beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mühit içində
Mühit içində

Mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin başıyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm
Bir misra da, bir gecə də...
Çünki mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.


Tarix: 01.06.2015 / 10:24 Müəllif: Aziza Baxılıb: 154 Bölmə: Vaqif Səmədoğlu