elədir. Baltazar, zəhmət çəkib bizim üçün ən yaxşı çalğıçılar tap. Biz sabah gecə senyora Qeronun pəncərəsinin altında serenada oxumaq istəyirik.

B a 11 a z a r. Çalışaram, möhtərəm cənab. Don Pedro.

Mütləq çalış. Xoş gəldin.

Baltazar və çalğıçılar gedir.



Bura baxın, Leonato, səhər siz nə isə deyirdiniz. Guya qardaşınız qızı Beatriçe Benediktə vurulub?

Klavdio. Beli, bəli, vurulub (Don Pedroya yavaşdan) Yavaş-yavaş yaxınlaşın, yaxınlaşın, quş yerə qonub (Ucadan Leonatoyä) heç vaxt ağlıma gəlməzdi ki, Beatriçe kimə isə vurula bilər...

Leonato. Mən də o fikirdə idim. Hər şeydən de təəccüblü burasıdır ki, kimə vurulub? - Benediktə! Halbuki həmişə özünü elə göstərirdi ki, guya ona nifrət edir.

Benedikt (kənara). Belə şey olarmı? Gör külək haradan əsir!

Leonato. Sözün düzü, möhtərəm ağa, mən özüm də məəttəl qalmışam. Beatriçe onun dərdindən az qalır dəli olsun. Heç kəsin ağlına gəlməzdi!

Don Pedro. Bəlkə yalandan özünü elə göstərir?

Klavdio. Ola bilər.

Leonato. Allaha baxın! Yalandan özünü elə göstərmək nədir?! Yalançı ehtiras heç vaxt o cür səmimi və hərarətli ola bilməz!

Don Pedro. Axı o ehtiras necə aşkar olur?

Klavdio (yavaşdan). Əti tilova yapışdırın. Balıq ağzını açır.

Leonato. Necə aşkar olur? Beatriçe oturur və... siz ki özünüz eşitdiniz mənim qızım necə nağıl eləyirdi...

Klavdio. Eşitdim, eşitdim, doğrudur.

Don Pedro. Necə, necə aşkar olur? Deyin, xahiş edirəm! Axı siz məni heyrətə salırsınız. Mən həmişə bu fikirdə olmuşam ki, heç bir məhəbbət oxu onun sinəsini deşə bilməz.

L e o n a t o. Mən də and içirdim ki, elə düşünürəm. Xüsusən Benedikti sevməsini ağlıma gətirməzdim.

Benedikt (kənara). Bu sözləri ağsaqqal deməsəydi, mən elə bilərdim kələk qurublar. Kələkbazlıq belə mötəbər görkəmin altında gizlənə bilməz.

Klavdio (yavaşdan). Zəhər təsir göstərir. Bir az da əlavə edin.

Don Pedro. Beatriçe öz hisslərini Benediktə deyibmi?

Leonato. Deməyib və and içir ki, heç vaxt deməyəcək. Qıza əzab verən də budur.

Klavdio. Tamamilə doğrudur. Qızınızın sözünə görə Beatriçe ona deyib: - "Mən həmişə Benediktə etinasız olmuşam. İndi birdən-birə necə götürüb yazım ki, səni sevirəm!".

Leonato. Bunu da Benediktə məktub yazmaq istədiyi zaman deyib. Qızımın sözünə görə alt köynəkdəcə azı iyirmi dəfə oturub bütöv bir varaq-kağız o üz bu üz yazıb doldurmuşdur.

K1 a v d i o. Ahaa, bu bir varaq kağız mənim yadıma maraqlı bir şey saldı: Qızınız deyirdi ki...

Leonato. Bəli-bəli! Məktubu yazıb qurtarandan sonra başlayıb oxumağa, bükəndə isə görüb ki, "Benedikt" və "Beatriçe" üst-üstə yatır.

Klavdio. Mən də onu demək istəyirdim. Leonato. Elə bu yerdə kağızı cırıb parça-parça etmiş və öz-özünü danlamağa başlamışdır: "İnsan abrını gözləməlidir. həmişə mənə gülən, məni ələ salan adama məhəbbət məktubu yazmağım ayıbdır: Elə özümü götürək. Benedikt mənə məhəbbət məktubu yazmış olsaydı məgər mən onu ələ salıb gülməzdim?! Bəli, bəli, onu sevdiyimə baxmayaraq ələ salıb gülərəm!".

K 1 a v d i o. Bundan sonra isə dizi üstə çöküb içini çəkir, ağlayır, sinəsinə döyür, saçlarını yolur, taleyinə lənət yağdırır, dua oxuyur: "Ah, mənim əziz Benediktin! İlahi, sən özün mənə dözüm ver!".

Leonato. Qızımın dediyinə görə həqiqətən də belə olub. Bəli, Beatriçenin ürəyinə elə ehtiras dolub ki, qızım deyir ümidsiz dəqiqələrdə özünü öldürməsə yaxşıdır. İş bu yerdədir!

Don Pedro. İndi ki qız ürəyini Benediktə açmaq istəmir, başqa bir adam ona bildirməlidir.

Klavdio. Nə üçün? O, zavallı qızı ələ salıb güləcək, iztirablarını daha da artıracaqdır.

Don Pedro. Belə hərəkət eləsə Benedikti boğazdan asmaq da azdır! Beatriçe çox gözəl, çox mehriban qızdır. Heç şübhəsiz ki, çox da xeyirxahdır.

Klavdio. Ağlına isə söz ola bilməz!

Don Pedro. Benediktə vurulmasını nəzərə almasaq, hər cəhətdən ağıllıdır.

Leonato. Ehh, möhtərəm cənab, belə zəif bir vücudun içərisində ağıl və ehtiras biri - birilə vuruşanda onda doqquz qətiyyətlə demək olar ki, ehtiras qalib gələcək! Mənim ona ürəyim yanır, yanmaya da bilməz. Axı mən onun əmisi və qəyyumuyam!

Don Pedro. Çox istərdim ki, o mənə vurulaydı. Onda mən bütün mülahizələri bir kənara atıb onu özümə əbədilik yastıq yoldaşı edərdim, əzizlərdim... Xahiş edirəm, bütün bu əhvalatı Benediktə danışın: görək o nə deyəcək.

Leonato. Sizcə, belə məsləhətdir?

Klavdio. Qero bu fikirdədir ki, Beatriçe məhv olacaq. Qız qəti deyib ki, Benedikt onu sevməsə bu dünyada yaşamayacaqdır. Onu da deyib ki, ölər, amma məhəbbətini Benediktə bildirməz. Buradaca əlavə edib: Benedikt elçi göndərsə ölər, amma öz adi istehzalarından əl çəkməz.

Don Pedro. O haqlıdır: hərgah məhəbbətini açsa çox mümkündür ki, Benedikt onu ələ salıb gülsün. Siz ki, bilirsiniz Benedikt neçə lağlağıdır.

Klavdio. Amma çox yaraşıqlı kişidir!

Don Pedro. Orası elədir, xoşbəxt görkəmi var.

Klavdio. Allaha and içirəm ki, Benedikt çox ağıllı adamdır.

Don Pedro. Elədir. O adam başında bəzən idrak işığı görünür.

Leonato. Məncə, o çox qoçaqdır.

Don Pedro. Ya dueldən qaçmağa çalışır, ya da əsl xristian vahiməsi ilə ona razı olur.

L e o n a t o. Əlbəttə, ürəyində Allah qorxusu olan hər kəs sülhü qorumalıdır, qoruya bilməyib pozduqda vahimə içində tir-tir əsməlidir.

Don Pedro. O elə o cür də hərəkət edir: hədsiz dərəcədə sərbəst və azad zarafatlarına görə inanmaq çətin olsa da, o, Allah xofundan qorxan adamdır. hər halda qardaşınız qızına mənim yazığım gəlir. İstəyirsiniz gəlin Benedikti tapıb qızın məhəbbətini ona bildirək.

Klavdio. Yox, heç şey deməyin. Bəlkə, Beatriçe özü öz ehtirası ilə bacara bildi.

Leonato. Mümkün deyil. Onun ürəyi döyünməkdən qalar, ehtirası ilə bacarmaz.

Don Pedro. Artıq kifayətdir. hadisələrin bundan sonrakı gedişi barədə sizin qızınız bizə məlumat verər. Hələlik isə qoy ara bir az soyusun. Mən Benediktin xatirini çox istəyirəm. Lakin arzu edirdim ki, o özünə kənardan baxsın və heç də Beatriçe kimi gözəl arvada layiq ər olmadığını anlasın.

Leonato. Möhtərəm ağa, nahar hazırdır, buyurmaq istəməzdinizmi?

Klavdio (yavaşdan). Bundan sonra da o Beatriçeni sevməsə, mən dünyada heç şeyə inanmaram.



Don Pedro (yavaşdan). İndi belə bir tələ də Beatriçe üçün qurmaq lazımdır. Qoy bununla sizin qızınız və onun qulluqçusu məşğul olsun. Necə de gülməli vəziyyət yaranacaq. Onlardan hər biri belə güman edəcək ki, o birisi onu sevir. Əslində isə belə şey yoxdur, o səhnəni elə görmək istəyirəm ki, gözəl pantomimaya tamaşa edəcəyik! Beatriçeni göndərin Benedikti nahara dəvət etsin!

Don Pedro, Klavdio ve Leonato gedir

B e n e d i k t (pusqudan çıxır). Yox, belə qondarma ola bilməz. Onlar lap ciddi danışırdılar. Bütün həqiqəti də Qerodan öyrəniblər. Görünür Beatriçeyə yazıqları gəlir. Görünür, onun ehtiraslan son həddə çatıb. Mənə vurulub! Bunun üçün o, mükafata layiqdir. Mənim barəmdə onların mühakimələrini də eşitdim: Elə bilirlər ki, Beatriçenin məhəbbətindən xəbərdar olanda mən özümü çəkəcəyəm. Dediklərinə görə o ölər, məhəbbətini bildirməz. Mən heç vaxt evlənmək fikrində olmamışam. Lakin təkəbbür lazım deyil. Xoşbəxtdir o adam ki, öz qüsurların barədə eşidəndə onları islah edə bilir, deyirlər ki, Beatriçe gözəldir. Doğru sözdür. Mən də təsdiq edə bilərəm. Nəcib və xeyirxahdır - bu da doğrudur. Heç bir etirazı yoxdur, mənə vurulduğuna baxmayaraq ağıllıdır. Düzünü desək, bu, heç də onun ağıllı olduğunu göstərmir, lakin ağılsızlığını da sübut etmir, çünki mən də bütün varlığınla onu sevməyə hazıram. Əlbəttə, mən uzun müddət evlənmək məsələsini lağa qoyub güldüyüm üçün indi məni də ələ salacaq, cürbəcür acı istehzalarla üstümə güləcəklər. Buna da cavabım var: məgər zövqlər dəyişmir? Cavan vaxtlarında insan bir xörəyi sevir, qocalanda isə ondan zəhləsi gedir. Məgər tikanlı sözlər və zarafatlar, insanların beynini atəşə tutan bu kağız oxlar hər hansı bir adamın istədiyi yolla getməsinə mane ola bilər? Heç də yox! Dünya böyükdür, boş yer çox, doğub törətmək lazımdır! Mən subay öləcəyəm deyəndə ancaq toyu-ma qədər yaşamayacağımı ehtimal edirdim. Budur, Beatriçe özü də gəlir. Gündüzün işığına and içirəm ki, o gözəldən gözəldir! Deyəsən üzündə məhəbbət nişanələri görürəm.

Beatriçe gəlir.

Beatriçe. İradəmin ziddinə olaraq məni göndərirlər sizi nahara dəvət edim.

Benedikt. Gözəl Beatriçe, zəhmət çəkdiyiniz üçün sizə təşəkkür edirəm.

Beatriçe. Mənə təşəkkür etməklə siz daha çox zəhmət çəkirsiniz. Bir də ki, zəhmət olsaydı gəlmezdim.

Benedikt. Deməli, sizə ləzzət verib?

Beatriçe. Bircə qəpiklik. Senyor, deyəsən sizin iştahanız küsüb? Onda salamat qalın (Gedir).

Benedikt. Aha... Bir sözə bax!.. "İradəmin ziddinə olaraq məni göndəriblər sizi nahara dəvət edim!" Bəli, bu sözdə iki məna var. "Mənə təşəkkür etməklə siz daha çox zəhmət çəkirsiniz". Bu isə o deməkdir ki, mənə təşəkkür etmək sizə xoş olduğu kimi, sizin yolunuzda hər zəhmətə dözmək də mənə xoşdur". Yox, ona ürəyim yanmasa, mən alçaq adam olaram! Onu sevməsəm, qoy Allah məni türkə döndərsin! Bu saat gedib şəklini tapacağam (Gedir).

ÜÇÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Leonatonun bağı. Qero, Marqarita və Ursula gelir.

Qero.

Marqarita, bu saat durma salona get sen. Orada Klavdio və prinslə ürəkdən Bizim Beatriçeni söhbət edən görərsən. Yavaşca yaxınlaşıb pıçılda qulağına De ki, biz burda onun qeybətini qırırıq. Guya öz qulağınla eşitmisən bunu sən. İnanmasa da gəlib gizlənsin bax orada, O eyvanın altında. Ora buraxmaz işıq, İşıq içib günəşi örtən qalın sarmaşıq. Hakimin qaldırdığı aşnası da bu sayaq Sarmaşıq tək qudurub məğrurca edər üsyan, Ona məğrurluq vermiş hakimiyyətə qarşı. Get, gətir əmiqızını, çalış ha, olma naşı, Yaxşı oyna rolunu, dilin topuq çalmasın...

Marqarita. Əmin olun, gedərəm, gətirərəm mən onu (Gedir).

Qero.

Ursula, unutma ha - Beatriçe gələn tək Benedikt barəsində biz gərək söhbət edək. Gel gəzək xiyabanda, adını çəkdimmi mən Tərif yağdır o saat bacardığın qədər sən. Mən sənə deyəcəyəm - əcaib işdir, balam, Beatriçenin eşqi dəli edib yazığı. Kupidonun işini bilmək olmaz, inanın səsiylə de ox vurur sinəsinə adamın.

Beatriçe səhnənin dərinlərində görünür.

Hə, başlayaq! Bircə bax: çalıquşu gör necə Ot içində gizlənir qulaq asmaq üçün bizə...

Ursula.

Balıq ovçusu olan hər şeydən çox ürəkdən Ləzzət alır balığın tilova düşməsindən. Tamaşadır baxasan qızıl qanadlarıyla Balıq neçə həvəslə yarır gümüş suları, Tilovun ucundakı cazibəyə atır can... Biz də indi yavaşca tilovumuzu atarıq, Sarmaşıqda gizlənən əmiqızını tutarıq... Başlayın, mən hazıram, arxayın olun mənə...

Qero.

Bir az yaxma gedək, onda bircə zərrə də Tilovdakı o şirin tikədən salmaz yerə...

Eyvana yaxınlaşırlar

Mənim bu əmim qızı yaman təşəxxüslüdür, Dağ qartalından betər ayıqdır və ürkəkdir!

Ursula.

Siz Allah, bircə deyin, doğrudanmı Benedikt Dəli kimi vurulub, aşiq olubdur ona?

Qero. Mənim namizədim də, prins də elə deyir.

U r s u 1 a. Qıza xəbər verməyi sizə tapşırıblar, hə?

Qero.

Məndən xahiş etdilər. Lakin mən söylədim ki: Benedikti bir zərrə sevirlərsə dostlar

Gedib başa salsınlar: eşqini heç bir zaman Açmasın ona əsla, boğsun öz ürəyində...

Ursula.

Axı niyə, nə üçün? Məgər o layiq deyil Xoşbəxt, gözəl ailə qursun bir nazəninlə? Məncə, Beatriçe də, o da layiqdir buna...

Qero.

And olsun məhəbbətə, kişiyə məxsus olan Hər istəyə, Benedikt hər arzuya layiqdir. Lakin hələ təbiət əmiqızım kimi məğrur, Sərt ürəkli bir qadın yaratmayıbdır əsla, Heç kimi bəyənmir o, kim gəldi salır ələ. Özünden ağıllı bir adam bilmir dünyada. Bir qara quruşa da saymır başqalarını. Məhəbbət nə bilir o! Bir adam ki, özünə Vurula gecə-gündüz, özgəsini sevərmi?

Ursula.

Düz deyirsiniz. Bizi ələ salmasın deyə Onunla məhəbbətdən danışmasaq yaxşıdır.

Qero.

Çarə yoxdur. Nə qədər gözəl, cavan, ağıllı, Nəcabətli bir igid tapılsa da əmiqızı Astarını üzünə çevirib pis baxacaq. Yaraşıqlı olanı "bacı" adlandıracaq, Qarabuğdayı görsə deyər rəssam təbiət Gülmək üçün burada yaxşı ləkə salıbdır! Uca boylu olana - "başı küt nizə" deyər, Boydan xırda olansa - "yaraşıqsız kömbedir". Dilli-dilavər isə "yelbeyinin biridir". Az danışansa əkər - "qaradinməz kötükdür". Bir kişi tapılmaz ki, ona pis görünməsin! Sözü düz, şücaətli oğullara da inan Ədalətlə, insafla o qiymət verməz bir an!..

Ursula. Tərifə layiq deyil o cür bədgüman qadın...

Qero.

Bəli, elə qəribə, elə tünd məcaz qızı İnanmıram tapıla tərifləyən bir adam Lakin bu qüsurları kim deye bilər ona? Mən deyərdim, qorxuram acı məsxərələrlə Öldürə məni dərhal, kəfənsiz qoya qəbrə! Yox, yaxşısı budur ki, boğulan alov kimi Benedikt nakam eşqin əlində sönüb getsin. Bu cür ölüm yaxşıdır - məsxərədən ölməkdən Dəhşətdir qıdıqlayıb öldürələr adamı!..

Ursula.

Hər halda gəlin, qıza bildirək əhvalatı, Görək neçə baxacaq...

Qero.

Yox, yox, amandır, əsla! Dinlə, mən Benediktin yanına gedəcəyəm, Məsləhət görəcəyəm əl çəksin bu sövdadan. Onu döndərmək üçün Beatriçe barədə Pis bir şey uyduraram. Axı bir acı söz də Çox zaman məhəbbətin alovunu söndürür.

Ursula.

Olmaz! Siz bacınıza elə zərbə vurmayın, Məncə, gərək o bu cür səfehlik eləməsin. hamı deyir ki, onun iti dərrakəsi var. O cür ağıl sahibi senyor Benedikt kimi Nadir bir adaxlını heç vaxt əldən buraxmaz...

Qero.

Bizim Klavdionu çıxmaq şərtilə, inan, İtaliyada onun tək yoxdur ikinci adam!

Ursula.

Xahiş edirəm, xanım, inciməyin siz məndən, Sözün düzünü deyim. Cəsarətdə, ağılda Və bir də gözəllikdə bütün bu İtaliyada Hamı deyir ki, senyor Benedikt birincidir.

Qero. Düzdür. Onun şöhrəti tutub bizim ölkəni.

Ursula.

Şöhrəti qazanıbdır o öz üstünlüyüylə... Yaxşı, de görüm sizin toyunuz bəs havaxtdır?

Qero.

Guya sabah olacaq. İndi isə gel gedək,

Gəlinlik paltarıma bir yaxşı bax, de görüm Sabah hansını geysəm daha gözəl görünəm...

Ursula (yavaşdan). İnandırıram sizi tələdədir quşcuğaz.

Qero (yavaşdan).

Demək eşqin hər iki təsadüflərdən aşar, Amurun oxu varsa, yaxşı tələsi də var...

Qero ve Ursula gedirlər.

B e a t r i ç e (eyvanın altından çıxır).

Aman yarəb, yanıram, görəsən doğrudanmı Hamı məni qınayır təkəbbürlü sanaraq... Əlvida, nifrət, acıq! Uzaq bu gündən belə, Sən də ey qız qüruru! Boş şey imiş ki bunlar. Sevgiyə sevgi ilə cavab verəcəyəm mən Vəhşi maral çevrilib əl quzusu olacaq! Sən sevirsən, Benedikt, onda təklif edirəm Gəl sevgini müqəddəs nikahla tamamlayaq... "Ləyaqətlidir!" Hamı söyləyir bir ağızdan. Şahidsiz də mən özüm bunu yaxşı bilirəm...

Gedir.

İKİNCİ SƏHNƏ

Leonatonun evində bir otaq. Don Pedro, Klavdio, Benedikt və Leonato gəlir.

Don Pedro. Mən toya qədər burda qalıb sonra Araqona yola düşəcəyəm.

Klavdio. Hörmətli cənab, icazə versəniz, mən sizi ötürərəm.

Don Pedro. Yox, mən sizin səadətinizin yeni parıltısına kölgə salmaq istəmirəm. Bu ona bənzər ki, uşağa təzə paltar verib, geyməyi qadağan edəsən. Benediktdən xahiş edəcəyəm mənimlə yol yoldaşı olsun. Axı o, şadlıq mücəssəməsidir. Özü də ki, iki-üç dəfə Kupidonun yayının girişini kəsmişdir və o zamandan o balaca əzazil bir daha buna ox atmağa cəsarət etmir. Benediktin ürəyi kəlisə zəngi kimi möhkəmdir. Dili də ki, söz tapmaqda heç vaxt çətinlik çəkinirdi. Beləliklə, ürəyində nə varsa, həmişə dilindədir.

Benedikt. Ağalar, mən artıq əvvəlki mən deyiləm.

L e o n a t o. Bax elə mən də onu demək istəyirəm. Məncə, siz ciddi olmusunuz.

Klavdio. Ümid etmək istəyirəm ki, o vurulub...

Don Pedro. Bu kefcildən elə şey gözləmə! Onun damarlarında bir damcı da əsl qan axmır ki, məhəbbətin şirinliyini duya bilsin. Tutqun görünürsə, deməli pulsuzlaşmışdır.

B e n e d i k t. Dişim ağrıyır.

Don Pedro. Çəkdir getsin!

Benedikt. Ay bu dişi çər vursun!

Klavdio. Əvvəl qoy çər vursun, sonra da çəkdir.

Don Pedro. Heç bu da işdir: diş ağrısından sızıldayıb durasan?

Leonato. Mənasız bir hovun və ya çirkin əlində inləyəsən?

B e n e d i k t. Başqasına məsləhət vermək asandır. Öz başınıza gəl-sin, görüm necə çəkdirirsiniz!

Klavdio. Mən yenə deyirəm: o vurulub!

Don Pedro. Mən ki onda bir zərrə məhəbbət əlaməti görmürəm. Sevdiyi bir şey varsa, o da tez-tez qəribə-qəribə paltarların birini çıxarıb o birini geyməkdir. Bir də görürsən bu gün hollandiyalı, sabah fransız, o biri gün nə bilim kim oldu. Bəzən də iki ölkənin birləşdirir. Beldən aşağı alman olub enlibalaq şalvar geyir. Beldən yuxan ispan olur - elə geyinir ki, arxalığı əsla görünmür *. Hərgah mən düşünən kimi deyilsə, yəni bu axmaqlıqlara vurulmayıbsa, biz düşünən kimi də deyil. Məhəbbətin gücündən də axmaqlamayıb.

K1 a v d i o. Əgər o bir qadına vurulmayıbsa, onda qədimdən qalma əlamətlərin heç birinə inanmaq olmaz. O, hər səhər şlyapasını təmizləyir. Sual olunur. Nə üçün?

Don Pedro. Onu dəlləkdə görəniniz olubmu?

Klavdio. Onu dəlləkdə yox, dəlləyi onun yanında görüblər və o şey ki üzünü bəzəyirdi, tennis topunun içinə doldurulub.

Leonato. Deyirəm axı, xeyli cavan görünür. Demə saqqalını qırxdırıb...

Don Pedro. Hələ bu da azdır. Müşk ilə ətirlənir. Məgər fikir verməmisiniz iyi adamı uzaqdan vurur?

Klavdio. Aydın məsələdir. Gözəl oğlan vurulub!













* İspanlar arxalığın üstündən plaş geydikləri üçün arxa görünməzdi.


Don Pedro. Başlııca sübut isə melanxolik görkəm almasıdır.

K1 a v d i o. Bu vaxta qədər heç üz-gözünü belə diqqətlə yuduğunu görmüşsünüzmü?

Don Pedro. Yaxud özünə bəzək verməsini kim görüb?! İndi isə hər yerdə bu barədə danışırlar!

Klavdio. Bütün şadlığı isə rübabının simlərinə çıxıb və simlərin ahənginə görə dəyişir.

D on Pedro. Kədərli hadisədir. Onu ifşa edir. Bəli, o vurulub!

K1 a v d i o. Bir xanım da ona aşiq olub və mən o xanımı tanıyıram.

Don Pedro. Ahha, kimdir o xanım? Mən bilmək istərdim. Sizi əmin edirəm ki, özü də yəqin bunu əsla tanımır.

Klavdio. Əksinə, bütün qüsurlarına bələddir. Buna baxmayaraq dərdindən dəli-divanədir.

Don Pedro. O xanımı üzüyuxarı basdırmaq lazım gələcək.

B e n e d i k t. Bütün bu sözlər diş ağrısını azaltmır. Hörmətli senyor Leonato, gəlin bağçaya çıxaq, bir az gəzişək, sizə beş-on kəlmə ağıllı söz deyəcəyəm. Bu yelbeyinlər eşitməsə yaxşıdır.

Benedikt və Leonato gedirlər.

Don Pedro. Həyatıma and olsun ki, Beatriçeni elçiləyəcək.

Klavdio. Heç şübhəsiz. Artıq Qero və Marqarita Beatriçe ilə lazımi komediyanı oynayıblar və o iki ayı bir-birinə rast gələndə daha didişməyəcək.

Don Xuan gəlir.

D o n X u a n. Mənim ağam və qardaşım, Allah səni hər cür bəla-dan qorusun.

Don Pedro. Gün aydın, qardaşım.

D o n X u a n. Vaxtınız olsa bir dəqiqə sizinlə danışmaq istəyirəm.

Don Pedro. Təklikdə?

Don Xuan. İcazə versəniz təklikdə. Əslinə baxanda qraf Klavdio da qulaq asa bilər. Çünki sizə söyləyəcəyim şeylərin ona dəxli var.

Don Pedro. Deyin görək nə olub?

Don Xuan (Klavdioya). Hörmətli cənab, deyəsən siz adaxlanmağa hazırlaşırsınız?

Don Pedro. Siz ki bunu bilirsiniz.

D o n X u a n. Bilirəm, lakin inanmıram. Mənə məlum olan şeyi o bilsə...

Klavdio. Bir maneə varsa, xahiş edirəm deyin.

D o n X u a n. Siz elə bilirsiniz ki, mən sizi sevmirəm. Belə düşünməyə də haqqınız var. Lakin səbir edin, zaman hər şeyi göstərər. İndi verəcəyim məlumatdan sonra mənim barəmdə daha yaxşı fikirdə olacaqsınız. Mənim qardaşıma gəldikdə isə deməliyəm ki, o cənabınıza çox rəğbət bəsləyir və bu nikahı düzəltmək üçün səmimi qəlbdən sizə kömək etmişdir. Əslində isə bu pis köməkdir, mənasız zəhmətdir.

Don Pedro. Neçə!? Necə!? Açıq de görək nə olub?

D o n X u a n. Elə hər şeyi açıb demək üçün bura gəlmişəm. Cürbəcür təfərrüatları bir kənara qoyuram. Onsuz da öz aramızda bu barədə çox danışmışıq. Müxtəsər olaraq sizə bildirirəm, qız namussuzdur!

Klavdio. Kim? Qero?

Don Xuan. Bəli, o Leonatonun qızı, sizin Qero, daha bilmirəm kimlərin Qerosu!..

K1 a v d i o. Namussuzdur?!

Don Xuan. Onun nə dərəcədə pozğun olduğunu ifadə etmək üçün bu çox yumşaq sözdür. Mən deyərdim ki, o, namussuzdan da pisdir. Necə çirkin söz tapsanız ona yapışar. Nə qədər ki, əlinizdə sübut yoxdur təəccüb etməyə tələsməyin. Bu gecə mənimlə gedərsiniz. Toy ərəfəsində belə onun yataq otağının pəncərəsinə necə dırmaşdıqlarını görərsiniz. Hərgah bundan sonra da o qızı sevmiş olsanız günü sabah toyunuzu eləyin, lakin mənə qalırsa namusunuza, şərəfli adınıza ləkə salmamaq üçün bu fikirdən dönsəniz daha yaxşı olar.

K1 a v d i o. Elə şey ola bilərmi?

Don Pedro. Mən o barədə heç düşünmək də istəmirəm!

Don Xuan. Hərgah öz gözünüzə inanmaq istəmirsinizsə aydın şeyi belə inkar edin. Mənim dalımca gəlsəniz sizə qəribə şeylər göstərərəm. Elə ki hər şeyi görüb eşitdiniz, ağlınız kəsən kimi hərəkət edərsiniz.

Klavdio. Hərgah mən bu gecə evlənməyimə mane olan bir şey görsəm, sabah kəlisada kəbin kəsilən yerdəcə onu rüsvay edəcəyəm!..

Don Pedro. Elə olsa mən - sənin elçin, onu biabır etmək üçün sənə qoşulacağam.

Don Xuan. Nə qədər ki, hər şeyi öz gözünüzlə görməmisiniz artıq mən o qız barədə pis bir şey deməyəcəyəm...

Don Pedro. Ah, gözlənilməz bədbəxtlik günü!.. Klavdio. Ah, dəhşətli fəlakətlər günü!

Don Xuan. Bu işin axırında isə deyəcəksiniz: "Ah, xoşbəxtliklə qarşısı alınmış rüsvayçılıq!".

Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ

Küçe. Kizil, Bulavavə gözətçilər gəlir.

K i z i 1. Deyin görüm siz namuslu və sədaqətli adamlarsınızmı?

Bulava. Əlbəttə! Yoxsa onlar ruhlarını və bədənlərini xilas etmək üçün əzaba dözməzdilər.

Kizi 1. Yox, bunlara o cəza da azdır əkər ürəklərində zərrə qədər sədaqətli tabelik duyğusu varsa. Axı bunları nahaq yerə şəxsən prinsin mühafizə dəstəsinə seçməyiblər.

Bulava. Yaxşı, qonşu Kizil, indi bunlara nə tapşırığın var?

K i z i 1. Əvvəl? Deyin görüm sizin fikrinizcə polisliyə ən çox yara-mayan adam kimdir?

Birinci gözətçi. Xyu Ovsyanka, ya da Fransis Uqolek. Çünki onların hər ikisi oxumağı da bacarır, yazmağı da.

Kizil. Yaxın gəl, qonşu Uqolek. Allahın köməyindən sən yaxşı ad çıxarmısan. Lakin bil ki, gözəlliyi adama tale verir. Savad isə, hə, savad isə təbiətin vergisidir.

İkinci gözətçi. Cənab pristav, o da, o birisi də...

K i z i 1. Səndə var, hə? Men əvvəldən bilirdim sən elə belə cavab verəcəksən. Hə, gözəlliyin üçün get Allaha şükür elə. Özün de onunla öyünmə. Savada gəldikdə isə, yadında saxla, onu elə yerdə işlədərsən ki, orda o cür axmaq şeylərə ehtiyac yoxdur. Deyirlər ki, sən polis vəzifəsinə ən çox yaramayan adamsan. Elə isə fanarı götür. Senə tapşırıq belədir: Küçələrdə boş-boş veyillənən kim gəldi, prinsin adından ya-xala və saxla.

İkinci gözətçi. Birdən biri dayanmaq istəmədi, onda neyləyim?

Kizil. Eləsinə fikir vermə, burax çıxıb getsin, vəssalam. Sonra da bütün gözətçiləri bir yerə yığ və hamınız əlinizi qaldırıb göylərə şükür eləyin ki, bir dələduzdan yaxanız qurtardı. Bulava. Kim sənin əmrinlə dayanmadı, bil ki, o, prinsin təbəəsi deyil.

Kizil. Düz deyir. Çünki gözətçilər ancaq prinsin təbəələrinin işinə qarışa bilər. Bir də ki, siz küçələrdə səs salmamalısınız. Gecə gözətçilərinə icazə verilir istədikləri qədər danışsınlar və boşboğazlıq etsinlər. Buna görə də elə şeylərə qətiyyən yol verməyin.

İkinci gözətçi. Nəyimizə lazımdır danışaq? Yaxşısı budur xoruldayaq. Biz bilirik, nəyə icazə verilir, nəyə yox.

Kizil. Sən dünya görmüş gözətçiyə oxşayırsan, yaxşı da mühakimə yürüdürsən. Sənə arxayın olmaq olar. O barədə mənim fikrim belədir: Yatan adam günah eləyə bilməz, bacardıqca çox yatma. Ancaq ayıq olun ki, mizraqınızı açıb aparmasınlar. Hə, sonra siz gərək pivəxanaya da dəyəsiniz. Orda kimi sərxoş gördünüz qovasınız, getsin evinə yuxulamağa.

İkinci gözətçi. Birdən biri evinə getmək istəmədi, onda neyləyək?

Kizil. Ta ayılıb özünə gələnə kimi onu rahat buraxarsınız. Əgər buna da razı olmayıb hay-küy salsa, deyin ki, onu başqa adamla çaş salmısınız.

İkinci gözətçi. Oldu, cənab pristav!

K i z i 1. Oğruya rast gələndə, öz vəzifənizə görə gərək onun düz-gün adam olduğuna şübhə edəsiniz. O cür adamlardan nə qədər uzaq olsanız sizin ləyaqətiniz üçün o qədər yaxşıdır.

İkinci gözətçi. Əgər yəqin bilsək ki, oğrudur, onu tutaq, ya yox?

Kizi 1. Düzünü desək vəzifənizə görə gərək tutasınız. Ancaq mən belə düşünürəm: Qatrana toxunsan - bulanacaqsan. Sizin üçün ən rahat çıxış yolu budur ki, oğrunu tutanda, ona imkan verəsiniz hansı yuvanın quşu olduğunu göstərsin, yavaşca sürüşüb sizin əlinizdən çıxsın.

Bul ava. Qardaş, nahaq yerə sənə rəhmdil adam demirlər.

K i z i l. Düzdür. Mənə qalsa heç iti də öldürmərəm, nəinki qanında bircə damcı düzlük olan adamı.

Bulava. Gecə harada ağlayan uşaq səsi eşitdiniz, anasını çağının onu sakit eləsin.

İkinci gözətçi. Birdən anası yatmış oldu və eşitmədi, onda neyləyək?

K i z i 1. Onda keçib gedin. Qoy uşaq özü o qədər qışqırsın ki, anası oyansın. Quzusunun məyiltisinə oyanmayan qoyun dana böyürtüsünə heç oyanmaz.

Bulava. Düz deyir. Düz sözə nə söz!

Kizil. Uzun sözün qısası! Sən pristavsan, deməli, prinsin özünü təmsil edirsən. Yəni gecə prinsə rast gəlsən onu da tuta bilərsən.

B u 1 a v a. Vallah yox, mən bilən bunu eləyə bilməz.

K i z i 1. Bir qurşa qarşı bir quruş qoyuram ki, mən deyəndir! Məhkəmə qaydalarına bələd olan hər kəs təsdiq edər ki, tuta bilər, bu şərtlə hörmətli prins özü icazə versin. Çünki gözətçi heç kəsi təhqir etməməlidir. Adamı zorla tutub saxlamaq isə təhqirdir.

B u 1 a v a. Allah haqqı ki, düzdür!

Kizil. Ha-ha-ha! Hə, uşaqlar, gecəniz xeyrə qalsın. Vacib bir hadisə olsa, məni çağırın. Şəxsən öz ağlınıza və yoldaşlarınızın məsləhətinə qulaq asma. Gecəniz xeyrə qalsın. Əziz qonşum, gedək.

İkinci gözətçi. Çox yaxşı, gedək, hörmətli cənablar, biz isə öz işimizi bilirik. Saat ikiyəcən burada, kəlisanın yanında oturarıq, sonra böyrümüzü verərik yerə...

Kizil. Sizə bir söz də deyim, qonşucuğaz; gözünüz senyor Leonatonun evində olsun. Sabah orada toy olacaq, ıa görə də gecə səhərəcən get-gəl kəsilməyəcək, salamat qalın. Əcaibi isə budur ki, ayıq olun. Ürəkdən xahiş edirəm.

Kizil veBulava gedir. Boraçiove Konrad: gəlir.

Boraçio. Bəs belə, Konrad!

İkinci gözətçi. Bir az yavaş! Səsini çox ucadan çıxarma!

B o r a ç i o. Konrad! Sən harada qaldın?

K o n r a d. Burdayam, qardaş, lap sənin dirsəyinin yanında

Boraçio. Günorta duasına and olsun ki, elə ona görə də mənim dirsəyim qaşınır. Elə bil, keçəllik tutmuşam.

Konrad. Dayan bir, mən sənə göstərərəm, keçəllik necə olur! İndi başına gələn əhvalatı danış.

Boraçio. Gəl bu çardağın altında duraq, deyəsən yarış damcılayır. Mən əsl sərxoş kimi bütün əhvalatı sənə nəql edəcəyəm. heç şey gizlətməyəcəyəm.

Birinci gözətçi. Uşaqlar, deyəsən min dükat qopartmışam.

K o n r a d. Məgər alçaqlığı belə baha qiymətə alırlar?

B o r a ç i o. Yaxşısı budur, sən başqa cür soruş. Soruş ki, məgər alçaqlıq belə dövlətli ola bilər? Axı, dövlətli alçağın kasıb alçağa işi düşəndə, kasıb ondan istədiyi qədər qopara bilər.

Konrad. Mən heyrət içindəyəm.

Boraçio. O sənin təcrübəsiz olduğunu sübut edir! İnsanın arxalığının, şlyapasının, yaxud plaşının nə fasonda olmasının məgər bir əhəmiyyəti var?

Konrad. Heç bir əhəmiyyəti yoxdur. Fason-fasondur.

Boraçio. Bəh, bəh! Elə də mən deyirəm: Axmaq-axmaqdır. Məgər sən bilmirsən bu fason necə zirəkdir? Nə cür istəyir insanları o cür də şikəst eləyir, soyub-talayır.

Birinci gözətçi {kənara). Mən yaxşı bilirəm, kimin haqqında danışırlar. O fason yeddi ildir ki, oğurluqla məşğul olur. Amma özünü elə göstərir ki, guya əsl-nəcabətli kişidir! Adını eşidən kimi yadıma düşdü.

Boraçio. Sən bir səs eşitmirsən ki?

Konrad. Yox, yelçəkəndir, damda səslənir.

Boraçio. Hə, məgər sən o fasonun necə mahir oğru olduğunu bilmirsən? Bilmirsən ki, on dörd yaşından tutmuş otuz beş yaşına kimi bütün insanların ağlım necə başından çıxarır? Fason adamları gah his basmış şəkillərdəki fironun əsgərləri kimi, gah köhnə kelisa pəncərələrindəki Vaal* kahinləri kimi, gah yağlı-çirkli divar xalçalarındakı üzü qırxıq herkules kimi geyindirir. Herkulesin şalvarında isə lap çomaq girən bir deşik də açır.

Konrad. Bütün bunları mən də bilirəm. Onu da bilirəm ki, fason paltarı insandan tez dağıdır. Görünür o fason sənin özünün huşunu başından elə çıxarıb ki, öz əhvalatını bir kənara qoyub başlamısan fason barədə əllaməlik eləməyə.


: Bəzi qədim xalqlarda günəş allahı.











Boraçio. Heç də yox. Əhvalata keçirəm. Bu gecə mən Marqarita ilə mazaqlaşmışam, senyora Qeronun qaravaşı Marqarita ilə. Özünü də -"Qero" çağırırdım. O, xanımının yataq otağının pəncərəsindən bu tərəfə əyilib mənimlə şirin söhbət edirdi. Azı min dəfə mənə "gecən xeyrə qalsın" dedi. Mən yaxşı nəql edə bilmirəm. Gərək orasını əvvəl deyəydim ki, mənim ağam prins və Klavdio bağda bizim aşiqanə görüşümüzə tamaşa edirdilər. Onları tapıb gətirən və aldadan isə mənim ağam Don Xuan idi.

Konrad. Onlar Marqaritanı Qero bildilər, hə?

B o r aç i o. Onlardan ikisi - prins və Klavdio elə bildi. Lakin o iblisə, - mənim ağamı deyirəm ey, - yaxşı məlum idi ki, mən Marqarita ilə mazaqlaşıram. Müxtəsər ki, mətin ağam israr və təkidlərlə onları aldadıb bağa gətirmişdi. Sonra da bir az onun qızışdırması, bir az qaranlıq, aldadıcı gecə və əsasən də Don Xuanın böhtanını təsdiq edən mənim alçaqlığın ucundan Klavdionu özündən çıxmağa məcbur etdi. O, qəzəbdən boğula-boğula qaçıb getdi, and içdi ki, sabah kəlisada kəbin kəsdirmək əvəzinə bütün camaatın qabağında gecə gördüklərini danışıb Qeronu rüsvay edəcək, kəbinsiz-nişansız evinə yola salacaq...

Birinci keşikçi (qabağa çıxır). Prinsin adından əmr edirəm dayan!

İkinci keşikçi. Pristavı bura çağırın. Burada elə biədəb bir əxlaqsızlığın üstünü açmışıq ki, bizim dövlətdə hələ indiyəcən bu cür şey görünməyib.

Birinci keşikçi. Fason adlı biri də bunlarla əlbirdi'. Mən o fasonu yaxşı tanıyıram. Hələ alnında kəkili də var.

Konrad. Qardaşlar! Ay qardaşlar!

İkinci keşikçi. Baxarsınız, qardaşlar! Siz o fasonu da bizim əlimizə verəcəksiniz, inandırıram ki, verəcəksiniz!

Konrad. Qardaşlar...

Birinci keşikçi. Danışmayın. Susun! Biz sizi həbs edirik. Zəhmət çəkib tabe olun və dalımızca gəlin.

Boraçio. Əcəb işə düşdük ha!.. Heç sözüm yoxdur. Lap mizrağın ucuna ilişmişik. Gözəl işdir!

Konrad. Səni əmin edirəm ki, şübhəli gözəllikdir. Nə etməli, tabe olmalıyıq!

Gedirlər.

DÖRDÜNCÜ SƏHNƏ

Qeronun otağı Qero, Marqarita və Ursula gəlir.

Qero. Mənim əzizim Ursula, Beatriçeni oyat, de ki, durmaq vaxtıdır...



Ursula. Baş üstə, xanım.

Qero. Deyinən zəhmət çəkib bura gəlsin.

Ursula. Gözüm üstə, xanım (Gedir).

Marqarita. Xanım, mənə elə gəlir ki, bu paltara o biri yaxalıq daha çox yaraşar.

Qero. Əziz Marqarita, mənə bu xoş gəlir.

Marqarita. Sizi inandırıram ki, bu o qədər də qəşəng deyil. İnanıram ki, əmiqızınız da belə deyəcək.

Qero. Əmiqızım gicin biridir. Sən də ondan qalmazsan. Heç bir başqa yaxalıq taxmayacağam.

Marqarita. Sizin o təzə paltarlarınız olduqca qəşəngdir. Rəngi bir azca qaramtıl olsaydı, daha yaxşı görünərdi. Fasonu isə elə gözəldir ki!.. Mən hersoginya Milanskayanın tərifi göylərə çıxan paltarının da görmüşəm.

Q e r o. Deyirlər hələ o cür paltar olmayıb!

Marqarita. And içirəm ki, sizinkinin yanında heç nədir! Sadəcə bir dondur. Qızılı parçadan tikilib, yaxşı naxışlarla, gümüşü krujeva ilə

Üstünə mirvari dənələri səpələnib. Üst qolu, alt qolu, mavi astarlı dəyirmi ətəyi var. Zərifliyinə, incəliyinə, yaraşığına qalanda 1 ; on qat ondan yaxşıdır.

Qero. Allah eləsin, bu paltarda şadlıq görüm. Sinəmdə elə ağırlıq hiss edirəm!

Marqarita. Tezliklə bir az da artıq hiss edəcəksiniz. Axı kişi çox ağır olur

Qero. Oy, oy, heç utanmırsan?

Marqarita. Nə üçün utanım?! Düz söz danışıram, ona görə? Məgər nigah düz iş deyil, hətta dilənçi üçün də? Məgər sizin ağanız, toy eləməmiş olsa belə, düz adam deyil? Yəqin siz istərdiniz mən belə deyim: "İcazənizlə, xanım, sizin əriniz?" Mənim sözlərimdə başqa məna axtarmaq lazım deyil. Mən heç kəsin ürəyinə dəymək istə-mirəm. Axı sizin "əriniz çox ağırdır" deməkdə pis nə var? İndi ki, söhbət qanuni ərdən gedir, məncə, heç bir pis şey yoxdur. Əks halda ağır yox, çox yüngül olardı. İnanmırsınız senyora Beatriçedən soruşun. Odur, özü də gelir.

Beatriçe daxil olur,

Qero. Sabahınız xeyir, əmiqızı.

Beatriçe. Sabahınız xeyir, əziz Qero.

Qero. Sənə nə olub? Niyə belə qüssəli tonda danışırsan? Beatriçe. Görünür bütün başqa tonları itirdiyim üçün

Marqarita. Elə isə "Məhəbbət işığı"* mahnısının oxuyun. Nəqəratsız mahnıdır. Siz oxuyun, mən oynayım.

Beatriçe. Elədir, "Məhəbbət işığı" əsl sənin havandır. Çətini odur ki, sənə bir ər tapılsın, doğub törəməyin qeydinə özün qalarsan.

Marqarita. Siz nə dəhşətli şeylər danışırsınız! Əlacım ona qalır ki, özümü vurum eşitməzliyə...

B e a t r i ç e. Əmiqızı, az qalır saat beş olsun. Artıq sən hazır olmalısan. Özümü elə pis hiss edirəm ki, oh, oh, oh!

Marqarita. Bu oh, oh nə üçündür? Qartal, şahin, ya ər istəyirsiniz?

Beatriçe. Üçünü də birdən!

Marqarita. Siz haqdan uzaqlaşmamışsınızsa, bundan sonra ulduzlara görə yol getmək olmaz **.

Beatriçe. Deyin görüm, bu sarsaq nəyə işarə vurur?

Marqarita. Mən? Heç nəyə. İlahi, sən özün hər kəsi istəyinə çatdır!

Qero. Bu əlcəkləri Qraf göndərib. Bir görün nə yaxşı ətir iyi verir...

Beatriçe. Mənim burnum tutulub. Nəfəs ala bilmirəm. Elə ağırlaşmışam ki!

Marqarita. Ağırlaşıb! Görünür, özünüzü bərk soyuğa vermisiniz!

Beatriçe. İlahi, özün bizim dadımıza yet! Nə vaxtdan sən belə söz güləşdirməyə başlamısan?

Marqarita. Siz yerə qoyandan məgər söz güləşdirmək mənə heç yaraşmır?

Beatriçe. Nə qədər baxıram, səndə elə şey görmürəm. Heç ol-masa yaxanasa yapışdır, gözə görünsün. Deyəsən mən doğrudan da xəstəyəm.

Marqarita. Dəsmalı carduns Benediktus*** işarəsi ilə isladıb sinəm üstə qoy. Ürək bulanmasına ən yaxşı dərmandır.

Qero. Bu ki lap qanqal kimi sancır.

Beatriçe. Benediktus! Niyə Benedictus? Nəyə işarə edirsən?

Marqarita. İşarə edirəm? Heç də yox. Mən qətiyyən o fikirdə olmamışam. Mən sadəcə olaraq müalicə qanqalmı nəzərdə tutmuşam.

Marqarita. Nə üçün utanım?! Düz söz danışıram, ona görə? Məgər nigah düz iş deyil, hətta dilənçi üçün də? Məgər sizin ağanız, toy eləməmiş olsa belə, düz adam deyil? Yəqin siz istərdiniz mən belə deyim: "İcazənizlə, xanım, sizin əriniz?" Mənim sözlərimdə başqa məna axtarmaq lazım deyil. Mən heç kəsin ürəyinə dəymək istəmirəm. Axı sizin "əriniz çox ağırdır" deməkdə pis nə var? İndi ki, söhbət qanuni ərdən gedir, məncə, heç bir pis şey yoxdur. Əks halda ağır yox, çox yüngül olardı. İnanmırsınız senyora Beatriçedən soruşun. Odur, özü də gəlir.

Beatriçe daxil olur,

Qero. Sabahınız xeyir, əmiqızı.

Beatriçe. Sabahınız xeyir, əziz Qero.

Qero. Sənə nə olub? Niyə belə qüssəli tonda danışırsan?

Beatriçe. Görünür bütün başqa tonları itirdiyim üçün.
















* O zaman çox yayılmış mahnı idi.

** Kişilərə qarşı köhnə nifrətinizdən dönməmişsinizsə təbiətin açıq-aydın əlamətlərinə inanmaq olmaz.

*** Müalicə qanqalı deməkdir.











Sizə isə elə gəldi ki, kimə isə vurulduğunuzu düşünürəm? Yox, yox! Mən o qədər axmaq deyiləm ki, ağlıma gələni düşünəm və hər ağlıma gələni düşünmək də istəmirəm. Ümumiyyətlə, mənim ağlıma da gəlmir ki, siz kimə isə vurulmusunuz, yaxud vurula bilərsiniz və ya ola bilər ki, vurulasınız. Belə şeylər barədə düşünsəm, heç bilmirəm ağlıma daha nələr gələ bilər. Onu da deyim ki, Benedikt də əvvəllər siz xasiyyətdə idi. İndi isə deyişib əsl kişi olub. Bir zaman and içmişdi ki, heç vaxt, heç şey onu evlənməyə məcbur edə bilməz. İndi isə ürəyincə olmasa da, öz paymı yeyir və heç də üz-gözünü turşutmur. Siz də o cür dəyişə bilərsinizmi? Deyə bilmərəm. Ancaq mənə elə gəlir ki, siz də adamlara başqa qadınlar kimi baxmağa başlamısınız.

Beatriçe. Oho-oho! Sənin dilin nə iti çapır!

Marqarita. İti çapır, ancaq istədiyinin yanından ötüb keçmir.

Ursula gəlir.

U r s u 1 a. Senyora, hazır olun. Sizi kilsəya yola salmaq üçün prins, qraf, senyor Benedikt, Don Xuan və şəhərin bütün cavanları yığışıb bura gəlir.

Qero. Mənim əzizlərim, əmiqızı, Marqarita, Ursula kömək eləyin geyinim...

Gedirlər.



BEŞİNCİ SƏHNƏ



Leonatonun evində başqa bir otaq. Leonato, Kizil və Bulava gəlir.



Leonato. Əziz qonşu, mənə nə sözünüz var?

Kizil. Bilirsinizmi, senyor, mən sizinlə kiçik bir konfidensiya keçirməliyəm, yəni söhbət etməliyəm. Sizə aid iş barədə...

Leonato. Ancaq müxtəsər eləyin, xahiş edirəm. İndi mənim üçün çox məşəqqətli zamandır.

Kizil. Lap düz deyirsiniz, senyor, zaman elə zamandır, senyor.

Bulava. Tamamilə doğrudur. Məşəqqətli zamandır!

L e o n a t o. Yaxşı, dostlar, mənə nə sözünüz var?

Kizil. Senyor, kirvəmiz Bulava sizə bəzi şeylər danışacaq. O, çoxdanın adamıdır, köhnədir. Allahın kəramətindən mən istəyən qədər iti ağlı da yoxdur. Lakin sizə söz verirəm ki, o təpədən dırnağa kimi namuslu adamdır.

B u 1 a v a. Bəli, Allaha min şükür ki, mən namuslu adamam. İstədiyiniz qocanı götürün - məndən namuslu ola bilməz.

K i z i 1. Əziz kirvəm Bulava, müqayisəyə ehtiyac yoxdur. Özün de bir az, az danış.

Leonato. Ay qardaş, siz nə yaman uzunçusunuz!

Kizil. Nə?! Üzükçü?! İndi ki, bizə üzgün deməyi siz cənabları özünüzə rəva bilirsiniz, - deyin, baxmayaraq ki, biz vur-tut prinsin müti qulluqçularıyıq. Amma lap ürəkdən deyim ki, o üzük deyirsən ha, kralda olan qədər məndə olsa, hamısını siz cənablarına bağışlaram...

Leonato. Üzüklərin hamısını mənə, oho!

B u 1 a v a. Mən də verərdim.

Leonato. İndi deyin görüm, mənə nə sözünüz var?

Bulava. Deyim də, hörmətli cənab. Bizim keşikçilər bu gecə, sizdən iraq, iki nəfər elə dələduzu yaxalamışlar ki, elələrini hələ bu vaxta qədər Mesinada görən olmayıb.

Kizil. Bizim Bulava yaxşı adamdır, hörmətli qonşu. Özü də çox danışmağı sevir. Nahaq deməyiblər ki, qocalıq girdi qapından - ağıl çıxdı çölə. Allah bu kişinin günahlarından keçsin, ömründə nələr görməyib! Doğru deyirlər, kirvə Bulava, lap doğru deyirlər. - Sən ilahi məxluqsan, əməli saleh adamsan! Amma nə edəsən, dünyanın işi belədir. İki adam bir ata minəndə gərək biri dalda otursun. Çox namuslu adamdır bizim bu Bulava, hörmətli cənab, namusum haqqı namuslu adamdır. Bu dünyada çörək yeyənlərin arasında beləsi az-az tapılar. Allaha şükür ki, elədir, adamlar hamısı bir cür deyil! Belə-belə işlər, qonşucuğum.

Leonato. Qardaş, mən görürəm ki, doğrudan da, o sənə çata bilməz.



Kizi 1. Bu məndə Allah vergisidir.

Leonato. Mən sizi qoyub getməyə məcburam.

Kizi 1. Bircə kəlmə, möhtərəm cənab. Bizim gözətçilər doğrudan da iki şübhəli şəxsiyyət tutub. Biz istəyirik ki, sabah səhər siz alicənabın hüzurunuzda onları dindirək.

Leonato. Özünüz dindirib, protokolu mənə gətirərsiniz. Görürsünüz ki, indi mənim başım çox qarışıqdır.

K i z i 1. Biz hər şeyi necə lazımdır yerinə yetirərik.

Leonato. Getməmiş hərəniz bir stəkan şərab için. Xoş gəldiniz.

Qulluqçu. Möhtərəm ağa, sizi gözləyirlər. Qızınıza xeyir-dua verib, adaxlısı ilə yola salmalısınız.

Leonato. Gəldim, gəldim... (Leonato və qulluqçu gəlir).

Kizil. Kirvə, sən Fransis Uqolekin dalınca get. De ki, zindana qələm və mürəkkəb gətirsin. O qoçaqları oradaca dindirərik.

Bulava. Bu iş elə işdir ki, adamdan ağıl istəyir.

K i z i 1. Ağıl barədə arxayın ol, biz ondan korluq çəkməmişik (Başını göstərir). Bura doludur, onların nitqini qurutmağa çatar. Ancaq sən yaxşı oxumuş alim bir katib tap gətir ki, bütün bu eksiommunikasiyanı kağıza köçürtsün. Di get, həbsxanada görüşərik.

Gedirlər.

DÖRDÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Kəlisanın içi.



Don Pedro, Don Xuan, Leonato, rahib, Klavdio. Benedikt, Qero, Beatriçe və başqaları gəlir.

Leonato. Müxtəsər eləyin, müqəddəs ata, ancaq kəbinlərini kəsin, ər-arvadın vəzifəsi barədə nəsihətləri sonra oxuyarsınız.

Rahib. Senyor, siz bu qızla evlənirsiniz və kəbin kəsdirmək üçün bura gəlmisiniz, eləmi?

Klavdio. Xeyr!

Leonato. O evlənir, kəbini isə siz kəsin, Fransisk ata.

Rahib. Senyora, siz qrafa ərə gedirsiniz və bura kəbin kəsdirməyə gəlmisiniz, eləmi?

Qero. Bəli.

Rahib. Müqəddəs nigahın bağlanmasına mane olan gizli bir səbəb sizə məlumdursa deyin. Ruhunuzu əzablardan qurtarmaq üçün mən gizli sirləri açmağa icazə verirəm.

Klavdio. Qero, nigahınıza mane olan bir səbəb sizə məlumdurmu?

Qero. Mənim möhtərəm ərim, mənə elə bir səbəb məlum deyil.

Rahib. Bəs sizə, qraf?

Leonato. Onun əvəzinə mən cavab verirəm: Yox!

Klavdio. Ah, insanlar, insanlar! Siz nələr etmirsiniz! Bilmədən, heç şeydən xəbəriniz olmadan necə cəsarətlə təsdiq və ya inkar edirsiniz! Özünüz də nə etdiyinizi bilmədən hər gün, hər saat nələr törətmirsiniz!

Benedikt. Bu nə çılğınlıqdır?! Bu nə yersiz nidalardır?! Məncə, xoş səslər çıxarmaq olardı. Mesələn: ha-ha-ha! Klavdio.

Dayan, rahib! Atacan, xahiş edirəm deyin,

Qızınızı mənə siz ürəkdən verirsiniz? Leonato. Əlbəttə, lap ürəkdən, Allah mənə verən tək!.. Klavdio.

Səxavətli, qiymətli hədiyyədir! Lakin mən

Onun əvəzində bəs sizə nə verəcəyəm? Don Pedro.

Əvəzi yoxdur onun! Əvəz vermək istəsən

Gərək ancaq özünü sən geri qaytarasan... Klavdio.

Prins, minnətdarlığı sizdən öyrənəcəyəm:

Qızınızı siz geri alın, möhtərəm ata!

Dostu çürük meyvəyə qonaq etməyin əsla!

Bu qızda ismət, həya bir pərdədir, yalandır.

Görün necə qızardı! O, adam aldadandır!

Ah, günah! Sen neçə də zirəksən, hiyləgərsən,

Namus, vicdan dalında gizlənirsən hər zaman!

Bir gözəlin üzünü örtən qızartıları

Əfsus, ismət nişanı sanmışıq biz binadan!

Bu qızın zahirinə baxan sizlərdən hər kəs

And içməzmi müqəddəs məxluqdur o? Çox əbəs

Şübhə olunur ona, lakin heyhat, o çoxdan

Təmizliyi yandırmış xəlvəti bir otaqda,

Ehtirasın alovu şölələnən yataqda! Leonato. Nə sözlər eşidirəm?! Qraf, bu nə deməkdir? Klavdio.

O deməkdir ki, sizin qızınızı almıram!

Bağlamıram ömrümü abırsız bir varlığa!

Leonato.

Mənim əziz qrafım, yəqin ki siz özünüz

Təcrübəsiz, gənc qıza qalib gələrək haman

Pozmusuz bəkarətin... Klavdio.

Bilirəm siz demək istəyirsiniz

Guya o ər sayıb inanmış mənə,

Heç bir istəyimə qarşı durmamış,

Bu da günahını azaldır onun...

Xeyr, Leonato, səhv edirsiniz,

Mən onu bir sözlə, bir kəlməylə də

Yoldan eləməyə çalışmamışam...

Günahsız, ləkəsiz bir məhəbbətlə,

Qardaş öz bacısını oxşayan kimi,

Təmiz duyğularla əzizləmişəm. ` Q e r o. Olubmu başqa cür görünəm sizə? Klavdio.

"Görünəm?" Utanın! Mən deyərəm ki,

Görkəmdə ilahi Dianasan sən,

Təmizsən açmamış qızıl qönçədən!

Lakin ehtirasda Veneradan da,

Heyvani şəhvətdən qızıb quduran

Tox bir vəhşidən də yamansan, yaman!

Qero.

Ağlı başındamı? Xəstəmi qraf?

Əcaib danışır, anlamıram mən? K 1 a v d i o. Niyə susursunuz, prins? Don Pedro.

Nə deyim?

Dostumu pozğun bir küçə qızıyla

Ailə qurmağa yönəltməklə mən

Şərəfli adımı ləkələmişəm. Leonato. Nələr eşidirəm? Yuxudayammı? D o n X u a n. Xeyr, ayıqsız. Bunlar da düzdür! Benedikt {kənara). Burdan heç toy iyi gəlmir deyəsən. Qero. Düzdür? Aman Allah!

Klavdio.

Çaşmışam büsbütün, tanımıram mən Nə onu, nə bunu, nə də özümü... Bu qız Qerodurmu? Ya pis görürəm? Bəlkə də, gözlərim aldadır məni?

Leonato. Hamısı elədir, indi nə etmək?

Klavdio.

Qeroya bir sual verəcəyəm mən. Sizsə o müqəddəs ata hökmüylə Əmr edin düz cavab versin o bizə...

Leonato.

Qızım, əziz balam, cavab ver ona, Bütün həqiqəti bilməliyik biz...

Qero.

İlahi, rəhm elə! Bu nə əzabdır! Bu nə sorğu-sual, bu nə cavabdır - Məndən istəyirlər?!

Klavdio.

İstəyim budur ki, doğru deyəsən, İndi sən özünə nə ad verirsən?

Qero.

Qero deyiləmmi? Bu adı kim, kim Ləkələyə bilər deyin dünyada?

Klavdio.

Qero namusuna inanın ancaq Ləkə vura bilər Qeronun özü! Təmiz qızsınızsa söyləyin görək Gecə yarısında pəncərədən siz Dünən kimin ilə danışırdınız:

Qero. Heç kimlə o zaman danışmamışam.

Don Pedro.

Bəs belə qızsınız?! Ah, Leonato, Sizə yanıram mən! Namusum haqqı, Mən özüm, qardaşım, bir də bu qraf Eşidib görmüşük öz gözümüzlə Gecə yarısında sizin bu qızın Yaramaz birilə söhbət etdiyin.

O qəddar binamus, o pozğun, alçaq Rüsvayçı sözlərlə yada salırdı Gizli görüşləri, əyləncələri...

Don Xuan.

Adam həya edir, utanır, ölür...

Onun sözlərini xatırlayanda.,.

Bu gecə gördüyüm mənzərəni mən

Qulağı, vicdanı təhqir etmədən

Təsvir eləməyə bir söz tapmıram...

Heyf, səthi bu qədər pozğunsan, ay qız!..

Klavdio.

Ah, Qero! Neçə də yaxşı olardı Bu gözəl üzünün yarısı qədər Ürəyin və ruhun gözəl olaydı!.. Əlvida, yanaraq deyirəm, inan, Hamıdan gözəlsən - hamıdan çirkin! Günahkar məsumluq, məsum günahsan! Riya görmək üçün hər gözəllikdə, Heç vaxt uymamaq üçün cazibəsinə, Bir də örtəcəyəm sənin ucundan Məhəbbət qapısı - gözlərimi mən Qara şübhələrin pərdəsiylə, bil!

Leonato. Ah!

Özümü öldürmək, qurtarmaq üçün Tapılarmı mənə bir qılınc verən?

Qero huşunu itirir.

B e a t r i ç e. Əmiqızı, bu nədir? Nə oldu sənə? Don Xuan.

Gedək! Gör necə də getdi özündən

Üstü açılan tək pis işlərinin.

Don Pedro, Don Xuan ve Klavdio gedir. Benedikt. Bir deyin nə oldu?

Beatriçe.

Ah, aman, öldü o!

Ah, aman! Əmican! Ah, aman, kömək!

Ah, Qero! - Əmican! - Benedikt! - Ata!

Leonato.

Ey fələk! Əlini salma yanına! Bu rüsvayçılığın üstünü ancaq Örtmək üçün ən yaxşı pərdə ölümdür!

Beatriçe. Qero! Ah, Qero!

Rahib. Xanım, sakit olun!

L e o n a t o. Nədir? Ayıldı?

R a h i b. Niyə ayılmasın?

Leonato.

Hələ soruşursan? Bütün canlılar "Rüsvayçılıq!" deyib qışqırır ona! Saralan, qızaran yanaqları da Günahkar olduğun göstərir onun. Heç gözün açmayıb baxmayaydı kaş Dünya işığına bir də! Diridir?! Bilsəydim yenə sən yaşayacaqsan, Bu rüsvayçılığa ruhun dözəcək, Özüm öz elimlə boğardım səni! "Heyif, bircə qızım vardır!" deyərək Hələ təəssüf də edirdim bir vaxt! Təbii qüvvənin xəsisliyinə Deyinib dururdum heyhat hər saat! Bilmirdim bircə sən çoxdan da çoxsan! Gözəl görünürdün gözümə nədən? Niyə küçələrə atılıb qalan Bir körpə götürüb saxlamadım mən? Bədnamlıq eləmiş olsaydı o qız Deyərdim: "Bu günah məndən deyildir, Naməlum qanın qıcqırmasıdır!" Amma sən - mənimsən, sevgim, istəyim, Sönməz ixtiyarım, can-ciyərimsən. Mənimsən, - o qədər mənimsən ki, sən Duymadan, bilmədən öz varlığımı Sənin varlığında əritmişəm mən. Heyhat! Çamurluğa atdın özünü, Elə bulanmısan çirkablara ki, Çürüyən bədəni saxlamaq üçün Sahilsiz dəryanın suları belə Yuyub təmizləmə bir az da barı Bu acı duzları, bu çirkabları!..

Benedikt.

Əziz Leonato, xahiş edirəm, Bir az sakit olun. Mən özüm elə Çaşıb qalmışam ki, bir söz tapmıram.

Beatriçe.

Nəyə istəsəniz and içirəm ki, Bacımı böhtana salıblar...

Benedikt.

Deyin

Gecə bir otaqda yatmışdınız siz?

Beatriçe.

Xeyr, bu gecə yox. Lakin tam bir il Bir yerdə yatmışıq bütün gecəni.

Leonato.

Belə de! Belə de! Təsdiq olundu Dəmirdən də möhkəm həqiqət özü! Yalan danışarmı prins? Ya qraf? Qızı hərarətlə sevən, ağlayan Acı göz yaşıyla qara çirkabı Yumağa çalışan o nəcib insan? Yox! Artıq çəkilin! Qoy ölüb getsin!

Rahib.

İndi qulaq asın bir az da mənə. Mən qəsdən susurdum - səbir etsən əgər Hər şeyin məqamı, öz vaxtı gələr... Mən daim diqqətlə qıza baxırdım: Tez-tez qızarırdı mələk siması... Tez-tez de bəmbəyaz ilahi rənglər, Günahsız xəcalət örtürdü onu... Gözündə yanırdı qəzəb alovu Məsum qız admı çirkaba atan Həyasız böhtanı yandırmaq üçün... Amansız bir səhvin qurbanıdır o! Əgər duz çıxmasa bu söz, bu inam Mənə axmaq deyin, inanmayın siz Nə mənim yaşıma, nə vəzifəmə, Nə də qalın-qalın kitablar üstdə Saç-saqqal ağardıb əldə etdiyim Həyatın özünün möhür basdığı Elmimə, biliyimə inanmayın siz!..

Leonato.

Ola bilməz! Görürsən o rəng verib Rəng alaraq yüngüllədir günahın, And içməyir... qorxur yalançı andla Ağırlaşsın bir az, da bu günahı... Demək danmır taqsırını, bəs nədən Hamı üçün aydın olan bir şeyi Gizlətməyə sən belə səy edirsən?

Rahib.

Axı bir de görək kimi deyirlər Səninlə yaşamış guya gizlicə?

Qero.

Kim deyir o bilər. Mən ki bilmirəm, İsmətli, həyalı qız şərəfinin Qadağan etdiyi bir adamla mən Yaxın olmuşamsa lənətə gəlim! Allah da keçməsin qoy günahımdan! Evdən qov, atacan, məni, söy məni, Cəzalar əlində öldür, döy məni Pəncərəm önündə o məşum gecə Bir kəslə gizlicə görüşdüyümə Kiçik bir sübut da tapılsa əgər...

Rahib. Aldanmış deyəsən prinslər yaman...

Benedikt.

Onlardan ikisi şərəfli insan. Əgər aldatmışsa bir kəs onları, O da iş-peşəsi alçaqlıq olan Yəqin o hiyləgər şeytandır ancaq...



Leonato.

Bilmirəm, onların sözündə əgər Zərrəcə həqiqət varsa mən qızı Öldürərəm, inanın! Yox, böhtan olsa Dərsini verərəm həyasızların! İllər dondurmayıb hələ qanımı, Qocalıq ağlımı aparmayıbdır. Taleyim sərvət də veribdir mənə, Pis gündə dostlar da üz döndərməyib... Sınaq saatında bilsin düşmənlər Kömək də tapılar, şüur da bizdə. Onlara həddini göstərmək üçün Dostlar arxa durar, varımız da var.

Rahib.

Dayanın. Sizə bir məsləhət verim: Prinslər Qeronu ölmüş bildilər. Bir müddət gizlədin hamıdan qızı, Söz yayın dünyadan köçdü əbədi. Matəm ayinini gözləyib tamam, Köhnə ata-baba sərdabənizdə Yaxşı başdaşı da qaldırın ona, Dəfn mərasimi düzəldib əvvəl.

Leonato. Axı nə üçündür bütün bu şeylər?

Rahib.

Çünki öldüyünü gördükdə qızın Böhtan söyləyənlər peşman olacaq. Elə bu özü də yaxşıdır. Fəqət Təkcə bunun üçün plan çəkmirəm. Məqsədim böyükdür: bildikdə ki, o Ağır ittihama dözməyib ölmüş Hamı ağlayacaq, yanacaq ona, Hətta təmizliyə çıxaracaqlar... Dalı belə olub, belə olacaq. Əlimizdə olan şeyin qədrini bilmirik, itən tək minir qiymətə. Əvvəl gözümüzə heç görünməyən Yaxşı keyfiyyətlər tapırıq onda.

Bu cür düşünəcək qraf da, inan, Rəhimsiz sözüylə adaxlısını Öldürmüş olduğun biləndə mütləq. Xəyalında onun canlanacaqdır Əvvəlki müqəddəs, məsum məhəbbət! Gözlərində qızın mehribanlığı, Oynaq təbiəti, hüsn-camalı Diri olduğu vaxt göründüyündən Daha gur işıqla parlayacaqdır. Əgər doğrudan da sevmişsə onu Qovrulub yanacaq, ağlayacaqdır. Günahkar bilsə də qızı, ürəkdə Təəssüf edəcək qəddarcasına Ona ittihamlar verdiyinə də. Gəlin belə edək... sözlərim haqdır, Bu işin axırı mən deyəndən də Uğurdu, işıqlı, xoş olacaqdır. Əkər olmasa da, ölüm xəbəri İnanın ki, tamam boğub yatırar Qero haqqındakı şayiələri... Lap pis ayaqdasa o kömək edər Namusu ləkəli qızınızı siz Gözlərdən, zəhərli, acı dillərdən Uzaq monastrda gizlədəsiniz...

Benedikt.

Rahibin sözünə siz Leonato

Mütləq əməl edin. And içirəm mən

Bu işdə sizinlə bir olacağam.

Bu andı, ilqarı sındıra bilməz

Sizə məlum olan o adamlarla

Mənim çox səmimi köhnə dostluğum...

Leonato.

Kədər dünyasında boğuluram mən Hazıram yapışam saman çöpündən...

Rahib.

Şadam ki, siz buna razı oldunuz. Başlayaq, hər dərdin öz dermanı var.

(Qeroya)

Öl ki yaşayasan! Bəlkə də, toyun

Təxirə salınıb. Səbir et, möhkəm ol!

Benedikt və Beatriçedən başqa hamı gedir.

Benedikt.

Senyora Beatriçe, bütün bu söhbət Zamanı siz ağlayırdınız?

Beatriçe. Ağlayırdım və hələ çox ağlayacağam!

B e n e d i k t. Mən bunu arzu etməzdim.

Beatriçe. Arzu etməyə ehtiyac da yoxdur. Mən onsuz da ağlayıram.

B e n e d i k t. Mən inanıram ki, gözəl əminiz qızına böhtan atıblar...

Beatriçe. Onun günahkar olmadığını sübut edən adama mən nələr verməzdim!

B e n e d i k t. Sizə belə dost xidməti göstərmək üçün bir üsul varmı?

B e a t r i ç e. Üsul var, lakin dost yoxdur.

B en e d i k t. Kişi bacaran işdirmi?

Beatriçe. Bəli, kişi işidir, ancaq sizin işiniz deyil.

Benedikt. Mən sizi dünyada hər şeydən çox sevirəm. Qəribə deyilmi?

B e a t r i ç e. Varlığından xəbərim olmayan bir şey kimi qəribədir. Eynilə mən de deyə bilərəm ki, sizi dünyada hər şeydən çox sevirəm. Lakin siz mənə inanmayın, baxmayaraq ki, yalan demirəm. Mən nə bir şeyi təsdiq, nə də inkar edirəm. Men əmiqızımın halına yanıram.

Benedikt. Beatriçe, qılıncıma and içirəm ki, sen məni sevirsən!

Beatriçe. Qılıncınıza and içməkdənsə onu udsanız yaxşıdır.

B e n e d i k t. Yenə və yenə qılıncıma and içirəm ki, sən məni sevirsən. Kim cəsarət edib sizi sevmədiyimi desə, onu məcbur edərəm qılıncımı udsun.

Beatriçe. Qorxuram bu sözləri udmalı olasınız!

Benedikt. Heç vaxt elə şey ola bilməz! And içirəm ki, mən səni sevirəm!

Beatriçe. Mən isə Allaha yalvarıram, məni bağışlasın!

Benedikt. Hansı günaha görə, gözəl Beatriçe?

Beatriçe. Siz lap vaxtında mənim sözümü kəsdiniz: istəyirdim deyəm sizi sevirəm.

Benedikt. Deyin, deyin, o sözü ürəkdən deyin.

Beatriçe. Ürəyimi bütünlüklə sizə vermişəm. Hətta and içmək üçün də mənə bir şey qalmayıb.

B e n e d i k t. Əmr et sənin üçün bir şey eləyim.

Beatriçe. Klavdionu öldürün!

Benedikt. Dünyada elə şey ola bilməz!

Beatriçe. Sözümü yerə salmaqla siz məni öldürürsünüz. Əlvida!..

Benedikt. Dayanın, gözəl Beatriçe...

Beatriçe. Mən getmişəm, baxmayaraq ki, burdayam. Siz məni bir tikə də sevmirsiniz. Rica edirəm, buraxın məni!

Benedikt. Beatriçe!

Beatriçe. Yox, yox. Mən gedirəm.

Benedikt. Gəlin, dost olaq.

Beatriçe. Əlbəttə, mənimlə dost olmaq düşmənlərimlə vuruş-maqdan qorxusuzdur.

B e n e d i k t. Məgər Klavdio sənin düşmənindir?

Beatriçe. Mənim qohumuma böhtan atıb, biabır və rüsvay etməklə o ən alçaq adam olduğunu göstərdi. Kaş mən kişi olaydım! Görərdin neyləyərəm! Əvvəlcə qızın başına dolanmaq, şirin dil töküb ürəyini ələ almaq, sonra da hamının gözü qabağında ittiham etmək, hədsiz nifrətlə böhtan atmaq! İlahi, gərək mən kişi doğulaydım! Mən lap bazar meydanının ortasında onun ürəyini sinəsindən çıxarıb yeyərdim!

Benedikt. Mənə qulaq asın, Beatriçe.

Beatriçe. Pəncərədən kişi ilə danışıb! Əcəb uydurmadır!

Benedikt. Lakin, Beatriçe...

Beatriçe. Ah, əziz, mehriban Qero! Sənə böhtan dedilər, səni alçaltdılar, məhv etdilər səni!

Benedikt. Beat...

Beatriçe. Prinslər və qraflar!.. Bu da sizin kişiliyiniz, rəşadətiniz! Əsl qraf! Şəkərdən qayrılmış qraf, səndən ancaq qənd kimi şirin aşna çıxar! Vəssalam! Ah, kaş mən kişi olaydım - necə onun dərsini verərdim! Heç olmasa mənim əvəzimə kişilik etməyi bacaran bir dostum olaydı! heyhat, bizim zəmanədə kişilik yapma nəzakətlər içində, rəşadət isə şit komplimentlərdə əriyib getməlidir. Kişilər boş-boş nitqlər deyən ağzı göyçək naqqallara çevrilmişdir. İndiki zəmanədə

Herkules hamıdan yaxşı yalan danışmağı və yalandan and içməyi bacarandır. Madam ki, kişi olmaq mənim istəyimlə başa gələn şey deyil, əlaçım ona qalır ki, qadın kimi ölüb gedim!

Benedikt. Dayan, əziz Beatriçe. Bu əlimə and içirəm ki, səni sevirəm.

B e a t r i ç e. Məni sevirsənsə, o əlinə and içməkdən daha yaxşı bir məşğələ tap.

Benedikt. Siz inanırsınız ki, qraf Klavdio Qeroya böhtan atıb?

Beatriçe. İnanıram – sinəmdə ürəyim və inamım olduğuna inandığım kimi!

B e n e d i k t. Artıq bəsdir, sizə söz verirəm ki, onu duelə çağıracağam. Əlinizi öpüb gedirəm. Əlimə and içirəm ki, bütün bunlar Klavdioya baha başa gələcək. Mənim barəmdə nə eşitmiş olsanız, o cür düşünün. Gedin, əmiqızınıza təsəlli verin. Kimə rast gəlsəm, deyəcəyəm ki, Qero ölüb. Hələlik, salamat qalın...

Gedirlər.

İKİNCİ SƏHNƏ

Məhbəsdə.



Kizil, Bulava və hakim mantiyası geymiş protokolçu gəlir. Keşikçi Konradı və Boraçionu göstərir.

K i z i 1. Bütün dissambleya hazırdır?

Bulava. Ey, katib üçün taburet və mütəkkə gətirin.

Protokolçu. Burada bədəfkar kimdir?

K i z i 1. Bədəfkar? Hə... Bədəfkar mənəm və mənim bu dostumdur.

Bulava. Bəli, doğrudur. Biz eqzamanasiya aparmalıyıq.

Protokolçu. Yox, yox. Mən soruşuram ki, günahkarlar hanı, kimlərdən ifadə alacaqsınız?

Kizil. Aydındır, başa düşdüm. Qoy onlar yaxına gəlsinlər. Əzizim, sənin adın nədir?

Konrad. Mən dvoryanam, cənab, adım da Konraddır.

K i z i 1. Yazın: dvoryan Konrad. Siz Allaha inanırsınızmı?

Konrad və Boraçio. Bəli, cənab. Ümid edirik ki, inanırıq.

K i z i 1. Yazın: ümid edirlər ki, inanırlar Allaha. Hə Allahı keçir qabağa. Allah eləməsin, Allahı qoyasan qala belə alçaqların dalında. Hə, mənim əzizlərim, artıq sübut olunmuşdur ki, siz dələduz adamlar dan o qədər də yaxşı deyilsiniz. Tezliklə hamı görəcək və inanacaq ki, belədir. Özünüz barədə nə deyə bilərsiniz?

Konrad. Onu deyə bilərik ki, biz heç də dələduz deyilik, cənab.

Kizil. Allaha and olsun ki, yaman bicin biridir! Arxayın olun. Mən onun öhdəsindən gələrəm. Əzizim, bir az da qabağa, bura zəhmət çəkin. Qulağınızı mənə tərəf uzadın, söz deyəcəyəm, - axı bizə xəbər veriblər ki, siz dələduzsunuz?

Boraçio. Mən isə xəbər verirəm ki, biz dələ duz deyilik.

Kizil. Yaxşı, onda kənara çəkilin. Allaha and olsun ki, bunlar sözü bir yerə qoyublar, yazdınızmı onlar dələduz deyillər?

Protokolçu. Cənab pristav, siz düz ifadə almırsınız: Siz onları ittiham edən gözətçiləri bura çağırmalısınız.

Kizil. Əlbəttə, elədir ki, var. O, ən yaxşı üsuldur. Qoyun gözətçilər gəlsin. Uşaqlar, prinsin adından sizə əmr edirəm: Bu adamları ittiham edin!

Birinci gözətçi. Bu adam deyirdi ki, Don Xuan, yəni prinsin qardaşı alçaq adamdır.

Kizil. Yazın: prins Don Xuan alçaq adamdır. Vay-vay, bu oldu andı pozmaq. Prinsin qardaşına alçaq demək cinayətdir!

Boraçio. Cənab pristav...

Kizil. Əzizim, mərhəmət edib, danışma, sus. Doğrusu, sənin sir-sifətin heç mənim xoşuma gəlmir.

Protokolçu. O daha nə deyirdi?

İkinci gözətçi. Deyirdi ki, senyora Qeronu yalandan günahlandırmaq üçün Don Xuandan min dükat qoparıb. Bu ki, lap soyğunçudur. Ağlagəlməz soyğunçuluq.

Bulava. Günorta ibadətinə and içirəm ki, doğrudur!

Protokolçu. Daha nə deyirdi?

Birinci gözətçi. Bir də onu deyirdi ki, qraf Klavdio onun sözünə inanaraq Qeronu camaatın gözü qabağında rüsvay etməyi, onunla evlənməməyi qərara alıb.

Kizil. Ay alçaq! Belə şeyin üstündə səni əbədi rahatlığa təhkim edəcəklər.

Protokolçu. Daha nə deyirdi?

İkinci keşikçi. Daha heç nə.

Protokolçu. Bütün bunlar kifayətdən də kifayətdir və o yan-bu yan eləməklə, qardaşlar, siz yaxanızı qurtara bilməyəcəksiniz. Heç şey sizə kömək edə bilməz. Bu gün səhər Don Xuan qoyub qaçıb. Dediyiniz kimi Qero taqsırlandırılaraq rədd olunduğundan əzablara dözməyib qəflətən ölmüşdür. Cənab pristav, əmr edin bu qoçaqların əl-ayağını bağlayıb Leonatonun yanına gətirsinlər. Mən qabaqca gedib ifadənin protokolu ilə onu tanış edərəm (Gedir).

Kizil. Arxayın olun, biz bunların öhdəsindən gələrik.

Bulava. Əl-qollarını bağlayın!

Konrad. Çəkil, axmaq!

Kizil. Aman yarəb! Protokolçu hanı? Gəlsin yazsın. Prinsin qulluqçusuna "axmaq" demək! Bağlayın bunların əl - ayağını! Vay sənin, zavallı dələduz!

Konrad. Rədd ol burdan, eşşək! Eşşəyin biri eşşək!

Kizil. Bıyy, bunun sözünə bax! Mənim rütbəmə də mərhəmət eləmir! Mənim yaşıma da mərhəmət eləmir! Bircə protokolçu burada olaydı, yazaydı ki, - mən eşşəyəm! Sən yaramazsan, baxmayaraq ki, hörmətə layiqsən. Dayan bir, sənə şahidlər də tapılar. Mən səninçün axmaq deyiləm, bir az yuxarı qalx, prinsin qulluqçusuyam. Bir az da yuxarı qalx - ailə başçısıyam, bir az da yuxarı qalx. Bütün Messinada heç kimdən əskik adam deyiləm. Qanunları da çox gözəl bilirəm. Bax belə! Kifayət qədər pulum da var. Bax belə! Defektlərim də istədiyin qədərdir. Bax belə! İki də mundirim var, bütün işlərim də qaydasındadır. Bax belə! Aparın onu! Heyf, heyf, protokolçu burda olmadı ki, yazsın: mən eşşəyəm!..

Gedirlər.

BEŞİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Leonatonun evinin qabağı. Leonato və Antonio gəlir.

Antonio.

Qardaş, bu yolla sen öz həyatını

Fənaya verərsən! Ağla sığarmı

Dərdi bu qədər də ürəyə salmaq,

Özünü məhv etmək?

Leonato.

Xahiş edirəm,

Sən mənə nəsihət vermə, çünki o Süzgəcdə su kimi durmur qulaqda. Əl çək məsləhətdən! Mənə o adam Təsəlli versin ki mənim dərddədir! Qızını mənim tək sevən bir ata Göstər ki, onun da səadətini

Bu cür sinəsində boğublar, görək

O mənə təsəlli verərmi? Əsla!

Bizim dərdimizi yan-yana qoy sən, Onlarda təfavüt tapmasan əkər, Görsən ki, onun da müsibətləri Bütün boyaları, ahənglərilə

Eynidir mən çəkən müsibətlərin, Lakin o boğaraq ağır kədəri

Qımışıb saqqala sığal da verir. "Rədd olsun qəm-qüssə!" deyib, məzəli Sözlərlə yamayır sinəsini o, Kefcil adamlarla içir kədəri...

Əkər sən eləsin tapsan, bil ki, mən, Ondan öyrənərəm dərdə dözməyi... Lakin elə adam yoxdur dünyada!.. Deyirdin nə olduğunu bilməyən kəslər

Hamıya asanca məsləhət verər! Özgənin dərdinə dərman yazanlar, Dəlilik azarı tapmış şüura

İpək sapla rahat yamaq vuranlar, Ürək ağrısını quru sözlərlə Sağaltmaq istəyən qafil insanlar

Elə ki özləri düşdülər dərdə Qəlblərində hər şey dönər kədərə... Əzəldən belədir: bədbəxt olana Deyərlər: səbr elə, dözümlü ol sən... Heyhat! Bu dünyada bir yaranmışın Gücü, iradəsi, qüvvəsi çatmır

Dərdə düşdüyü vaxt öz üzərində

Sınasın verdiyi nəsihətləri...

Sən at məsləhəti! Ağrıyan ürək

Quru, boş sözlərlə rahat olmayır, Qışqırır dünəndən nalə çəkərək!



Antonio.

Kişinin uşaqdan fərqi bəs nədir?



Leonato.

Sus, xahiş edirəm! Mən - ətəm, canam. Elə bir filosof yoxdur dünyada

Ki, şad qarşılasın diş ağrısını,

Sözdə əzablara, ağrıya, dərdə

Nifrət yağdırsa da allahlar kimi!..



Antonio.

Onda mən deyirəm: heç olmasa sən Bütün ağırlığı alma çiyninə,

Cinayət edən də qoy əzab çəksin!



Leonato.

Bax burda haqlısan! Ürəyim deyir: Qero günahsızdır, bunu mən özüm Qrafa, prinsə - əziz qızımı

Rüsvay edənlərə - bildirəm gərək!



Antonio. Odur, tələsirlər onlar buraya...

Don Pedro və Klavdio gəlir.

Don Pedro. Gün aydın...

Klavdio. Gün aydın, cənablar, sizə.

Leonato. Bir ayaq saxlayın...

Don Pedro. Yox, tələsirik...

Leonato.

Tələsir prinslər?.. Xeyir ola yenə?

Uğurlar... gediniz... nə vecinizə!..



Don Pedro. Dava axtarana oxşayır qoca...



Antonio.

Davanın bir xeyri olsaydı, ona

Burda ikimizdən birinin haman

Meyiti qalardı...



Klavdio.

Nədir? Nə olub?

Kim təhqir eləyib deyin qocanı?



Leonato.

Hələ soruşur da? Yalançı, alçaq!

Sən təhqir etmisən məni, sən ancaq! Qılınca əl atmaq nahaqdır!

Bizi Qorxuda bilməzsən!



Klavdio.

Qurusun o əl

Ki yaşlı qocanın üstünə qalxar!

Bilmədən qılınca uzandı əlim.



Leonato.

Sus, ələ salmağa məni qoymaram!

Mən nə ağılsızam, nə də gopçuyam, Qocalıq hörmətin qalxan edərək Yalandan döşümə döyüb demirəm:

"Hanı cavanlığım... heyif, qocaldım..." Eşit sözlərimi: təhqir etmisən

Məni və qızımı! Elə təhqir ki,

Məcburam unudub şan-şöhrətimi, Yaşımı, rütbəmi, ağ saçlarımı

Səni çağırıram bu gün duelə!

Öldürdün qızımı qara böhtanla,

Qəlbinə zəhərli ox batırdın sən!

İndi o əbədi yuxuya dalmış,

Bədnamlıq heç zaman məskən salmamış Böyük əcdadımın sərdabəsində...

Xar etdin onu sən alçaq yalanla...



Klavdio. Necə! Mən?!



Leonato. Bəli, sən!

Sən öldürdün onu!



Don Pedro. Düz deyil, qoca!



Leonato.

Onun indi, bax,

Mən düz olduğunu sübut edərəm: Qorxmuram mən bunun cavanlığından, Qolunun gücündən, cəsarətindən,

Qılınc döyüşündə məharətindən!..



Klavdio.

Mən isə vuruşmaram sizinlə heç vaxt!



Leonato.

Yaxanı qurtara bilməzsən alçaq!

Qızımın qatili sənsən! Məni sən

Dueldə öldürsən, bil ki, bir uşaq

Əsil bir kişini öldürdü nahaq...



Antonio.

Yox, iki kişinin tökülsün qanı!

Ancaq mən birinci vuruşacağam.

Mənə də qələbə sən çalmış olsan,

Yenə süd qoxuyan körpə uşaqsan...

Tez ol qabağa çıx, yaxın gəl görək,

Kötək yeyəcəksən, sən qoduq, kötək!

Sözüm sözdür mənim, mən zadəganam!

Leonato. Qardaşım...



Antonio.

Danışma. Bir Allah bilir

Nə qədər

Qeronu sevirdim!

İndi Onu məhv eləmiş alçaq bir uşaq,

Bizimlə dalaşa hərisdir o, bax,

Mən həris olan tək ilan boğmağa...



Leonato. Qardaşım...



Antonio.

Bu qansız kübarlara mən

Yaxşıca bələdəm ata-babadan,

Dabbağda gönünü tanıram, inan!

Ədəbsiz, şuluqçu, böhtan danışan,

Dəbdəbə, təntənə qulları olan,

Yaltaq, ikiüzlü, məğrur və alçaq,

Bu alçaq adamlar fürsət düşəndə

Yıxıb məhv etməkçün düşmənlərini

Hər şeyə əl atar - böhtana, şərə,

Haqqa da and içər gündə min kərə!..



Leonato. Qulaq as bir mənə...



Antonio.

İş onda deyil.

Səbr elə. Bunlarla mən bacararam.



Don Pedro.

Pislik istəmirik biz ki sizlərə...

İnanın, Qeronun ölümünə də

Ürəkdən yanırıq! Fəqət bilin siz,

Mən öz namusuma and içirəm ki,

Sübut olunmuşdur onun günahı...



Leonato. Siz susun, prins!



Don Pedro.

Yox, siz danışmayın!

Mən sizi dinləmək istəmirəm, yox!

Leonato.

Eləmi?! Gəl gedək, qardaş, mən onu

Bizi dinləməyə məcbur edərəm!



Antonio.

Gəl gedək, dinləmək istəməsələr,

Onlardan, ya bizdən biri öləcək!



Leonato və Antonio gedir.



Benedikt gəlir.

Don Pedro. Bir ora bax, axtardığımız adam bura gəlir. Klavdio. Hə, senyor, yeni nə var? B e n e d i k t. Gün aydın, əlahəzrət.

Don Pedro. Salam, senyor. Siz, demək olar ki, vaxtında gəlmisiniz, demək olar ki, savaşanları ayırmağa özünüzü çatdırmısınız. K l a v d i o. Dişi tökülmüş iki qoca az qala bizim burnumuzu qoparacaqdı.

Don Pedro. Leonato və qardaşı. Hə, sən buna neçə baxırsan? Onlarla dalaşmış olsaydıq, qorxuram hamı bizi qınayaydı: iki qoca ilə

duelə çıxmışıq!

B e n e d i k t. Ədalətsiz dava-dalaşda mən həqiqi rəşadət görmürəm. Mən sizin ikinizi de axtarırdım.

Klavdio. Elə biz də səni axtarırdıq. Yaman melanxoliyə düşmüşük və bilmirik ki, yaxamızı ondan necə qurtaraq. Öz iti ağzınla bizə kömək etməzsənmi?

Benedikt. Onu qılıncımın qınında gizlətmişəm. Əmr edirsiniz,

çıxarım?

Don Pedro. Məgər sən onu yanından asırsan?

K1 a v d i o. Hələ bu vaxtacan elə şey eləyən olmayıb. Lakin orası var ki, çoxları kəsərli sözləri yanlarından çıxarırlar. Mən istəyirəm, səndən xahiş edəm, onlar işə salasan, hə başla döyəcləməyə - çalğıçılar mizrabı çanağa döyəcləyən kimi. Hə, başla. Lütf edib bizi bir az əyləndir.

Don Pedro. Vicdanım haqqı, onun rəngi saralmışdır. Sən xəstəsən, ya acıqlısan?

Klavdio. Özünü ələ al, dostum! Düzdür, deyirlər ki, fikir - qayğı pişiyi də öldürə bilər. Lakin sən o qədər şad-xasiyyət adamsan ki, fikir-qayğını da öldürərsən.

Benedikt. Senyor, bu istehzalar mənə zərrə qədər toxunmuş olsaydı, onları havada qapıb məhv edərdim. Söhbət üçün başqa mövzu seçmək olmazmı!

Klavdio. İndi ki, belə oldu, ona başqa mizrab verin: görünür, öz mizrabım parça-parça etmişdir.

Don Pedro. Gündüzün işığına and içirəm ki, onun üzü getdikcə dəyişir. Məncə, lap ciddi surətdə acığı tutur.

K 1 a v d i o. Elə olan surətdə o çox yaxşı bilir özünə necə istinadgah seçməlidir.

Benedikt. İcazə verin, qulağınıza bir söz deyim. K 1 a v d i o. Xəta olmasın, birdən məni duelə çağırar ha? B e n e d i k t (Klavdioya yavaşdan). Siz yaramaz adamsınız. Harada istəsəniz, neçə istəsəniz, nə vaxt istəsəniz mən bunu sübut etməyə hazıram. Mən sizdən cavab gözləyirəm. Cavab alıncan hamının gözü qabağında deyəcəyəm: Siz qorxaq adamsınız! Siz dünyanın gözəl bir qızını məhv etmisiniz və onun ölümü sizə baha başa gələcək. Cavabınızı gözləyirəm.

Klavdio. Men həvəslə sizin dəvətinizi qəbul edirəm və əminəm ki, məni ağıllı-başlı qonaq edəcəksiniz. Don Pedro. Olmaya ziyafət düzəldir?

Klavdio. Bəli, elədir. Mən ona hədsiz təşəkkür edirəm. O məni dana kəlləsinə və axta xoruz çığırtmasına dəvət edir. Əgər mən axta xoruzu ağıllı-başlı doğramasam, belə hesab edə bilərsiniz ki, bıçağım heç nəyə yaramaz. Ziyafətdə meşə cüllütü də olacaqmı?

Benedikt. Ağlınız lap çapardır - lap at kimi...

Don Pedro. Elə ise qoy deyim bu günlərdə Beatriçe sənin ağlını necə tərifləyirdi. Mən ona dedim: "Sənin incə ağlın var". O dedi: "Doğrudur, o qədər incədir ki, gözə görünmür". - "Demək istəyirəm ki, ağlı genişdir". - "Elədir, - dedi, - göz işlədikcə uzanan bir səhradır". - "Yəni deyirəm ki, xeyirxahdır". - "Düzdür, - dedi. - Heç kəsin ürəyinə toxunmaz". "Mənim sözüm odur ki, çox ağıllıdır". - "Elədir ki var, - dedi, - o qədər ağıllıdır ki, tez-tez sarsaqlayır". - "Dilləri çox yaxşı bilir," - "Haqlısınız, - dedi. - Bazar günü axşam bəzi vədlər verib and içdi, bazar ertəsi səhər isə andını pozdu. O haça dillidir, iki dili yaxşı bilir". Beatriçe tam bir saat sənin ləyaqətlərinin astarını üzü-nə çevirməkdən yorulmadı. Lap axırda isə ah çəkib dedi: "Bütün İtaliyada səndən yaxşı adam yoxdur".

Klavdio. Bundan sonra acı-acı ağladı və əlavə etdi: "Sənin dərdin ona qalmayıb ki...".

Don Pedro. Həqiqətən də elə olub. Məsələ bundadır ki, o sizə bərk nifrət etməsəydi, sizi hərarətlə sevərdi. Bunların hamısını bizə qocanın qızı danışıb.

Klavdio. Bəli, hamısını o deyib. Hətta bunu da əlavə etmişdi ki, bağda gizləndiyin zaman Allah səni necə güdürmüş.

Don Pedro. Hə, deyin görək, nə vaxt vəhşi öküzün buynuzunu müdrik Benediktin alnına yapışdıracağıq?

Klavdio. Altında da yazacağıq: "Burada evli Benedikt yaşayır".

Benedikt. Hələlik sağlıqla qal, cavan oğlan. Sənə nə demək istədiyimi düz başa düşdün. Sizi boşboğazlığınıza tapşırıb gedirəm. Gopçu uşaqlar, şükürlər olsun ki, heç kəsi öldürmədən, havada qılınc oynatdıqları kimi, siz də iti ağıllı sözləri dörd tərəfə səpələyirsiniz. Əlahəzrət, mənə olan mərhəmətinizə qarşı sizə çox minnətdaram, lakin sizdən ayrılmağa məcburam. O bic qardaşınız Messinadan qaçıb. Siz onunla birlikdə günahsız, gözəl bir qızı məhv etmisiniz. Hələ də ağzından süd iyi çəkilməmiş bu uşaqla isə biz ayrıca görüşəcəyik. Hələlik ona xoşbəxtlik arzu edirəm (Gedir).

Don Pedro. O, ciddi danışırdı.

K1 a v d i o. Çox ciddi. Məncə, bu Beatriçeyə olan məhəbbətdəndir.

Don Pedro. O səni duelə çağırdı?

Klavdio. Tamam oyan-buyansız...

Don Pedro. Arxalığını və şalvarını geyib ağlını isə evdə unudan adam - qəribə tamaşadır!

K1 a v d i o. O özünü elə aparırdı, elə bil ki, div meymunla danışırdı. Əslində isə meymun onun yanında müdrik məxluqdur.

Don Pedro. Zarafat elədik, kifayətdir! Fikrimizi toplayıb, işə ciddi baxmalıyıq. Deyəsən, o dedi ki, guya mənim qardaşım qaçıb?

Kizil, Bulava gəlir. Gözətçilər Konradı və Boraçionu gətirirlər.

K i z i 1. Gəlin, gəlin, əziz cənablar. Ədalət məhkəməsi sizin öhdənizdən gələ bilməsə, demək, öz tərəzisində ağıllı-başlı heç bir şey çəkə bilməz. Düzdür, siz lənətə gəlmiş ikiüzlülərsiniz. Buna baxma-yaraq ədalət məhkəməsində sizin hansı yuvanın quşu olduğunuzu ayırd edərlər.

Don Pedro. Bu nədir? Qardaşımın qulluqçularından ikisinin əl-qolunu bağlayıblar. Biri Boraçiodur!

Klavdio. Əlahəzrət, soruşun görək, onları niyə tutublar? Don Pedro. Ağalar, bu adamların günahı nədir? K i z i 1. Məsələ belədir, cənab, əvvəla bunlar yalandan donos veriblər. Bundan əlavə yalan danışıblar. İkinci də böhtan deyiblər. Altıncı və axırıncı da – təmiz bir qıza ləkə yaxıblar. Üçüncü də düz olmayan şeyləri təsdiq ediblər. Nəticə: Bu cənablar yalançılar və dələduzlardır! Don Pedro. Əvvəla mən soruşuram: onlar nə ediblər? Üçüncü mən soruşuram: günahları nədir? Altıncı və axırıncı - onları nə üçün tutmusunuz? Nəhayət nəticədə sual edirəm: onları nədə taxsırlandırırlar.

Kizil. Təsdiq edirəm ki, bütün maddələr üzrə mühakimələriniz tamamilə doğru və aydındır. Namusuma and içə bilərəm ki, siz eyni sualı müxtəlif şəkillərdə verirsiniz.

Don Pedro. Ağalar, nə etmisiniz ki, əl-qolunuzu bağlayıb, sizi ifadə almağa aparırlar? Bu oxumuş pristav o qədər əllaməlik eləyir ki, onun sözündən sizin nə cinayət etdiyinizi anlamaq mümkün deyil.

Boraçio. Mərhəmətli prins, əmr edin məni ifadə almağa aparmasınlar. Özünüz məni dindirin. Sonra isə qraf məni öldürsün. Mən sizin bax o gözlərinizi aldatmışam. O şeyi ki siz öz işıqlı ağlınızla ayırd edə bilmədiniz, onu bu zırrama axmaqlar aşkara çıxartdılar. Sizin qar-daşınız Don Xuanın məni dilə tutması, xanım Qeroya böhtan atmağa razı salması barədəki əhvalatı mən bu adama nəql etdiyim yerdə onlar gizlicə qulaq asıblar. Mən buna sizi necə bağa gətirdiklərini, orada Qeronun paltarını geymiş Marqarita ilə mənim görüşümə necə tamaşa etdiyinizi, sonra da kəbin kəsilən yerdə neçə Qeronu abırdan saldığınızı buna nəql etdim. Mənim bütün bu alçaq əməllərim protokolda qeyd olunub. Mən bu alçaqlığım barədə təkrar danışmaqdansa məmnuniyyətlə ölməyə və ölümümlə o protokola möhür basmağa hazıram. Zavallı qızın ölümünə səbəb mənim və mənim ağamın yalançı ittihamlarıdır. Müxtəsər ki, mən alçaq əməlimin cəzasından savayı heç şey istəmirəm.

Don Pedro (Klavdioyä). Xəncər olub sinənə batmadımı bu sözlər?

Klavdio. Onu dinlədikcə mən içirdim acı zəhər!

Don Pedro (Boraçioya). Doğrudanmı qardaşım çəkdi bu işə səni?!

Boraçio. Bəli, bahasını da yaxşı verdi işimin...

Don Pedro.

Bütün varlığı onun xəyanətdi, xəyanət! Elə alçaqlıq edib qoydu, qaçdı nəhayət. Klavdio.

Ah, Qero, xəyalımda mələk surətin senin Yenə canlandı solmaz əvvəlki məlahətlər. Kizil. Hə, tələbkarları aparın. İndi protokolçu bütün hər şey barədə senyor Leonatonu reforairovat eləyib. Əsas məsələ isə budur ki, ağalar, lazımı vaxtda və lazımi yerdə siz təsdiq etməyi unutmayasınız ki, mən eşşəyəm.

B u 1 a v a. Odur, senyor Leonato da protokolçu ilə gəlir.

Leonato və Antonino protokolçu ilə daxil olur

Leonato.

Hanı, o alçaq hanı? Qoyun bir baxım ona.

O cür başqa caniyə rast gəldiyim zaman mən

Ehtiyatlı tərpənim, hanı, göstərin onu! Boraçio. Canini deyirsiniz? Qarşınızda durub o!





Leonato.

Ah, demək o pak, təmiz məxluqa böhtan atan,

Öldürən acı, qara sözlərlə sən olmusan? Boraçio. Bəli, mən öldürmüşəm! Təkcə mən...



Leonato.

Yox, yaramaz!

Qara böhtan deyirsən indi sən öz özünə.

Bax, yaxşı bax mötəbər bu iki ağaya sən,

Üçüncüsü qaçıbdır - onların işidir bu!

Qeronun qatilləri - prinslər! Çox saq olun!

Hay-küyü azalmayan rəşadətləriniz var, bu şərəfli işi də ora yazın, ağalar!

Klavdio.

Bir söz tapa bilmirəm sizdən rica edim mən,

Bir az səbir edəsiniz: susmaq da bacarmıram. Etdiyim günah üçün nə cəza desəniz siz Hazıram. Günahımsa odur ki, aldanmışam...



Don Pedro.

And içirəm ki, mən de hər cəzaya dözərəm, Ancaq keç günahımdan, xahiş edirəm, qoca!



Leonato.

Deyə bilmərəm onu dirildin siz, prinslər, Belə əmrə hökmümüz yetməz sizin və mənim. Lakin bir xahişim var: Messinada çəkin çar Günahsız ölmüşdür o! O günahsız günahkar... Hərgah məhəbbət sizə ilham versə, çalışın Hörmətlə yad edərək onun xatirəsini Qəbir daşına iki-üç kəlmə söz də yazın! Qoy o sözlər bu gecə səslənsin bir himn tək! Səhər isə sizi mən evimdə gözləyirəm. Nə etmək siz ki mənə kürəkən olmadınız, Qardaş oğlu olunuz. Çünki qardaşım qızı Mərhum doğma qızımın eynidir əkiz kimi. Varisidir atanın, həm də əminin o qız. İntiqam, kin-küdurət solub getmək üçün tamam Ona verin qızım üçün ayrılan hər şeyi siz.



Klavdio.

Alicənablığa bax! Yaşarmışdır gözlərim Eşidəndə bu nəcib, bu xeyirxah sözləri!.. Mən razıyam. Bu gündən Klavdio bir qul tək Bilin tabedir sizə, nə desəniz edəcək!..



Leonato.

Danışdıq, gözləyirəm sabah evdə mən sizi, Xoş gəldiniz, sağlıqla. Bu alçaq adamısa Üzləşdirəcəyik biz Marqaritlə bu saat. Onun xəbəri vardır bu qara, çirkin işdən Onu satın alıblar...



Boraçio.

Yox, yox, and içirəm mən, O tamam xəbərsizdi bizim məqsədimizdən... Sizi əmin edirəm, sədaqətlə, namusla Qulluq edib həmin qızınıza, inanın!

Ki z i. 1. Ondan başqa, cənab, protokola aydan arı, sudan duru yazılmamış olsa da, bu ittihamçı və xətəkar mənə eşşək deyib. Xahiş edirəm onu cəza ilə mükafatlandıranda bu eşşək məsələsini de yada salsınlar. Hə, bir şey de deyim: gözətçilər onların fason adlı bir adam barədə danışdıqların da eşidiblər. Deyirlər ki, o fason qulağına daima kamerton taxır, bir yerə gedəndə həmişə hörük bağlayır və hamıdan borc pul dilənir. O, çoxdan bu işlə məşğuldur və borclarını heç vaxt ödəmir. Buna görə də adamların ürəyi daşa dönüb. Allah naminə ona borc da vermək istəmirlər. Xahiş edirəm bu barədə də ondan ifadə alasınız.

Leonato. Qayğıkeşlik üçün və namusla çalışdığınıza görə sizə təşəkkür edirəm.

Kizi1. Siz cənabları minnətdar və mötəbər bir cavan kimi danışırsınız. Buna görə də mən sizin əvəzinizə Allaha təriflər deyirəm.

Leonato. Al, bu da sənin zəhmətinin haqqı.

K i z i 1. Allah sizin monastıra xeyir-dua versin.

L e o n a t o. Gedə bilərsən. Məhbuslara gözətçi olmaqdan səni azad edirəm. Sağ ol, xoş gəldin.

Kizil. Mən də hörmətli siz cənablarının vücudunu bu qəddar alçağa tapşırıram. Siz cənablarından bir xahişim var. Başqalarına ibrət olmaq üçün özünüzü lap nümunəvi cəzalandırın. Siz cənablarına hər cür əmin-amanlıq arzu edirəm, Allah sağlığınızı özünüzə qaytarsın. Böyük şəfqətlə özümü sizin təşrifatınızdan çıxarıram. Ürəyiniz istəyirsə, Allahın qəzəbilə sizə xoş görüş də arzulaya bilərəm. Gedək, qonşu! Kizil, Bulava ve protokolçu gedir.

Leonato. Hələlik, ağalar, sabaha qədər, salamat qalın! Antonio. Sabah səhər sizi gözləyirik. Salamat qalın, cənablar! Don Pedro. Mütləq gələcəyəm. Klavdio.

Bütün gecəni ürəyim Qeronun dərdinə yanacaq.

Onun həsrətilə çırpınacaq.

Dorf Pedro və Klavdio gedir.

Leonato (birinci gözətçiyə). Gətirin tez onları. Marqariti dindirək. Necə olub, birləşib o hiyləgərlə görək...

Hərəsi bir tərəfə gedir.









İKİNCİ SƏHNƏ

Leonatonun bağı Benedikt və Marqarita üz-üzə çıxırlar.

B e n e d i k t. Səndən xahiş edirəm mənə bir yaxşılıq elə - Beatriçə ilə görüşdür məni.

Marqarita. Bu yaxşılığın əvəzində mənim gözəlliyimi mədh edən bir sonet yazarsınızmı?

Benedikt. Elə yüksək üslubda yazaram ki, yer üzündə bir adamın əli çatmaz. Sən tamamilə buna layiqsən. Söz verirəm.

Marqarita. Yer üzündə bir adamın mənə əli çatmasın? Yox, mən bütün ömrümü pilləkən altında keçirmək istəmirəm.

B e n e d i k t. Sənin iti ağıllı sözlərin lap tazı kimidir. O saat hədəfin boğazından yapışır!

Marqarita. Sizinki isə küt xəncərə oxşayır. Dəyir, amma yaralamır.

Benedikt. Bu kişiyə layiq olan iti ağıllılıqdır. Lətif cinsi yaralamaq istəmir. İndi isə xahiş edirəm. Beatriçeni çağır. Men təslim: qal-xanı sənə verirəm.

Marqarita. Siz biz qadınlara qılınc verin. Qalxan özümüzdə də tapılar.

Benedikt. Siz qadınlar qalxanı işə salsanız, biz kişilər nizədən yapışmalı olarıq. Bu isə sizlər üçün təhlükəsiz deyil.

Marqarita. Elə isə mən bu saat Beatriçeni çağıraram. Güman edirəm ki, onun ayaqları var (Gedir).



Benedikt.

Deməli o gələcək... (Oxuyur)

"Məhəbbət ilahəsi, Göylərdən mənə bax sən... Ah, necə də zəifəm, Zavallıyam, bilirsən..."

Mən müğənni sənətinin ruhunu və məhəbbətini mənasını yaxşı duyuram. Çünki nə məşhur üzgüçü Leonard, nə ilk dəfə ara düzəldənlərin köməyindən istifadə etmiş Troil, nə də adları qafiyəsiz şerin hamar yollarında rahatca üzen ağ paltarlı, müxtəlif çeşidli modabazlar məhəbbətdən mən bədbəxt qədər iztirab çəkməyiblər. Düzdür, mən qafiyə tapmaqda o qədər də mahir deyiləm, hıqqanıram, hıqqanıram "dilbər"ə bayağı "əkər" və "hünər", "ulduz"a çox qorxulu "buynuz"-dan, "müdrik" ə olduqca axmaq "yük" dən yaxşı qafıyə tapa bilmirəm. Ümumiyyətlə, mənim misralarım eybəcər sözlərlə tamamlanır. Yox, mən şer planetinin altında doğulmamışam və təntənəli ifadələrlə nəzakət göstərməyi bacarmıram.

Beatriçe gəlir.

Əziz və möhtərəm Beatriçe, inana bilmirəm ki, mən çağırdığım üçün sən buraya gəlmisən?

Beatriçe. Elədir, senyor, siz əmr edən kimi də gedəcəyəm.

Benedikt. Yox, getmə... o vaxta qədər burda qal ki...

Beatriçe. Siz "o vaxta qədər"i artıq bir dəfə demisiniz. Elə isə salamat qalın! Yox, istədiyimi bilməyincə getməyəcəyəm: Deyin görüm, Klavdio ilə görüşünüz nə ilə qurtardı?

B e n e d i k t. Söyüş dolu sözlərdən başqa heç nə ilə. Bu münasibətlə mən səni öpürəm.

B e at r i ç e. Söz yeldir, söyüş dolu söz isə - adam üçün zərərli olan yelçəkəndir. Buna görə də mən sizin öpüşünüzü gözləmədən çıxıb gedirəm.

Benedikt. Sən sözün müstəqim mənasını təhrif etməyə öyrənmisən. Açıq-aydın deyirəm: Mən Klavdionu duelə çağırdım və o mənim çağırışımı qəbul etdi. Biz tezliklə görüşməliyik. Gəlməsə, mən hər yerdə deyəcəyəm ki, o qorxağın biridir. İndi isə xahiş edirəm, cavab ver görüm qüsurlarımdan hansına görə sən məni sevmisən?

Beatriçe. Bütün qüsurlarınızın hamısına görə. Onlar sizin içinizdəki pislik səltənətini elə məharətlə qoruyurlar ki, yaxşılıqdan bir zərrənin belə ora daxil olmasına imkan vermirlər. İndi isə mən soruşuram. Mənim ləyaqətlərimdən hansı sizi məcbur etdi ki, mənim məhəbbətimlə xəstələndiniz?

Benedikt. Məhəbbətlə xəstələnmək? Gözəl deyilib. Mən doğrudan da məhəbbətlə xəstələnmişəm. Çünki iradəmin ziddinə olaraq səni sevirəm!

Beatriçe. Deməli ürəyiniz istəmədən? Heyhat, zavallı ürək? Hərgah siz mənim xatirimə öz ürəyinizə zidd hərəkət edirsinizsə, mən də sizin xatirinizə sizin ürəyinizə zidd getmək istəyirəm. Çünki mən heç vaxt dostumun düşmənini sevməmişəm.

B e n e d i k t. Sən və mən o qədər ağıllıyıq ki, heç zaman dinc-rahat biri-birimizi oxşaya bilmərik.

B e a t r i ç e. Sizin sözünüzdən belə çıxır ki, bir nəfər də ağıllı adam öz ağlı ilə fəxr edə bilməz.

Benedikt. Bu köhnə, çox köhnə fikirdir, Beatriçe. Ancaq ulu nənələrinizin zamanında elə idi. İndi isə başqa cürdür. Əkər insan sağlığında özünə mavzoley ucaltmayıbsa, onu ancaq kəlisa zəngləri çalınıb qurtarana və dul qalmış arvadmın hönkürtüsü kəsilənə qədər xatırlayırlar...

Beatriçe. Sizcə, bu nə qədər çəkir?

Benedikt. Demək çətindir. Məncə, bir saat vay-haray qoparıb ucadan hönkürməyə, 15 dəqiqə də içini çəkməyə gedər, vəssalam. Buna görə də ağıllı adam üçün hər şeydən faydalı budur ki, əlbəttə, əlahəzrət vicdan mane olmasa, özü öz ləyaqətləri haqqında aləmə car çəksin. Gördüyünüz kimi, mən elə-belə də edirəm. Yaxşı, gəlin mənim haqqımda tərifləri qurtaraq. Əlbəttə, mən özüm şahid ola bilərəm ki, bu təriflərə tamamilə layiqəm. İndi siz mənə deyin görüm, əmiqızı Özünü neçə hiss edir?

Beatriçe. Çox pis.

Benedikt. Siz özünüzü neçə hiss edirsiniz? Əllərinizi göylərə qaldırıb dua edin. Məni sevin və özünüzü yaxşı hiss etməyə çalışın. İndi isə mən sizdən ayrılıram, çünki kim isə tələsik bura gəlir (Ursula gəlir).

Ursula. Senyor, zəhmət çəkin, tez əminizin yanına gedin. Bizim evdə aləm biri-birinə dəyib. Aydın olub ki, senyora Qeronu yalandan günahlandırıblar. Demə prinsi və Klavdionu aldadıblar. Bütün bu əhvalatın günahkarı Don Xuan qaçıb, harada isə gizlənib.

B e a t r i ç e. İstəyirsiniz mənimlə gedək. Görək nə olub?

Benedikt. Mən sənin ürəyində yaşamaq, sənin sinən üstdə ölmək və sənin gözlərinin dərinliyində basdırmaq istəyirəm. Bunlar-dan başqa səninlə əminin yanına da gedərəm...



ÜÇÜNCÜ SƏHNƏ

Kelisa. Don Pedro, Klavdio, üç və ya dörd əyan əllərində məşəl çıxırlar.

Klavdio.

Leonato nəslinin budurmu sərdabəsi?

Əyanlardan biri.

Bəli, qraf, elədir. K1 a v d i o (Tumar üzərindən oxuyur).

"Alçaq bir böhtanın qurbanı olan Gözəl qız Qeronun məzarıdır bu. Mükafat olaraq əzablarına Ölməz şan-şərəflə nurlar çilədi Ölüm bu əbədi rahatlığına... Kədərdən az qala lal oluram mən, Asın bu şeri siz sərdabəsindən. İndisə çalınsın təntənəli himn...

Mahnı

Gecələr allahı, özün bağışla

Günahsız qızının qatillərini!

Onun məzarına gətirmişik, ah,

Kədərli mahnının nidasını biz...

Dayan yarım gecə bizimlə burda,

Ağla, göz yaşı tök bizim kimi sən

həzindən, həzindən...

Ey məzar, qaytar o munis gəlini,

Nicat istəyirik, ey gecə, səndən

həzindən, həzindən... Klavdio.

Rahat yat, ey gözəl, ziyarətinə

Müqəddəs türbənin gələrəm hər il.

Yaxşı mərasim də düzəldərəm mən... Don Pedro.

Səhər açılmaqdadır. Söndürün məşəlləri

Artıq canavarlar da ulamayır. Al şəfəq

Öz ilk işıqlarını Febin arabasının



Qabağınca göndərir yer üzünə. Baxın siz

Gündüz tələsir bura, gün doğanda sönür dan.

Hamraıza uğurlar diləyirəm Allahdan... Klavdio. Vidalaşın, səhərdir. hər kəs getsin evinə. Don Pedro.

Biz de gedək, bu matəm libasını dəyişək...

Leonato gözləyir səhər bizi, gəl gedək... Klavdio.

Himeneyə yalvaraq, sabahkı taleyimiz

Kədər dolu bugünkü taleyimizə əsla

Oxşamasın.

Gedirlər.

DÖRDÜNCÜ SƏHNƏ

Leonatonun evində bir otaq.

Leonato, Antonio, Benedikt, Beatriçe, Marqarita, Ursula, rahib ve Qero gelirlər.

Rahib. Mən sizə demədimmi günahsızdır qızınız!

Leonato.

Klavdio, prins də günahsızdır o sayaq, İttiham etmiş onlar Qeronu aldadaraq, Lakin günahsız deyil Marqarita. Ancaq Müfəssəl sorğu-sual göstərdi, bəxti qara. Heç bilmədən qoşulmuş o çirkin böhtanlara...

Antonio. Ah, mən necə şadam ki, hər şey yaxşı qurtardı.

Benedikt.

Mən də şadam, başqa cür olsaydı əgər işlər Duelə çıxmalıydıq qrafla mən bu səhər...

Leonato.

Çox gözəl. Qızlar, indi hələlik siz bir qədər Öz otaqlarınıza çəkilin, çağıranda Maskaları taxaraq gələrsiniz, di gedin...

Xanımlar gedir. (Antonioya).

Klavdio və prins mənə söz veriblər ki,

Səhər bizə gəlsinlər. Sən rolunu bilirsən:

Qardaşının qızına atalıq eyləyərək

Qayda-qanunla onu qrafa verməlisən. Antonio. Arxayın ol, rolumu yaxşı oynayıram mən... B e n e d i k t. Müqəddəs ata, sizdən mənim bir xahişim var. Rahib. Oğlum, xahişin nədir? Benedikt.

İki şeydən biridir:

Birləşdirin ya bizi, ya da ki ayırınız...

(Leonatoya).

Əziz, hörmətli senyor, Beatriçə nəhayət

Üzümə gülümsəyib etmiş mənə mərhəmət... Leonato. Çünki qızım gözünü ona girov veribdir. Benedikt. Mən də təbəssüm dolu gözlərlə baxdım ona... Leonato.

Bu sıcaq duyğuların gərək ki, borclusunuz

Mənə, Klavdioya və prinsə, de nə var? Benedikt.

Bu sualın cavabı, senyor, ancaq sizdədir.

Arzumuz budur, bizə xeyir-dua verin siz,

Bu müqəddəs nigahı bağlamaqda sizin də

Zəhmətiniz olacaq... L e o n a t o. Mən razıyam. Rahib.

Mübarək olsun, mən də

Razıyam, budur onlar özü də gəlir bura...

Don Pedro, Klavdio və iki-üç əyan gəlir.

Don Pedro. Möhtərəm cənablara bizdən salamlar olsun.

Leonato.

Salam, hörmətli prins. Salamlar, Klavdio. Biz sizi gözləyirik. Qərarınız nə oldu, Razısanmı qardaşım qızmı almağa sən?

Klavdio. Razıyam, lap bir həbəş qızı da olsa bilin...

Leonato. Qardaşım, gətir onu. Kəsilsin kəbinləri.

Antonio gəlir.

Don Pedro.

Benediktə nə olub? Xeyr ola niyə belə Fevral ayı kimisən? Bulud, şaxta, fırtına Örtüb bütün üzünü?

Klavdio.

Yəqin yadına vəhşi öküz düşüb. Qorxma heç, cəsarətli ol, dostum! Biz sənin buynuzuna zınqırovlar taxan, Sən bütün Avropanı əsir edərsən. Necə Yupiter adlı Allah öküz cildinə girib Sönməz ehtirası ilə əsir etmişdi bir vaxt...

Benedikt.

O öküz alışmışdı xoş səslə böyürməyə... Həmdə ki o əcaib öküz sənin atanın İnəyinə yaxşı bir dana bəxş eləmişdi. Yeri düşüb qoy deyim: Səsdə, danışıqda sən O dananın doğmaca qardaşısan, elə bil...

A n t o n i o və maska taxmış x a n ı m 1 a r gəlir.

Klavdio.

Cavabını bu sözün mən sənə borclu olum. Bu xanımlardan hansı deyin qismətdir mənə?

Antonio. Bəxt qismətin bu qızdır. Təhvil verirəm, gəl al.

Klavdio. Demək, bu mənimkidir? Üzünü göstər görüm...

Leonato.

Yox, hələ olmaz, əvvəl bu müqəddəs atanın Qarşısında and içib əhdi-peyman bağla sən...

Klavdio.

Əlini ver, gözəl qız: and içirəm indi mən Ərin olacağam, bil, sən nə zaman istəsən...

Qero (maskanı çıxarır).

Birinci arvadınız mən olmuşam sağ ikən, İlk ərim olmusunuz siz məni sevən zaman.

K 1 a v d i o. İkinci Qero!

Qero.

Bəli, doğrudan, ikinciyəm.

Birinci öldü qara böhtanlar dəryasında,

Mən isə yaşayıram tər-təmiz əvvəlki tək.

Don Pedro.

Benediktə nə olub? Xeyr ola niyə belə Fevral ayı kimisən? Bulud, şaxta, fırtına Örtüb bütün üzünü?

Klavdio.

Yəqin yadına vəhşi öküz düşüb. Qorxma heç, cəsarətli ol, dostum! Biz sənin buynuzuna zınqırovlar taxanı, Sən bütün Avropanı əsir edərsən. Necə Yupiter adlı Allah öküz cildinə girib Sönməz ehtiras ilə əsir etmişdi bir vaxt...

Benedikt.

O öküz alışmışdı xoş səslə böyürməyə... Həmdə ki o əcaib öküz sənin atanın İnəyinə yaxşı bir dana bəxş eləmişdi. Yeri düşüb qoy deyim: Səsdə, danışıqda sən O dananın doğmaca qardaşısan, elə bil...

A n t o n i o və maska taxmış x a n ı m 1 a r gəlir.

Klavdio.

Cavabını bu sözün mən sənə borclu olum. Bu xanımlardan hansı deyin qismətdir mənə?

Antonio. Bəxt qismətin bu qızdır. Təhvil verirəm, gəl al.

Klavdio. Demək, bu mənimkidir? Üzünü göstər görüm...

Leonato.

Yox, hələ olmaz, əvvəl bu müqəddəs atanın Qarşısında and içib əhdi-peyman bağla sən...

Klavdio.

Əlini ver, gözəl qız: and içirəm indi mən Ərin olacağam, bil, sən nə zaman istəsən...

Qero (maskanı çıxarır).

Birinci arvadınız mən olmuşam sağ ikən, İlk ərim olmusunuz siz məni sevən zaman.

K1 a v d i o. İkinci Qero!

Qero.

Bəli, doğrudan, ikinciyəm.

Birinci öldü qara böhtanlar dəryasında,

Mən isə yaşayıram tər-təmiz əvvəlki tək.

Don Pedro. Haman Qerodur, inan! Ölü də dirilərmiş! Leonato. Bəli, böhtan diriykən - o ölmüşdü həyatda... Rahib.

Sözü yayındırmayın kəbin kəsilən kimi

Mən bu sirrin üstünü açıb deyərəm sizə -

Qero nə sayaq öldü, dirildi nə cür. Bunu

Siz hələlik möcüzə bilib heyrət etməyin,

Dalımca gəlin, gedək bu saat kəlisaya. Benedikt. Dayanın bir. Ata, bəs Beatriçe haradadır? Beatriçe {maskanı çıxarır). Onun əvəziyəm mən. Nə istəyirsən ondan?

B e n e d i k t. Sevirsinizmi məni? Beatriçe. Xeyr, o qədər də yox... Benedikt.

Demək, əminiz, prins Klavdio səhv edib,

Onlar and içirdi ki, siz məni sevirsiniz... Beatriçe. Bəs söyləyin siz məni sevirsinizmi? Benedikt. Xeyr... o qədər də yox... yəni... Beatriçe.

Demək, Qero, Marqarit, Ursula səhv ediblər.

Onlar and içirdi ki, siz məni sevirsiniz...

Məni inandırıblar ki, aşiqsiniz mənə... Benedikt. Boş sözdür bunlar bütün! Məni sevirsiniz, yox? Beatriçe. Yox... Bəlkə, bir dost kimi... Bir təşəkkür olaraq... Leonato. Boş-boş danışma! And iç. Sevirsən Benedikti. Klavdio. Mən yenə and içirəm. Benedikt sevir onu... Sevginin sübutu da budur - bir dəstə kağız. Hələ çolaq sonet də tapılıb... B e n e d i k t. Ağlımın məhsuludur - o qızın şərəfinə. Qero.

Bu da başqa kağızdır. Beatriçenin xətti.

Benediktə məhəbbət izhar olunur burda...

Benedikt. Əcəb möcüzələrdir. Bizim öz əllərimiz öz ürəyimizin ziddinə şahidlik eləyir. Olsun, əlacım yoxdur, səni alıram. Gündüzün işığına and içirəm ki, səninlə ancaq rəhmim gəldiyinə görə evlənirəm...



Beatriçe. Sizə yox deyə bilmirəm. İşığa and içirəm ki, ancaq sizin həyatınızı xilas edəcəyəm, möhkəm inam məni güzəştə getməyə məcbur edir.

Benedikt. Dayan! Bu saat sənin dodaqlarını bağlayacağam... (Onu öpür).

Don Pedro. Evli Benedikt özünü necə hiss edir?

Benedikt. Prins, mənim cavabım belədir. İti ağıllı adamlardan lap böyük bir dəstə yığılıb gəlsə də, mən öz istədiyimdən dönmərəm. Bəlkə, siz elə güman edirsiniz ki, hər hansı bir həcv və ya epiqram məni qorxuda bilər? Kəskin söz həyatda bir iz buraxmış olsaydı, biz hamımız ləkəli görünərdik. Uzun sözün qısası. Mən ki evlənməyi qərara almışam. Bütün dünya bunun əleyhinə olsa da, mütləq evlənəcəyəm. Əvvəllər dediyim sözləri lağa qoymağın da heç bir mənası yox-dur: insan dəyişən məxluqdur, vəssalam. Klavdio, sənə gəldikdə isə, deməliyəm ki, mən səni qılıncdan keçirmək istəyirdim. Lakin sən indi mənə qohumsayaq bir şey olmusan. Buna görə de deyirəm, sağ-salamat yaşa və mənim baldızımı ağıllı-başlı sev.

Klavdi o. Mən isə bu fikirdə idim ki, sən Beatriçe ilə evlənmək-dən boyun qaçıracaqsan. Elə etsəydin, pis olacaqdı. İkibaşlı oyunlarına görə mən sənin ruhunu bədənindən çıxaracaqdım. Şübhə yoxdur ki, indən belə baldızım sənə ciddi göz qoymalıdır, yoxsa sən yenə o iki-başlı oyunlarını davam etdirə bilərsən...

Benedikt. Yaxşı, yaxşı, barışdıq! Nə qədər ki, evlənməmişik, gərək rəqs edək. Qoy bizim ürəklərimiz, adaxlılarımızın isə ayaqları oynasın!..

Leonato. Elə şey yoxdur. Toydan sonra oynayarsınız!

Benedikt. Yox, yox, namusuma and içirəm ki, toydan qabaq yaxşıdır! Ey, musiqi! Prins, yaman kədərli görünürsünüz. Evlənin, evlənin! Ucunda buynuz olmayan əl ağacı ən pis ağacdır.

Çapar. Prins! Gözətçilər qardaşınız Don Xuanı tutub Messinaya gətiriblər...

Benedikt. Gəlin sabaha qədər onu yaddan çıxaraq. Sabah isə mən ona yaxşı bir cəza düşünərəm. Ey fleytalar, başlayın!

Rəqslər. Hamı gedir.


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 1926 Bölmə: Xarici Əsərlər