beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anara
Anara

İçimə məhəbbət yazır,
içimə həsrət yazır,
yazır, yazır, yazır həyat.

Günəşli gündüzlər,
köksü məsafəylə dolu düzlər,
gecə tək qaranlıq,
gündüz kimi aydın üzlər,
yazılır içimə,
içimdə qalır...

Sevdiklərim də,
sevmədiklərim də
yazılır içimə,
qalır içimin
qalın səbr dəftərində...
Dostum,
mən öləndən sonra
basarsan bu maqnitofonun
səs qaytarmaq düyməsini,
bir dəfə də eşidərsən
artıq döyünməyən
qəlbimin səsini...


Tarix: 01.06.2015 / 10:22 Müəllif: Aziza Baxılıb: 225 Bölmə: Vaqif Səmədoğlu